Məhkəmə qərarları › İş №2(010)-1464/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1464/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1464/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş zərər – beş min manatın ona tam ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il dekabrın 20 də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində torpaq sahəsi almaq məqsədilə Hövsan qəsəbəsində torpaq alqı-satqısı fəaliyyəti ilə məşğul olan ofisə müraciət etmişdir. Orada olan Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər ona Suraxanı rayonunun “Şəhərcik” deyilən ərazidən 2 sot torpaq satması üçün ofislərində ondan nəqdi şəkildə 5 min manat aldılar. Bir müddətdən sonra Cavabdeh1 ona notariatın 2018-ci il tarixli AR-İ 709884 nömrəli etibarnaməsini təqdim etdi. Aldığı torpaq sahəsində tikinti aparmaq istərkən məlum oldu ki, onun adına etibarnamə verilmiş torpaq sahəsi başqa vətəndaşa satılıb, yəni artıq bu torpaq sahəsinin sahibi var. O, verdiyi 5 min manatı cavabdehlərdən tələb etdikdə onlar pulu verməkdən imtina etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib 5000 manatı Rasimə verdiyini, bu zaman Raufun da orada olduğunu və bunu gördüyünü bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 idiaçının 5000 manatı Rasimə onun yanında verdiyini, özünün heç xidmət haqqı da almadığını, verilən məbləğdən ona hər hansısa hissənin verilmədiyini bildirdi və iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və o istintaq təcridxanasında saxlanılır. Cavabdehin saxlanıldığı istintaq təcridxanasına işin baxılma vaxtı və yeri barədə məlumat verilmiş, lakin işdə iştirak etmək barədə xahiş və ya hər hansı izahat Cavabdeh1 daxil olmamışdır. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 20 dekabr 2018-ci il tarixli, 709884 saylı etibarnamənin kserosurətindən görünr ki, Axundov Aydın isa oğlu adlı şəxs İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 200 kv.m hissəsi üzrə sərəncamverici hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə iclasında tərəflər həmin etibarnamənin mövcudluğunu təsdiq etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı torpaq almaq üçün cavabdehlərə müraciət etmiş, cavabdehlərdən Cavabdeh2 torpaq tapılması işində yardımçı olmuş, torpağın satılması müqabilində verilən pulu isə Cavabdeh1 almışdır. İddiaçı tərər də öz izahatında pulun Rasimə verildiyini bildirmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İşdən göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qanunvericilik tərəfindən müəyyən edilən imperativ qaydalara uyğun hər hansı müqavilənin mövcudluğunu müəyyən edilmir. Ona görə də, Cavabdeh1 iddiaçıdan aldığı pul məbləğini qaytamaq öhdəliyi daşıyırlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar