Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-135/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yadigar qızı, Cavabdeh4, Məmmədova Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (“xxxx” QSC) cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 194000 ABŞ dolları kredit borcu, 96833.32 ABŞ dolları faiz borcu və 156948.43 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 447781 (dörd yüz qırx yeddi min dollar yeddi yüz səksən bir) ABŞ dolları 75 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə; Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 447781 (dörd yüz qırx yeddi min dollar yeddi yüz səksən bir) ABŞ dolları 75 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması; ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Yadigar qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Məmmədova Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 003L**********1 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 003R********** saylı kredit razılaşması əsasında 57 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 261000 (iki yüz altmış bir min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003R**********S saylı, xx.xx.2017-ci il tarixli 003R**********SA saylı, xx.xx.2017-ci il tarixli, 003R**********SB saylı, xx.xx.2017-ci il tarixli, 003R**********SC saylı, xx.xx.2018-ci il tarixli 003R**********SE saylı, xx.xx.2018-ci il tarixli, 003R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 67000 ABŞ Dolları ödəmiş, onun 194000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 338 gün üçün hesablanmış faiz borcu 96833.32 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 338 gün üçün hesablanmış cərimə 156948.43 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə Vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə qzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı xx.xx.2016-ci il tarixli, 3M-1826 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 16 saylı binanın 108.21 m2 ümumi sahədən ibarət 22 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 759 №-li reyestr kitabının 70926 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 16 saylı binanın 108.21 m2 ümumi sahədən ibarət 22 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1ə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin İdarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 16 saylı binanın 108.21 m2 ümumi sahədən ibarət 22 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan Cavabdeh3 Yadigar qızı, X8, X9 və X10 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş; əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-ci il tarixli 3M-1840 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 2 saylı binanın 109.2 m2 ümumi sahədən ibarət 5 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2376 №-li reyestr kitabının 221216 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 2 saylı binanın 109.2 m2 ümumi sahədən ibarət 5 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 2 saylı binanın 109.2 m2 ümumi sahədən ibarət 5 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Kərimov Vəfadar və həmin mənzildə qeydiyyatda olan Məmmədova Cavabdeh5 Maiş qızı, Cavabdeh6, Cavabdeh7 və X3 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-ci il tarixli, 3M-1827 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 565 №-li reyestr kitabının 52452 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsini İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Kərimov Vəfadar notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Bundan başqa, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 3M-310 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi, və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 759 №-li reyestr kitabının 70926 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 16 saylı binanın 108.21 m2 ümumi sahədən ibarət 22 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC- nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə verərək bildirdi ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən ümumilikdə cəmi 15000 (on beş min) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş, həmin ödəniş kredit müqaviləsi üzrə əsas borcdan silinmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 179000 ABŞ dolları kredit borcu, 96833.32 ABŞ dolları faiz borcu və 156948.43 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 432781 (dörd yüz otuz iki min yeddi yüz səksən bir) ABŞ dolları 75 sent borcu mövcuddur. Cavabdeh1 Banka müraciət edərək borcu qısa müddətdə tam şəkildə bağlayacağını bildirsə də o, 15000 ABŞ dollarından başqa heç bir ödəniş etməmişdir. Müqavilənin müddəti isə xx.xx.2021-ci il tarixdə bitir. Buna baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirmir. Odur ki, qeyd edilənləri nəzərə almaqla məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, onun satışa hazır evləri var və bu evləri qısa müddətdə sataraq Banka olan borcunu qaytaracaq. Əgər ona vaxt verilərsə borcunu tam bağlaya bilər. Lakin Cavabdeh1, eyni zamanda digər cavabdehlərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 003L0**********1 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1ə 120 (yüz iyirmi) ay müddətinə, ******* (bir milyon) ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək kredit tərəflər arasında “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında verilir. xx.xx.2016-cı il tarixli, 003R********** nömrəli kredit razılaşması əsasında Cavabdeh1ə 57 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmaq şərtilə 261000 (iki yüz altmış bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müvafiq ödəniş planından görünür ki, Cavabdeh1 həmin planla tanış olmuş və razılaşaraq öz imzası ilə qeyd etmişdir. xx.xx.2016-cı il tarixli kreditin verilməsini təsdiq edən qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh1ə İddiaçı QSC tərəfindən 261000 (iki yüz altmış bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1lə İddiaçı QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003R**********S nömrəli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş planına uyğun olaraq gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. Cavabdeh1lə İddiaçı QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003R**********SA nömrəli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş planına uyğun olaraq gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. Cavabdeh1lə İddiaçı QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003R**********SB nömrəli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş planına uyğun olaraq gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. Cavabdeh1lə İddiaçı QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003R**********SC nömrəli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş planına uyğun olaraq gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. Cavabdeh1lə İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 003R**********SE nömrəli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş planına uyğun olaraq gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. Cavabdeh1lə İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 003R**********SF nömrəli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş planına uyğun olaraq gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 003S**********5 nömrəli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 həmin müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0023S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 həmin müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuş, həmin bildirişin göndərilməsi və qəbul edilməsini təsdiq edən qəbzin surəti iş materiallarına əlavə olunmuşdur. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh4 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh4 İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuş, həmin bildirişin göndərilməsi və qəbul edilməsini təsdiq edən qəbzin surəti iş materiallarına əlavə olunmuşdur. xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh4 İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuş, həmin bildirişin göndərilməsi və qəbul edilməsini təsdiq edən qəbzin surəti iş materiallarına əlavə olunmuşdur. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuş, həmin bildirişin göndərilməsi və qəbul edilməsini təsdiq edən qəbzin surəti iş materiallarına əlavə olunmuşdur. xx.xx.2019-cu il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 yaranmış borc barədə məlumat verilmiş, həmçinin xx.xx.2019cu il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 003R********** nömrəli kredit razılaşması üzrə borcu: əsas borc üzrə 194000 ABŞ dolları, faiz üzrə 96833.32 ABŞ dolları, cərimə üzrə 156948.43 ABŞ dolları (cərimə hesablanmış gecikdirilən günlərin sayı-338 gün) olmaqla, cəmi 447781.75 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci il tarixə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri arasında cəmi 15000 ABŞ dolları məbləğində Banka ödəniş edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin bazar dəyəri 126000 manat, likvid dəyəri 101000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 105000 manat, likvid dəyəri isə 89500 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsindəki 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinin bazar dəyəri 120000 manat, likvid dəyəri isə 102000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/3865 nömrəli rəydən görünür ki, Rustamov Saminin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması, əlavə sazişlərin və ödəniş planlarının şərtləri nəzərə alınmaqla Rustamov Saminin xx.xx.2020-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas borcu 229.466.23 ABŞ dolları, faiz borcu 12506.09 ABŞ dolları olmaqla, cəmi 241972.32 ABŞ dolları məbləğində müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli, 003L0**********1 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1ə 120 (yüz iyirmi) ay müddətinə, ******* (bir milyon) ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 003R********** nömrəli kredit razılaşması əsasında Cavabdeh1ə 57 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmaq şərtilə 261000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra, Rustamov Samin ilə İddiaçı QSC arasında bağlanmış bağlanmış xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişlərə əsasən hər dəfə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC ilə Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 həmin müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bundan başqa, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il və xx.xx.2018ci il tarixli ipoteka və sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil; Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 kredit razılaşması üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində iddiaçı Bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Bu borcların məbləğlərinə gəldikdə isə məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonrakı tarixdən etibarən cəmi 15000 ABŞ dolları məbləğində ödəniş edilmiş və bu ödənişin hamısı Bank tərəfindən əsas borcdan silinmişdir. Lakin müvafiq ekspert rəyində də qeyd edildiyi kimi ekspert tərəfindən həmin ödənişlər nəzərə alınmadığından əsas borc iddia tələbindən hədsiz çox hesablanmışdır. Odur ki, bu hal nəzərə alınmaqla əsas borca münasibətdə məbləğ iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən edildiyi kimi - 179000 ABŞ dolları məbləğində qəbul edilməlidir. Faiz borcuna gəldikdə isə məhkəmə ekspert rəyində göstərilmiş məbləği (12506.09 ABŞ dolları) əsaslı hesab edir. Belə ki, müvafiq ekspert rəyi Rustamov Saminin kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması, əlavə sazişlərin və ödəniş planlarının şərtləri nəzərə alınmaqla mütəxəssis tərəfindən hesablanmışdır və rəyin əsaslılığını şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Odur ki, faiz borcu ekspert rəyində göstərildiyi kimi (12506.09 ABŞ dolları) müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin-cavabdehlər Cavabdeh4 və Cavabdeh2 da əsas borclu Rustamov Saminlə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin tələb edilən dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, dəbbə pulu kimi tələb edilən məbləğ – 156948.43 ABŞ dolları – tənasübsüz dərəcədə yüksəkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulunun (156948.43 ABŞ dolları) məbləği əsas borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 1000 (min) ABŞ dolları məbləğində müəyyən ediməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə öhdəliyini icra etməyən Cavabdeh1dən, eləcə də bu öhdəliklərin icrası üçün zamin durmuş Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 179000 (yüz yetmiş doqquz min) ABŞ dolları əsas borc, 12506.09 ABŞ dolları (on iki min beş yüz altı dollar doqquz sent) faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 192506.09 ABŞ dolları (yüz doxsan iki min beş yüz altı dollar doqquz sent) məbləğində borc iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaklara yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılmalı, əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə yerdə qalan məbləğ Cavabdeh1 və zamin-cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqavilələri 2016 – 2018-ci illərdə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetlərinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan obyektlərin həm bazar, həm də likvid qiyməti müəyyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin ilkin satış qiyməti 101000 manat; Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 85000 manat; Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 89500 manat; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 102000 manat məbləğində müəyyən edilməlidir. İpoteka predmeti olan əmlaklar satıldıqdan bir ay sonra cavabdehlərin buradan mənzildən çıxarılaraq obyektlərin boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, ipoteka predmeti olan əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və obyeklərdə qeydiyyatda olan bütün şəxslər əmlaklar satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Bu səbəbdən iddiaçı Bank həmin obyektlərdə mənzildə yaşayan şəxslərin mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra obyektlərdən çıxarılmalarını və obyektlərin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu, eyni zamanda ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 40 manat rüsum və 80 manat xidmət haqqı ödəmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı Bank iddia ərizəsinin xahiş hissəsinin birinci bəndində ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 30 manat rüsum və 60 manat xidmət haqqı qeyd etsə də ikinci bənddə cavabdehlərdən müvafiq məqsədlə 40 manat rüsum və 80 manat xidmət haqqı tutulması tələb edilmişdir. İş materiallarından da görünür ki, iddiaçı Bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün cəmi 40 manat rüsum və 80 manat xidmət haqqı ödənilmişdir. Odur ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin bölünməsi məsələsi həll edilərkən bu hal nəzərə alınmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizasının dəyəri isə 200 manat məbləğindədir. Lakin, iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasını həyata keçirən orqan ekspertiza xərci ilə bağlı qəbzi rəyə əlavə etməmişdir. Bu səbəbdən həmin ekspertiza xərcinin bölüşdürülməsi məsələsinə məhkəmə tərəfindən münasibət bildirilmir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, eyni zamanda ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” QSCyə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 179000 (yüz yetmiş doqquz min) ABŞ dolları əsas borc, 12506.09 ABŞ dolları (on iki min beş yüz altı dollar doqquz sent) faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 192506.09 ABŞ dolları (yüz doxsan iki min beş yüz altı dollar doqquz sent) öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh1 mükiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 89500 (səksən doqquz min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Yadigar qızı həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Məmmədova Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə yönəldilməli, torpaq sahəsinin ilkin satış qiyməti 101000 (yüz bir min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, torpaq sahəsi satıldıqdan 1 ay sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə yönəldilməli, torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 102000 (yüz iki min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, satışlardan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qaytarılmalı, satışlardan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borc cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış mühasibatlıq ekspertizasının xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 179000 (yüz yetmiş doqquz min) ABŞ dolları əsas borc, 12506.09 ABŞ dolları (on iki min beş yüz altı dollar doqquz sent) faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 192506.09 ABŞ dolları (yüz doxsan iki min beş yüz altı dollar doqquz sent) öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 mükiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin və mənzilin ilkin satış qiyməti 89500 (səksən doqquz min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Yadigar qızı həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilsin və mənzilin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Məmmədova Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə yönəldilsin və torpaq sahəsinin ilkin satış qiyməti 101000 (yüz bir min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Torpaq sahəsi satıldıqdan 1 ay sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə yönəldilsin və torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 102000 (yüz iki min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılsın və əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Satışlardan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borc cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış mühasibatlıq ekspertizasının xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-135/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-135/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver