Məhkəmə qərarları › İş №2(010)-1367/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1367/2022

18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1367/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh X* iştirakları ilə, İddiaçı cavabdeh Babayeva (Gözəlova) Məlahət Əsəd qızına (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə) qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Babayeva (Gözəlova) Məlahət Əsəd qızına (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə) qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən, paylı mülkiyyət hüququ ilə */2 hissədə Cavabdeh adına olan “A” tikilisinin, */2 hissədə X2 adına olan ”A” tikilisinin və yaşayış sahəsi *5*.40 m2, torpaq sahəsi 0.*4720 ha olan, İddiaçı adına olan “V” tikilisinin naturada paylarının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbində payının ayrılmasını xahiş etdiyi X2 vəfat etdiyini, bu səbəbdən onunla bağlı hissədə iddia tələbini azaltdığını bildirmiş, məhkəmədən qalan hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2*.08.*990-cı il tarixli, 2-40* nömrəli qətnaməsi ilə ümumi paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması müəyyən edilsə də Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti həmin qətnaməni icra etmir. Xidmət bunu onunla əsaslandırır ki, həmin qətnamə ilə onların üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən ididaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş üzrə icraata xitam verilməsinə isə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etmədiyini bildirib, iş üzrə icraata xitam verilməsinə heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı cavabdehlə ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən payların naturada ayrılmasını xahiş etmişdir. Lakin iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2*.08.*990cı il tarixli, 2-40* nömrəli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı bundan əvvəl də eyni tələblə - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən payının naturada ayrılması və istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə iddia təmin edilmiş, əmlakın ümumi paylı mülkiyyətçiləri arasında naturada bölünməsi həyata keçirilmişdir. Bu qətnamənin mövcudluğunu tərəflərin hər ikisi mübahisələndirmədən qəbul etmişdir. Bu isə o deməkdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda eyni mübahisəyə təkrar baxıla bilməz. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi eyni mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmələrini müvafiq qətnamə əsasında verilmiş icra vərəqəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən icra olunmaması ilə əsaslandırmışdır. İş materiallarında olan məktublardan da görünür ki, həqiqətən də iddiaçının nümayəndəsi Xidmətə müvafiq müraciət etmiş, Xidmət tərəfindən icra vərəqəsi ilə üzərlərinə heç bir öhdəlik qoyulmadığından müraciətin təminindən imtina edilmişdir. Bununla belə, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, ümumi əmlakda olan payların naturada ayrılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün deyil, qətnaməni icra etməli olan inzibati orqana qarşı inzibati icraat qaydasında iddia qaldırılmasına əsas ola bilər. Bu baxımdan hazırkı halda iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ...26*.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in *70, 26*-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Babayeva (Gözəlova) Məlahət Əsəd qızına (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə) qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar