Məhkəmə qərarları › İş №2(010)-1341/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1341/2021

19.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1341/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Həsənova (Xəlilova) Sevinc Əliməmməd qızına, Cavabdeh2 Vasiliyevnaya, Cavabdeh3 üçüncü şəxslər X2, X3, X4, X1, X7, X6, X5 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan evin və istifadədə olan torpaq sahəsinin naturada real bölgüsünün aparılması və bölgüyə uyğun mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən çıxarışın, texniki pasportun və ünvanın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 nömrəli fərdi yaşayış evindən ¼ hissəsinin payına düşən tikili olan (evin) mülkün və istifadələrində olan 524 kv. metr torpaq sahəsinin 1/4 hissəsinə uyğun payının naturada ayrılması şəklində real bölgüsü aparılmasını, həmin mülkün (evin) və mülkün həyətyanı torpaq sahəsinin payına düşən hissəsinə uyğun paylı mülkiyyətdən naturada ayrılması şəklində, ona mülkiyyət hüququna dair ayrılıqda texniki pasport və Mülkiyyətə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və ayrıca ünvanın verilməsini ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Həsənova (Xəlilova) Sevinc Əliməmməd qızına, Cavabdeh2 Vasiliyevnaya, Cavabdeh3 üçüncü şəxslər X2, X3, X4, X1, X7, X6, X5 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan evin və istifadədə olan torpaq sahəsinin naturada real bölgüsünün aparılması və bölgüyə uyğun mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən çıxarışın, texniki pasportun və ünvanın verilməsi” tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Həsənova (Xəlilova) Sevinc Əliməmməd qızına, Cavabdeh2 Vasiliyevnaya, Cavabdeh3 üçüncü şəxslər X2, X3, X4, X1, X7, X6, X5 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan evin və istifadədə olan torpaq sahəsinin naturada real bölgüsünün aparılması və bölgüyə uyğun mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən çıxarışın, texniki pasportun və ünvanın verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar