Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-141/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi) “mənzilin paylara uyğun olaraq naturada bölünməsi, mənzilin açıq hərracda satılaraq, satışdan əldə olunan pul məbləğinin tərəflər arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh avabdeh Cavabdeh qarşı (maraqlı şəxs: ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə) “mənzilin paylara uyğun olaraq naturada bölünməsi, mənzilin açıq hərracda satılaraq, satışdan əldə olunan pul məbləğinin tərəflər arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə iddiaçıya və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, «V» yaşayış sahəsi, ev *4, mənzil 22 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi; mənzil naturada bölünməsi texniki cəhətdən mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq mənzilin satışından əldə edilən pul məbləğinin İddiaçı və Cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.4-cü maddəsinə əsasən iclasa gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı *2.06.2024-cü il tarixdə ərizəsi məhkəməyə daxil olmuş və o, ərizəsində göstərmişdir ki, mübahisə predmetı olan mənzil xx.xx.2024-cü il tarixində alqı-satqı müqaviləsi əsasında satılmışdır. Belə olduğu təqdirdə işə mahiyyəti üzrə baxılmasının zərurəti aradan qalxmışdır. Hal-hazırda iddia ərizəsinin geri götürülməsini zəruri hesab edir və məhkəmədən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin (həmçinin dövlət rüsumunun) geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli AN-İ seriyalı *26*3*2 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev *4 mənzil 22-ni X* mülkiyyətinə vermişlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.*. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. **4.*.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki ərizə üzrə ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 26*-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs: ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə) “mənzilin paylara uyğun olaraq naturada bölünməsi, mənzilin açıq hərracda satılaraq, satışdan əldə olunan pul məbləğinin tərəflər arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş *00 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-141/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-141/2024
01.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver