Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1343/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən - dəymiş maddi ziyanın əvəzi kimi (7 aylıq itirilən qazancın əvəzi) 17500 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat, cəmi 117.500 (bir yüz on yeddi min beş yüz) manat məbləğində pulun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Bakı şəhəri, Səməd Vurğun 83” ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Elşən Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2019-cu il tarixdə ona AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Eyni tarixdə də, Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxx 2020-ci il tarixdə müvafiq olaraq həbsdə saxlanılma müddəti 02 ay olmaqla uzadılmışdır. xx xxx 2020-ci il tarixdə cinayət işi üzrə əməl AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx xxx 2020-ci il tarixdə İddiaçı AR CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə mənə yenidən ittiham elan edilmişdir. xx xxxx 2020-ci il tarixdə həbsdə saxlanılma müddəti yenidən 01 ay müddətinə uzadılmışdır. xx xxxx 2020-ci il tarixdə isə həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və məhkəmə zalından azad edilmişdir. Yekun olaraq Xətai RPİ-nin İŞ-nin müstəntiqi X1 tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilən, xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən İddiaçı AR CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihama və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilmiş və onun cinayət işi üzrə statusu şahid kimi müəyyən edilmişdir. İddiaçı barəsində cinayət işinə təqsirliliyi sübut edilmədiyindən bəraətverici əsaslarla xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə görə qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsində yalnız əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddiaların iddiaçının yaşayış yerinə görə verilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə ona dəymiş maddi ziyanın və mənəvi zərərin əvəzinin tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki mübahisənin predmetini nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan iddia predmeti Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinin təsiri altına düşmədiyindən işə Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1343/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1343/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver