Məhkəmə qərarları › İş №2(010)-134/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-134/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-134/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Mirzə-zadə Vaqif Qələmirzə oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinə vurduğu maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və dövlət rüsumuna ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şənər Suraxanı rayon İcra hakimiyyəti başçısının 199 saylı 294 2.2010-cu il tarixli sərəncamına əsasən, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsində yerləşən 11 saylı evin 3 saylı mənzilin əsas kirayədarıdır. Mənzil 5 otaqlı olmaqla, yaşayış sahəsi 65,03 m2, ümumi sahəsi isə 98,19 kv. metrdir. Həmin mənzil Cavabdeh məxsus 5 saylı mənzilin altında yerləşir. 2008-ci ildən başlayaraq cavabdeh mütəmadi olaraq həmin mənzilindən iddiaçının mənzilinə daima su axıtmışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək bu hərəkətlərinə son qoymasını xahiş etsə də, heç bir nəticə olmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin növbəti dəfə mənzilindən axan gur su nəticəsində iddiaçıya məxsus mənzilin bütün otaqlarını su basmış, bunun da nəticəsində mənzilin 2 otağının alçıbanı, 4 otağının laminatı, divar kağızları və taxta qapıları yararsız hala düşmüş, eləcə də mənzilin bütün elektrik xətləri sıradan çıxmışdır. Baş vermiş bu hadisə ilə bağlı həmin gün Suraxanı rayon 105 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları iddiaçının mənzilinə baxış keçirmiş, cavabdeh tərəfindən mənzilinə su axıdılması faktı təsdiqlənmiş və su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi və təkrar təmirə ehtiyac olması barədə akt tərtib edilmişdir. Cavabdehə, vurduğu həmin maddi zərərin əvəzini ödəməsi və ya iddiaçının mənzilini təmir etdirməsi təklif olunsa da, cavabdeh bundan qəti şəkildə imtina etmişdir. İddiaçı cavabdehin bu qanunsuz hərəkəti barədə Suraxanı rayon 33-cü Polis Bölməsinə şikayət etsə də, şikayəti araşdıran sahə müvəkkili tərəfindən ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən onun mənzilinin yararsız hala salması nəticəsində ona 5000 manat maddi zərər dəymişdir. İddiaçı və onun nümayəndəsi X2məhkəmədə iddianı müdafiə etmiş və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Mirzə-zadə Vaqif Qələmirzə ooğlu məhkəmə iclasında iddia tələbi ilə razı olmayaraq göstərdi ki, onlar iddiaçı ilə qonşudurlar. Cəmi bir dəfə istilik sisteminin qoşulması nəticəsində iddiaçının mənzilinə su sızması baş vermişdir. Onlar dərhal ididaçının mənzilinə düşərək, vəziyyəti başa salmaq istəsələr də, lakin sonuncu və onun ailə üzvləri onları başa düşməyərək, evdən qovmuşlar.Həmin hadisə qonşular arasında ola biləcək hadisədir və istənməyərək baş vermişdir. Eyni zamanda iddiaçının tələb etdiyi məbləğlə və eyni zamanda keçirilmiş ekspertiz zamanı müəyyən edilmiş məbləğlə də razı deyildir. Mübahisəli mənzilə su sızması nəticəsində 200-300 manat təşkil edə bilər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şənər Suraxanı rayon İcra hakimiyyəti başçısının 294 2.2010-cu il tarixli 199 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 №-li evin, yaşayış sahəsi 65,03 kv.m olan 5 otaqlı,3 №-li mənzilinə kirayə müqaviləsi 6 nəfər ailə tərkibi ilə (özü, 2 bacısı, qardaşı, 2 bacısı uşağı) İddiaçı adına dəyoşdirilmiş və o, həmin mənzilin kirayəşisi hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 №-li evin, 5 saylı mənzili Mirzə-zadə Siyavuş Vaqif oğlunun mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/2867 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 saylı evin 3 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan 105 saylı MKİS-in əməkdaşları tərərfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 saylı evin 3 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 saylı evin 3 saylı mənzilinın tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətinə uyöun olaraq təqribən 1.730 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Mirzə-zadə Siyavuş Vaqif oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 №-li evin, 5 saylı mənzilindən həmin evdə yerləşən və İddiaçı məxsus 3 saylı mənzilə su axması halı baş vermişdir. Bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh Mirzə-zadə Siyavuş Vaqif oğluna məxsus mənzildən İddiaçı mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və son nəticədə cavabdeh Mirzə-zadə Siyavuş Vaqif oğlundan 1.730 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci Mirzə-zadə Siyavuş Vaqif oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mirzə-zadə Siyavuş Vaqif oğlundan İddiaçı xeyrinə 1.730(min yeddi yüz otuz) manat məbləğində maddi zərər və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.760(min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (yüz) manat Mirzə-zadə Siyavuş Vaqif oğlundan alınaraq dövlət büdcəsinə, göstərilən hesaba keçirilsin: Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar