Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1491/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı ona maddi zərərin əvəzinin ödənilməsi üçün 20.000 manat, mənəvi zərərə görə 3080 manat olmaqla, cəmi 23.080 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 mart 2020-ci ildə saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində “ROSOİL” yanacaq doldurma səntəqəsinin qarşısında sürücü Cavabdeh idarə etdiyi “Khazad İ_X“ markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolun qırağında dayanmış “Nissan Sunny” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı vurmuş və təcili tibbi yardım avtomobili İddiaçı 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirmişdir. Fakt əsasında Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən 31 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələri ilə başlanılmış HK 1-də 264 nömrəsi ilə cinayət işi olmuşdur. Bundan əlavə xüsusi ilə qeyd etmək istəyir ki, Sabunçu rayon Polis idarəsinin İstintaq Şöbəsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci madələri ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaqı aparan Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Səbuhi İsmayılov iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Məhkəmə-tibbi eksertizasının 18 aprel 2020-ci il tarixli 572 nömrəli rəyindən görünür ki, İddiaçı sidik kisəsinin ön divarının hematoması; sağ tərəfli oma-qalça və simfizin travmatik cırılması; çanağın çıxığı; sağ diz oynağı bağ aparatının travmatik cırılması və hemartrozu; sağ qamış və incik sümüyünün yuxarı 1/3-ni çoxqəlpəli yerdəyişmiş sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 31 mart 2020-ci ildə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Yol-nəqliyyat hadisəsi nəticəsində o, bütün sağlamlığını itirmişdir. Belə ki, o ailəlidir. Evə ondan başqa qazanc gətirən adam yoxdur. Atası ankoloji xəstədir. O, diş texniki işləməklə ailəsini dolandırdı. Sağlamlığını itirməklə iş qabiliyyətini demək olar ki, tam itirmişdir. Nəinki işləmək heç ayaq üstə dayana bilmir. Cavabdeh onu tam ayağa qalxıb sağlamlığına qovuşana kimi ona köməklik edəcəyinə söz vermişdir. O da onun sözlərinə inanıb, ona qarşı şikayətinin və tələbinin olmaması barədə ərizə yazmışdır. Bundan sonra bir dəfə də olsun onunla maraqlanmamış, hətta telefon zənglərinə də cavab verməmişdir. Halhazırda onun ayağının müalicəsi davam etdirilməlidir. Belə ki, həkimlər onu Reablitasiya mərkəzinə müalicə olunmaq üçün göndərirlər. Onun isə buna maddi imkanı yoxdur. Acınacaqlı vəziyyətə düşmüşdür .Cavabdeh ona qarşı bu hərəkətləri şikayət etməyə məcbur etmişdir. Həmin hadisə zamanı aldığı xəsarətlərlə bağlı müalicəyə atası tərəfindən ayrı-ayrı vaxtlarda xəstəxanaya 1800 və 280 manat, reablitasiya mərkəzinə isə 300 manat cəmi 2380 manat pul xərclənmişdir. Bundan başqa o, diş texniki işləyirdi və ayda 2.000 manat pul qazanırdı. Evdə ondan başqa işləyib evə qazanc gətirən yox idi. Artıq 10 aydan artıq bir müddətdir ki, işləmir, bu da 20.000 manat təşkil edir. Hər dəfə həkimə gəzə bilmədiyi üçün maşınla gedib gəlmişdir, buna da 700 manatdan çox pul xərcləmişdir. Odur ki, Cavabdeh yol-nəqliyyat hadsəsi zamanı ona maddi zərərin əvəzinin ödənilməsi üçün 20.000 manat, mənəvi zərərə görə 3080 manat olmaqla, cəmi 23.080 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında, yenidən əməliyyat olunmağı üçün sadəcə müalicə xərclərini və borclarının ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Sabunçu rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2020-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx xxxxxxxx 1987-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Yolu küçəsi, ev 15V, mənzil 96da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi, nömrəsiz evdə yaşayan Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi və qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, 31 mart 2020-ci ildə saat 08:00 radələrində Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində “ROSOİL” yanacaq doldurma məntəqəsinin qarşısında sürücü Cavabdeh idarə etdiyi “Khazad LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolun qırağında dayanmış "Nissan Sunny” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı vurmuş və təcili tibbi yardım avtomobili Təbriz. Nəsibovu 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirmişdir. Məhkəmə-tibbi eksertizasının 18 aprel 2020-ci il tarixli 572 nömrəli rəyindən görünür ki, İddiaçı sidik kisəsinin ön divarının hematoması; sağ tərəfli oma-qalça və simfizin travmatik cırılması; çanağın çıxığı; sağ diz oynağı bağ aparatının travmatik cırılması və hemartrozu; sağ qamış və incik sümüyünün yuxarı 1/3-ni çoxqəlpəli yerdəyişmiş sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 31 mart 2020-ci ildə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. 31 mart 2020-ci ildə HK 1-də 264 nömrəsi ilə qeydiyyata alınmış yol-nəqliyyat hadisəsi üzrə hadisə yerinə baxış, nəqliyyat vasitələrinə baxış protokolları, yol-nəqliyyat hadisəsi üzrə arayış, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, izahatlar və tibbi-ekspertiza rəyi ilə təstiq olunur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 31 mart 2020-ci ildə saat 08:00 radələrində sürücü Cavabdeh idarə etdiyi “Khazad LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50 km/saatda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində "ROSOİL” yanacaq doldurma məntəqəsinin qarşısında “Zabrat” dairəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda sağ hərəkət zolağında dayanmış vəziyytədə olan “Nissan Sunny" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısını və sol qabaq oturağaca əyləşmək istəyən sürücüsü İddiaçı “Khazad LX” markalı avtomobilin sağ qabaq hisssi ilə vurmuşdur. Həmin yolnəqliyyat hadisəsi zamanı "Khazar LX" markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası haqqında qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşur. Beləliklə də, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İddiaçı ərizə ilə müraciət etmişdir ki, onun Cavabdeh qarşı heç bir şikayəti, iddası və tələbi yoxdur, onlar artıq barışmışlar. Mülki işin materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən İddiaçı verilmiş epikrizə əsasən, klinikada aparılmış müalicə qrafasında qeyd edilmişdir ki, 31.03.20-ci il tarixində ümumi narkoz altında çanağın sağ tərəfinin qapalı repozisiyası və İlizarov aparatı ilə osteosintez; sağ diz oynağının sınıqlarının qapalı repozisiyası və İlizarov aparatı ilə osteosintez əməliyyatları icra olundu. Xəstənin vəziyyəti keçirmiş olduğu əməliyyatlara uyundur. 07.04.20-ci il tarixində ümumi anesteziya altında çanaq sümüyünün osteosıntezi metal lövhə ilə və diz oynağında olan XFA-mn peremontajı əməliyyatları içra olundu. Xəstənin vəziyyəti keçirmiş olduğu əməliyyatlara uyundur. Mülki iş materiallarında olan 06 may 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən İddiaçı izahatında qəza olduğunu və cavabdeh tərəfin vədlər verdiyini, 1-ci əməliyyatı özünün etdiyini və sonradan cavabdeh tərəf ödədiyini qeyd edərək, 3-cü əməliyyatının atası etdirdiyini və ondan sonra xəstəxanadan evə çıxdığını, qarşı tərəfin ona 6000 manata qədər borcu var idi. Qarşı tərəf heç bir vədinə əməl etmədiyini, ayağının müalicəsi üçün pul lazım idi və bunu cavabdehə bildirdiyini, cavabdeh ona pulu olmadığını bildirdiyini və cavabdehin reabilitasiyaya 300 manat pul verdiyini bildirmişdir. Mülki iş materiallarında olan 06 may 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən Cavabdeh izahatında qəza olduğunu, sonra təcili tibbi yardıma zəng etdiyini və hadisə yerinə çağırdığını, təcili tibbi yardıma 70 manat pul ödədiyini, iddiaçının ondan 5000 manat pul istədiyini, lakin 300 manat pul verə bildiyini, xəstəxanaya 2500 manat depozit olaraq pul qoyduğunu, sonradan pulun bütün hissəsini ödəməyini istədiklərini və onlar tərəfdən ödədiyini, iddiaçının 2 ildən sonra 3000 manat pul istədi və o, həmin pulu ödədidiyini, sonra professora 1000 manat bir 700 manat da bir ödəniş etdiyini, qolundakı dəmiri çıxartmaq üçün 1000 manat lazım olduğunu, 600 manat verdiyini, iddiaçı sonradan plastik əməliyyat olunacağını deyərək 1000 manat pul istədiyini, lakin buna dair heç bir qəbz təqdim etmədiyini, klinikanın pulun hamısını ödədiyini, iddiaçını bir ay özü aparıb gətirdiyini, o, pulu ödəyib qəbzləri iddiaçıdan götürdüyünü, 1800 manatı iddiaçıya qaytardığını bildirmişdir. Həmçinin qed etmişdir ki, "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçıya pulu ödənildiyini bildirmişdir. Mülki iş materiallarında olan 06 may 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən şahid kimi dindirilmiş X5 izahatında qarşı tərəfin onlara pul vermədiyini, klinikaya ödəniş etdiyini, oğlunun 5 dəfə əməliyyat olunduğunu, 1-ci əməliyyatı özlərinin etdiyini və 2500 manat pul ödədiyini, sonra cavabdehin 2500 manatı onlara qaytardığını, 2-ci əməliyyata 1800 manat ödədidiyini, lakin həmin pulun qaytarılmadığını, 3-cü əməliyyata 230 manat pul verdiyini, 4-cü əməliyyata 1000 manat pul ödədiyini və əməliyyatın Güvən Klinikasında olduğunu, reabilitasiyaya 300 manat xərci çıxdığını, həmin pulu müstəntiqin əliynən aldığını, cavabdeh və qardaşının onlara barışıq ərizəsi yazılacağı təqdirdə Təbrizin bütün xərclərini ödəyəcəkləri barədə söz verdilər. Lakin əməl etmədilər. Mülki iş materiallarında olan 21 may 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən şahid kimi dindirilmiş X4 öz izahatında, İddiaçı 10 ildi tanıdığını, məntəqədə onunla bərabər bir neçə diş həkimlərinin olduğunu, onların texniki işini Təbrizin gördüyünü, təxmini 10 ədəd metal, keramika hazırlayanda biri 20 manatdan aya 2000-2500 manat etdiyini, zirkonun isə qiyməti 70 manat olduğunu, maksimum isə 200 manat olduğunu, Təbrizin aya təxmini 50 zirkon hazırladığını, aylıq Təbrizə ödənilən məbləğin 5000 manat olduğunu bildirmiş, son olaraq Təbrizin olmamasına görə 1 il 3 aydır ki, əziyyət çəkdiklərini, Təbrizin seçilən texnik olduğunu məhkəmənin diqqətinı çatdırmışdır. Mülki iş materiallarında olan 21 may 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən şahid kimi dindirilmiş X1 öz izahatında, 3 ildir ki, Təbriz ilə həm dostluq, həm də əməkdaşlıq etdiyini, keramika işləri üzrə birlikdə işlədiyini, bu hadisədən sonra onlarım işlərinin yarımçıq qaldığını, 1 ildir ki, Təbrizin yataq rejimində qaldığını, hələki işləyə bilmədiyini, onun hər ay təxmini 60-100 pasiyenti olduğunu və gəlirinin təxmini 2000-3000 arası olduğunu bildirmişdir. Mülki iş materiallarında olan 21 may 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən Cavabdeh öz izahatında şahidlərin dəqiq məlumat vermədiyini, Təbrizin rəsmi iş yerinin olmamasını, həmin qəzanı öz maşını ilə törətmədiyini, nə sənədi, nə də maşını olduğunu, Atəşgah Sığortadan pul çatdığını və iddiaçıya da 1500 manat iddiaçıya ödənildiyini bildirmişdir. Mülki iş materiallarında olan 18 iyun 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən İddiaçı izahatında əlilliyə görə arayışın olduğunu, ömürlük əmək qabiliyyətini itirdiyini, müalicə üçün ancaq müstəntiqin əli ilə pulun alındığını, sığorta pulun ona aid olduğunu və Atəşgah Sığorta ilə müqaviləsi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki-hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, zaçlivyat vasitəsini idarə etmək hüququna dair etibanamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80 və 81-i maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəlləin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşdən olan materiallarında və həmçinin tərəfərin izahatlarında, təqdim edilmiş sənədlərində əsasən də hər 3 əsasın mövcudluğu öz təsdiqini tapmışdır. İddiaçı avtomobilinə vurulmuş maddi ziyanla bağlı zərərin məbləğinin 20.000 manat kimi qeyd etmişdir. Həmin maddi ziyan 10 ay işləməməsi nəticəsində 20 000 manat əldən çıxmış fayda, aldığı xəsarətlərlə bağlı müalicəyə görə 1800 manat və 280 manat, həmçinin reabilitasiya mərkəzinə ödənilməmiş 300 manat pul vəsaitinin ödənilməsini iddia edir. Məhkəmə araşdırılması zamanı, o cümlədən şahidlərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, İddiaçı aldığı xəsarətlər səbəbindən keçirilmiş 2 əməliyyatlara görə xərclər cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçının keçirilmiş əməliyyatların birinə 1800 manat pul vəsaitinin ödənilməsini iddia etsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 08 iyun 2021-ci il tarixdə "xxxx" Sığorta Şirkəti tərəfindən 31 mart 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Müslum oğlunun aldığı ağır dərəcəli xəsarətə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişi iddiaçının etibarnmə üzrə nümayəndəsi X2 ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sırf yol-nəqliyyat hadisəsi nəticəsində alınmış xəsarətlərə görə sığorta ödənişini aldığından həmin əməliyyata görə ödənilməmiş 1800 manat pul məbləğinin tam olaraq tutulması iddiaçının əsassız varlanmasına səbəb olduğundan iddia həmin hissədə qismən təmin edilməli, bu halda yalnız qalan məbləğ 300 manat tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzənin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin və ya əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bundan əlavə məhkəmə qeyd edir ki, əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin, hazırki iş üzrə iddiaçının adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi) müəyyən edilməlidir. Bununla əlaqədar zərərçəkmiş qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə ilə bağlı məhkəmə iclaslarında iddiaçı aldığı xəsarətlərlə görə əmək qabiliyyətini tam itirilməsi, yol-nəqliyyat hadisəsindən əvvəl diş texniki kim işlənməsini, ayda 2000 manat gəlirə malik oluğunu və hal-hazırda onu itiridiyini iddia etsə də, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən diş texniki işlənməsi barədə hər hansı əmək müqaviləsi təqdim olunmamış, həmin fəaliyyətlə məşğul olunması və ona görə hər hansı rəsmi gəlirin alınması barədə hər hansı mötəbər sənəd təqdim etmişdir. Məhkəmə iclaslarında dindirilmiş iddiaçının tanışları olan şahidlərin ifadələrinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, həmin ifadələrdən başqa şahidlərin iddiaçı ilə işlənməsi ibarədə hər hansı rəsmi sənəd təqdim olunmadığına görə iddiaçının diş texniki fəaliyyəti ilə məşğul olması və ayda 2000 manat gəlir alması barədə nəticəyə gəlmək olmaz. Beləliklə, iddiaçı tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən diş texniki fəaliyyəti ilə məşğul olması, aylıq gəliri barədə 2000 manat pul vəsaitinin olması və bununla əlaqədar aldığı xəsarətlərə görə 10 ay üçün tələb olunan əldən çıxmış faydanın və yaxud maddi zərərin həqiqətən movcud olduğu barədə və yaxud əldən çıxmış faydanın itirilməsi və yaxud maddi zərərin vurulması cavabdeh tərəfindən hər hansı qərəzli hərəkətlərinin nəticəsində törədilməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Bu hissədə iddia rədd edilməlidir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mənəvi ziyanın ödənilməsinə dair iddianın hissəsinə gəldikdə isə məhkəmə qeyd teməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Macəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş psr tvzuimuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əpğxl.ss^q məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər çıxmış fayda) başa düşülür. “Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı. həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyanın göstərdiyi məbləğlə bağlı sübutları məhkəməyə təqdim etməsə də, lakin yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin nəticəsində bir neçə əməliyyatların aparılması nəticəsində aylarla yataq vəziyyətində qalması, və cavabdeh tərəfindən həmin ziyanın könüllü qaydada ödəmək niyyətinin ifadə etməməsi məhkəməyə o nəticəyə ləmək imkan verir ki, iddiaçı qeyd olunanlarla əlaqədar müəyyən iztirab, əsəbi gərginlik keçirtmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumundan 10 manat iddiaçı Cavabdeh tutularaq cavabdeh X3 ödənilsin. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab deri ki, iddia qismən təmin edilməli, Cavabdeh 300 manat məbləğində maddi ziyan, 1200 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçı X3 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti, mənəvi ziyanın əvəzi qismində 1200 (bir min iki yüz) manat məbləğində Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1491/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1491/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver