Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1545/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliyusif oğlundan 4875,49 manat məbləğində verilmiş sığorta ödənişinin, 68,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı Labservis LTD MMC arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış "Mercedes Benz E200" markalı **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 31 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun ərzisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Əliyusif oğlunun idarə etdiyi "Foton Ollin yük" markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 9775,49 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh Əliyusif oğlu qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "Foton Ollin yük" markalı 90ZV739 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh Əliyusif oğlunun mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" Sığorta Şirkəti ASC-yə sığorta tələbi verilmiş və həmin sığorta şirkəti tərəfindən 4900 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 4875,49 manat təşkil edir. Ekspert rəyi ilə tanış oldu və heç bir etirazı yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə xx.xx.2021-ci il tarixdə baş verib. Hadisədən sonra onun barəsində inzibati qərar çıxıb və ara məsafəsi saxlamadığına görə 40 manat cərimə ödəmişdir. Hadisə üzrə təqsirkar olduğunu qəbul etdiyinə görə sonradan həmin inzibati qərarı mübahisələndirməmişdir. O, hadisədən sonra bir çox servis ilə maraqlanmış və həmin maşının bazar qiymətinin 18-20 min manat olmasını öyrənmişdir. Maşının 50-60 faizi əzilməlidir ki, ona 10 min manat dəyərində zərər dəysin. Həmin maşında isə yalnız bufer və arxa “kapot” zərər görüb. Bu səbəbdən hesab edir ki, ondan şişirdilmiş məbləğ istəyirlər. Sığorta şirkəti məhkəmə bildirişi gəlmədən 10 gün əvvəl ona məlumat vermişdi, lakin o, şirkətə məhkəməyə müraciət etmələrini və məsələni məhkəmə qaydasında həll etmək istədiyini bildirmişdir. Buna görə də məbləğin çox olması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "Foton Ollin yük" markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 qeyd olunan nəqliyyat vasitəsini idarə etməsi üçün Cavabdeh 10 ay 29 gün müddətinədək (xx.xx.2022-ci il tarixinədək) etibarnamə vermişdir. xx.xx.2021-ci il tarixli A-250/21 №-li sığorta aktından görünür ki, "Mercedes Benz E200" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 31 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun ərzisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Əliyusif oğlunun idarə etdiyi "Foton Ollin yük" markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh Əliyusif oğlu qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. “X3” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, hadisə nəticəsində "Mercedes Benz E200" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 8830,49 manat məbləğində zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, "Mercedes Benz E200" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ehtiyat hissələri və xidmətə görə 1045 manat məbləğində zərər hesablanmışdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1045 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmuş zərərin əvəzi olaraq 8830,49 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx"xxxx"xxxx" ASC-nin hesabına sığorta aktına əsasən 4900 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 68,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli, 9/3747 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, «X3» MMC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7910,0 manat müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1045 manat və 8830,49 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Həmçinin, iş materiallarında olan Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişini geri tələb etmək hüququ verir. İddiaçı tərəfindən 1045 manat və 8830,49 manat olmaqla, cəmi ödənilmiş 9775,49 manat məbləğində sığorta ödənişindən 4900 manat pul cavabdehin sığorta şirkəti olan "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Bu səbəbdən də iddiaçı 4875,49 manat məbləğində verilmiş sığorta ödənişinin tutulmasını tələb edir. Lakin mülki iş üzrə keçirilmiş ekspertiza nəticəsində “Mercedes Benz E200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7910,0 manat müəyyən edilmişdir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 4875,49 manat məbləğində ("xxxx" ASC tərəfindən iddiaçının hesabına köçürülmüş 4900 manat məbləğində sığorta ödənişini çıxdıqdan sonra) tələb etsə də, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya "xxxx" ASC tərəfindən 4900 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 7910 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə cavabdehdən iddiaçının xeyrinə 7910-4900=3010 manat pul tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3010 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,47 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 26,33 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3010 (üç min on) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 26,33 (iyirmi altı manat otuz üç qəpik) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-1545/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1545/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver