Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1600/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasındə 06 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ona "CHEVROLET CRUZE" markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 5818 (beş min səkkiz yüz on səkkiz) manat ziyan, 30 manat dövlət rüsumu, həmçinin hüquqi xidmətə görə 160 (bir yüz) manat olmaqla ümumilikdə ona dəymiş 6008 (altı min səkkiz) manat ziyanın ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 18.11.2019-cu il tarixində, saat 02;40 radələrində Sarayeva 7 küçəsində Cavabdeh İddiaçı-dən götürdüyü "CHEVROLET CRUZE" markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman "LONDON TAXİ" markalı, Az. 10-TH- 562 və "HYUNDAİ SONATA" markalı, Az **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsini törədib hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində "CHEVROLET CRUZE" markalı, Az 99-TV-44 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş sürücü Cavabdeh təqsiri üzündən "LONDON TAXİ" markalı, Az **-TH-***, "HYUNDAİ SONATA" markalı, Az **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə və İddiaçı-yə təxminən 9000 (doqquz min) manat zərər dəymişdir. Cavabdehin təkcə "CHEVROLET CRUZE" markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyan 5818(beş min səkkiz yüz on səkkiz) manat təşkil edir. Lakin bu günə qədər hadisəni təqsirli olaraq törətmiş "CHEVROLET CRUZE" markalı, Az 99-TV-44 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hüquq mühafizə orqanlarından gizlənir, hüquq mühafizə orqanları tərəfindən isə heç bir tədbir görülmür. Xətai rayon Polis İdarəsinin DYP tərəfindən hər üç zərər çəkənin izahatları alınmış və bununla da öz işlərini bitmiş hesab etmişlər. Ona görə də Cavabdeh. oğlunun qeydiyyatda olduğu Ağdam rayonunun Polis İdarəsinə ərizə ilə müraciət etsələr də Ağdam rayon Polis İdarəsindən məlumat vermişlər ki, Abbasov X4 rayonu, Zığ yolu, Qum adasında məskunlaşmışdır. Cavabdeh onun xeyrinə ona "CHEVROLET CRUZE" markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 5818 (beş min səkkiz yüz on səkkiz) manat ziyan, 30 manat dövlət rüsumu, həmçinin hüquqi xidmətə görə 160 (bir yüz) manat olmaqla ümumilikdə ona dəymiş 6008 (altı min səkkiz) manat ziyanın ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli etibarnaməyə əsasən, İddiaçı tərəfindən Cavabdeh **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 noyabr 2019-cu il tarixdə verilmiş, 19 noyabr 2019-cu ildə isə Cavabdeh tərəfindən geri qaytarılmışdır. Mülki işin materiallarında olan 05 dekabr 2019-cu il tarixli AP № ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən X7 Protokola əsasən, 18.11.2019-cu il tarixdə, saat 02:40-da ** TV *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili yol vərəqəsi ilə idarə edən Abbasov X5 7 ünvanında manevr qaydasını pozaraq London TX-4 markalı ** TH *** dövlət qeydiyyat nişanlı maşınla toqquşmuş, toqquşma nəticəsində London Tax-4 markalı maşın Hyundai Sonata markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduqdan sonra hadisə yerindən yayınmışdır. Mülki işin materiallarında olan zərərçəkmiş şəxslər X6 və X2 tərəfindən Xətai Rayon Polis İdarəsinə verilmiş izahatlarına əsasən, 18.11.2019-cu il tarixdə saat 02:40 radələrində ** TV *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili X1 məxsus London Taxi markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmış və bunun nəticəsində London Taxi markalı avtomobil X3 məxsus Hyundai Sonata markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisədən sonra ** TV *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü hadisə yerinə tərk etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli qərardada əsasən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli 9/2512 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallrında olan 02.06.2020-ci il tarixli qüsur aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Chevrolet Cruze” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4130 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80 və 81-i maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəlləin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşdən olan materiallarında və həmçinin tərəfərin izahatlarında, təqdim edilmiş sənədlərində və 16 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən də hər 3 əsasın mövcudluğu öz təsdiqini tapmışdır. İddiaçı avtomobilinə vurulmuş maddi ziyanla bağlı zərərin məbləğinin 4130 manat qeyd etmişdir. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusunun (delikt) törədilməsində Cavabdeh oğlunun təqsirli olduğuna və vurulmuş zərərin məbləği ekspert rəyinə əsasən 4130 manat müəyyən olunduğuna görə iddia qismən təmin olunmalıdır. Zərərin əvəzi qismində 4130 (üç yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı-yə ödənilməlidir. İddia qalan hissədə rədd ediməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manat məbləğində hissəsi cavabdedən tutularaq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçıya hüquqi xidmətin göstərilməsi üçün 160 manat məbləğində pul vəsaiti ödənildiyi öz təsdiqini tapır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 4130 (dörd min yüz on otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti və iddiaçıya hüquqi yardım xidmətinin göstərilməsi üçün 160 (yüz altmış) manat Cavabdeh tutularaq İddiaçı-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1600/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1600/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver