Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1339/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Afqan oğlu və Cavabdeh2, cavabdehlər Cavabdeh1 Afqan oğlu və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Afqan oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 1000 manat məbləğində maddi, 300 manat məbləğində mənəvi ziyanın, Cavabdeh2 7700 manat məbləğində maddi, 500 manat məbləğində mənəvi ziyanın və Cavabdeh3 16950 manat məbləğində maddi və 2000 manat məbləğində vurulmuş mənəvi ziyanın tutularaq ona ödənilməsi. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılılmışdır ki, cavabdehlər Cavabdeh1 onun qızı Cavabdeh2 və kürəkəni Cavabdeh3 2016-2017-ci ilər ərzində ümumilikdə 25 000 (iyirmi beş min) manat məbləğində və 30 000 (otuz min) manat dəyərindən çox qızıl-zinət əşyalarını vermişdir. Onu da bildirir ki, Cavabdeh3 özünü ona Renat kimi tanıtmışdır. Cavabdeh3 ev almaq niyyətilə ona 30 000 (otuz min) manat dəyərindən çox qızı-zinət əşyası vermişdir. Lakin sonradan öyrənmişdir ki, Cavabdeh3 ondan götürdüyü qızılları hazırda axtarışda olan X2 məxsus Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sarayeva küçəsində fəaliyyət göstərən lombardda, eyni zamanda Xaçmaz və Masallı rayonlarında fəaliyyət göstərən lombarda qoymuş, pulu da mənimsəmişdir. Sonradan hər dəfə ona zəng etmişdir ki, pul göndər yoxsa qızıllar batacaq. O da məcbur olub hər dəfə Pərvinə pul göndərmişdir. Beləliklə Cavabdeh3 ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pul göndərmişdir. Bir müddət sonra Cavabdeh3 qaynatası Cavabdeh1 ona bildirmişdir ki, kürəkəni həbs edilib buna görə ona 1200 manat məbləğində pul lazımdır. O da həmin məbləği Cavabdeh1 vermişdir ki, pullarını, qızıllarını bəlkə qaytara bilər. Bir müddət sonra Cavabdeh2 ona bildirmişdir ki, əri Pərvin qızılları lombarda qoyub pul götürüb və əgər 8000 manat məbləğində pul lombarda ödənilməsə qızıllar batacaq, o da Aynurəyə inanaraq sonuncuya hissə-hissə olmaqla 8000 manat pul vermişdir. Göründüyü kimi bu şəxslər onun etibarından sui-istifadə edərək, aldadaraq pulunu, qızıllarımn ələ keçirmişlər. Pərvinə və arvadı Aynurəyə pulları poçt və öz tanıdıqları adı İman olan taksi sürücüsü vasitəsilə göndermişdir. Bununla bağlı Cavabdeh1 onun qızı Cavabdeh2 və kürəkəni Cavabdeh3 barəsində Nizami Rayon Polis İdarəsinə şikayət ərizəsilə müraciət etmişdir. İdarədə Cavabdeh1 2020-ci ildə 100 manat, sonradan evinə gələrək əlavə olaraq 100 manat təkrar vermişdir, sonra Cavabdeh2 borcunun 300 manatı dəyərində pərdə tikib ona vermiş, Cavabdeh3 isə evimə gələrək 50 manat vermişdir. Nizami RPİ-də Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cavabdehlər barəsində cinayət işi başlanılmışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsi ilə əməllərdə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin xitam verilməsi haqqında Qərarla cinayət işinə xitam verilmişdir. Lakin qərardan göründüyü kimi cavabdehlər törətdikləri əməlləri etiraf etmişdir. Eyni zamanda qərarda qeyd edilmişdir ki, cavabdehlərlə aralarında olan münasibət mülki xarakterlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim edərək, onun iddiaçıdan 1200 manat məbləğində pul aldığını, həmin məbləğin 200 manatını şəxsən iddiaçıya, 1000 manatını isə iddiaçıya qaytarmaq üçün Cavabdeh3 verdiyini bildirmiş, hazırda iddiaçıya heç bir borcunun olmadığını qeyd etmişdir. İddiaçının təqdim etdiyi qəbzdə göstərilən 25000 manat məbləğində borcun alınması isə həqiqəti əks etdirmir, belə ki, həmin qəbzdə o, 1200 manat aldığını qeyd etmiş, lakin iddiaçı qəbzi təhrik edərək, 1200 manat məbləği 25000 manat kimi göstərmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə onun arasında yaranan borc münasibətləri 2015-ci illərdə yaranmışdır və hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona görə də, hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə ona münasibətdə təmin edilməməlidir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil Cavabdeh1 izahatına uyğun izahat verərək iddia müddəti tətbiq edilməklə Cavabdeh1 münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 1000 (bir min) manat maddi və 300 manat mənəvi ziyan, Cavabdeh2 7700 (yeddi min yeddi yüz) manat maddi, 500 manat mənəvi ziyan və X3 16950 (on altı min doqquz əlli) manat maddi və 2000 (iki min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsiylə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı cavabdehlərə 2016-2017ci illər ərzində ümumilikdə 25 000 (iyirmi beş min) manat və 30 000 (otuz min) manat dəyərindən çox qızıl zinət əşyası vermiş, Cavabdeh3 ev almaq niyyətilə 30 000 (otuz min) manat dəyərindən çox qızıl zinət əşyası vermişdir. Daha sonra həmin qızılları Cavabdeh3 lombarda qoyaraq, pulları mənimsəmişdir. Daha sonra ayrı-ayrı vaxtlarda Cavabdeh3 ümumilikdə 17 000 (on yeddi min) manat məbləğində pul vermişdir. Cavabdeh1 isə 1200 (min iki yüz) manat məbləğində pulu qızıllarını geri qaytarmaq niyətilə vermişdir. Digər cavabdeh X4 isə 8000 (səkkiiz min) manat pulu qızılları lombardda batmasın deyə verdiyini qeyd etmişdir. Qeyd olunan hallara dair cinayət işinin başlanılması üçün Nizami rayon Polis idarəsinə müraciət edilmişdir. Cavabdehlər əməllərini etiraf etmiş və son olaraq xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi üzrə başlanmış cinayət işinə xitam verilmişdir. Lakin qərardan da göründüyü kimi cavabdehlər əməllərini etiraf etmişlər. İddia ərizəsinə və onun əlavələrindən aydın olur ki, iddiaçının Cavabdeh2 qarşı tələbi tamamilə uydurma və utopiyadan ibarətdir. İlk olaraq, "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərardan göründüyü kimi istintaq edilən cinayət işi üzrə X6 şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, "İddiaçı faizə pul verir və lazım olduqda ondan faziə pul götürür". Həmin iş üzrə Cavabdeh3 ifadəsindən də göründüyü kimi müxtəlif vaxtlarda iddiaçıdan sələmlə pul götürmüşdür. Həmin iş üzrə dindirilmiş Cavabdeh1 ifadəsində Cavabdeh3 göstərişi ilə iddiaçının qızı Afaq vasitəsiylə iddiaçıdan 1200 (min iki yüz) manat pul götürdüyünü və öz xətti ilə pul götürməsi barədə sənəd vermişdir. Son olaraq həmin pul vəsaitini Cavabdeh3 vermişdir. Bundan bir neçə ay sonra Cavabdeh3la çayxanada görüşmüş və Cavabdeh3 İddiaçı ilə telefon əlaqəsi saxlamış, 1200 (min iki yüz) manat puldan 1000 (min) manatını qaytardığını, 200 manat borcunun qaldığını bildirmişdir. İddiaçı öz növbəsində bunu təsdiq etmişdir. İddiaçı hüquq mühafizə orqanlarına şikayəti nəticəsində xx.xx.2015-ci il tarixdə 100 (yüz) manat pul vəsaitini, təxminən bir ay sonra daha 100 (yüz) manat vəsaiti isə araşdırmanı aparan şəxsə müvafiq sənədləşmə aparılmaqla təqdim etmişdir. Cinayət işinin materiallarına elave edilmiş Mahirə müəllimədən 25.000 (iyirmi beş min) manat pul borc aldım, bir ay 15 gün ərzində qaytaracağam, sözləri yazılmış qəbzdə imzanın onun tərəfindən icra edildiyini bildirmiş, 1200 manat sözünün Mahirə və onun yaxınları terefinden təhrif edilərək "25000" manat olaraq göstərildiyini qeyd etmişdir. Bundan əlavə istintaq zamanı dindirilmiş İddiaçı qızı bildirmişdir ki, qızı Afaq Seyidəliyevanın qızıl-zinət əşyalarını Cavabdeh3 Afaqdan alaraq, lombarda goymuşdur. İstintaq zamanı isə 25000 (iyirmi beş min) manat pul vəsaitini Cavabdeh3 ev alacağını vəd edərək ondan aldığını qeyd etmişdir. Göründüyü kimi iddiaçının istintaq zamanı verdiyi ifadə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 tələb etdiyi 8000 (səkkiz min) manatın heç əsası olmayan, qondarma bir tələb olduğunu gün kimi göstərir. İddiaçı digər Cavabdeh3 verdiyi pul vəsaitlərini ala bilmədikdə, Nizami Rayon Polis idarəsinə müraciət edərək, Cavabdeh3 verdiyi pulun bir hissəsini Cavabdeh2 tələb etməklə, nəyəsə nail olacağına ümid etmiş, lakin aparılmış istintaq nəticəsində məqsədinə nail ola bilməmişdir. Cavabdeh2 barəsində cinayət işinə bəraətverici əsasla xitam verilmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçıl-zinət alqı-satqısı və sələmə pul verməklə qazanc əldən edən şəxsdir. Hazırkı iddia ərizəsindən və cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı digər Cavabdeh3 25 000 (iyirmi beş min) manat pul vəsaitini ona ev alması məqsədilə vermiş, nəticədə aldadılmışdır. İstintaq zamanı Cavabdeh2 da dindirilmiş, ifadəsinin məzmunundan və istintaq zamanı aparılmış araşdırmaya görə Cavabdeh2 və atası Cavabdeh1 da Pərvin Əliyev tərəfindən aldadılmışlar. Cavabdeh3 eyni ilə Cavabdeh2 da pul vəsaitlərini, qızıl zinət əşyalarını müxtəlif bəhanələrlə ələ keçirmişdir. Cavabdeh və onun vəkili əlavə olaraq məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, göstərmişlər ki, iddiaçı cavabdeh tərəfindən pulun 2015-ci il tarixdə alındığını qeyd edir və artıq həmin müddətdən 8 il keçmişdir. Beləliklə də, iddiaçının qeyd etdiyi halda belə iddia müddəti ötürülmüşdür. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil izahatına uyğun izahat verərək iddia müddəti tətbiq edilməklə ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X8 xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, həmin cinayət işi üzrə dindirilən Cavabdeh3 “Mahirədən hər dəfə pul vəsaiti aldıqda ona yazılı qəbz vermişdir. O, Mahirədən ümumilikdə təxminən 4000 manat pul vəsaiti almış və həmin pulu da qızı Afaqa vermişdir” şəklində ifadə vermişdir. Azərpoçt MMC-nin ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 207 manat məbləğində pul göndərmişdir. Azərpoçt MMC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 199 manat məbləğində pul göndərmişdir. Azərpoçt MMC-nin ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 200 manat məbləğində pul göndərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2 İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2 Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 2014-2015-ci il ərzində İddiaçı ilə Cavabdeh3 arasında borc münasibətləri yaranmışdır. Daha sonra həmin borcun ödənilməsinin təmin edilməsi üçün Cavabdeh1 iddiaçıdan borc almışdır. İddiaçı iddia edir ki, Cavabdeh3 ondan 20000 manat, Cavabdeh1 1200 manat və Cavabdeh2 8000 manat məbləğində borc almış, Cavabdeh3 borcundan 50 manat, Cavabdeh1 200 manat, Cavabdeh2 isə 300 manat məbləğində borcu qaytarmışdır. Hazırda qalıq borc məbləğlərini və ona vurulmuş mənəvi ziyanın əvəzini cavabdehlərdən ayrı-ayrılıqda tələb edir və iddiasını polisə müraciət əsasında aparılmış cinayət işi üzrə cavabdehlərin verdiyi izahatla, eyni zamanda məhkəməyə təqdim etdiyi əl yazısı olan qəbzlərlə və poçt vasitəsilə aparılmış ödəniş qəbzləri ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə Cavabdeh3 münasibətdə iddia tələbini qismən əsaslı hesab etməklə qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi iddiaçı 2014-2015-ci illər ərzində Cavabdeh3 20000 manat məbləğində pul verdiyini bildirsə də, həmin halı təsiq edəcək məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məkhəmə qeyd edir ki, Cavabdeh3 cinayət işi üzrə alınmış ifadəsində iddiaçıdan 4000 manat məbləğində borc almasını etiraf etməsini məhkəmə qəbul edir və həmin hissədə hesab edir ki, iddiaçı sübutetmə yükündən azadır və Cavabdeh3 iddiaçıdan 4000 manat məbləğində borc alması işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 50 manat məbləğində borcun qaytarılmasını bildirdiyi üçün məhkəmə hesab edir ki, cavabdeh aldığı məbləğin 50 manatını qaytarmasını sübut etmə yükündən azad edilir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi əl yazısı olan qəbzlərin surəti ilə bağlı qeyd edir ki, məhkəmə həmin qəbzləri sübut qismində nəzərə almır. Belə ki, əvvəla qeyd edilən qəbzlərin kserosurəti təqdim edilmişdir. Bundan əlavə həmin qəbzlərə baxdıqda açıqca qəbzlərin təhrik edildiyini müəyyən etmək olur. Bu səbəbdən məhkəmə qeyd edilən qəbzlərin mötəbərliyini şübhə altına alır və onların sübut kimi qiymətləndirilə bilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının təqdim etdiyi Azərpoçt MMC-nin mədaxil qəbzlərinə münasibətə qeyd edir ki, qeyd edilən qəbzlərin bir hissəsi ilə iddiaçı tərəfindən X1 pul göndərməsi görünür ki, həmin qəbzlərin hazırki işə aidiyyəti yoxdur. Qeyd edilən qəbzlərin Cavabdeh3 pul göndərilənlərlə bağlı isə qeyd edir ki, qeyd edilən qəbzlərlə cavabdehə 230 manat, 195 manat və 200 manat olmaqla, cəmi 625 manat pul göndərməsi müəyyən olunur ki, həmin məbləğ də Cavabdehin etiraf etdiyi 4000 manat məbləğə daxildir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh3 3950 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi əsaslıdır, qalan hissədə əsassızdır. Məhkəmə cavabdehdən 2000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsində də iddia tələbini qəbul etmir və qeyd edir ki, iddiaçı tərəf ona hansı qaydada mənəvi zərər vurulduğunu məhkəmədə sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə də əsassızdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə iddia tələbinin Cavabdeh1 Əqan oğluna aid hissəsində hesab edir ki, həmin hissədə iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh1 2015-ci il ərzində 1200 manat məbləğində borc verdiyini, cavabdehin həmin məbləğdən 200 manatını qaytardığını bildirir. Cavabdeh qeyd edilən məbləği iddiaçıdan aldığını etiraf edir, lakin bildirir ki, həmin məbləğin 200 manatını birbaşa iddiaçıya vermiş, qalan 1000 manatını isə cavabdeh Rəhimova Pərvinə vermişdir ki, iddiaçıya çatdırsın. Eyni zamanda bildirir ki, iddia müddəti təbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçı Cavabdeh1 tərəfindən ondan 1200 manat borc alındığını iddia edir və cavabdeh həmin halı etiraf etməklə təsdiq edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 1200 manat verilməsini sübut etmə vəzifəsindən azad edilmiş sayılır. Həmçinin, iddiaçı həmin borcdan 200 manat məbləğində vəsaitin qaytarıldığını təsdiq edir. Lakin məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri 2015-ci il tarixdə yaranmışdır. Hazırda tərələr arasında yaranmış borc münasibətlərindən 8 ilə yaxın müddət keçmişdir ki, bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 Natiq oğluna münasibətdə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 7700 manat məbləğində pulun və 500 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh2 cinayət işi üzrə verdiyi izahatında ondan borc almasını etiraf etdiyini bildirsə də, məhkəmə araşdırılması zamanı həmin hal müəyyyən edilməmiş, Cavabdeh2 8000 manat məbləğində pulun alınmasını məhkəmə iclasında da qəbul etməmiş, əksinə həmin məbləğin alınması ilə heç bir əlaqəsinin olmadığını, Cavabdeh3 ona da külli miqdarda ziyan vurduğunu bildirmişdir. İddiaçı 8000 manat məbləğində borcun Cavabdeh2 verilməsini məhkəmə iclasında sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilə bilməz.
Məhkəmənin gəldiyi nəticə Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 3950 (üç min doqquz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh3 3950 (üç min doqquz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova