Məhkəmə qərarları › İş №2(010)-1602/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1602/2020

03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1602/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Şəhavət qızı və onun vəkili X3 Cavabdeh1 və onun vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “özəlləşdirmənin ləğvi və çıxarışın etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 95 saylı evin 59 saylı mənzilin X1 adına özgllgşdirilməsinin və DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonuncu tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 95 saylı evin 59 saylı mənzili Neft Daşlarında çalışdığı üçün atasına verilmişdir. Mənzilin sahəsi ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmiş və o ğənzilə dair orderdə ailə üzvü kimi göstərilmişdir. Qeyd edilən mənzil 2018-ci ilə kimi özəlləşdirilmmiş, xx xxx 2018-ci il tarixdə isə qardaşı X2 adına özəlləşdirilərək çıxarış verilmişdir. Həmin vaxt qeyd edlən mənzilə qeydiyyatı olsa da, 137 saylı MKİS tərəfindən verilmiş arayışda adı göstərilmədiyindən özəlləşdirilmə onun razılığı olmadan keçirilmişdir. Bu isə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun tələblərinə ziddir. Məhkəmə iclasında İddiaçı Şəhavət qızı iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, ilkin iddia tələbi ilə müraciət etdiyi zaman mərhum atası tərəfindən mübahisəli mənzilin qanunsuz olaraq özəlləşdirilib qardaşına bağışlanmasını düşünmüş, məhkəmə araşdırılması zamanı isə mənzilin ilkin olaraq qardaşının adına özəlləşdirilməsi bəlli olduğuna görə iddia tələblərini dəyişdirərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 95 saylı evin 59 saylı mənzilin X1 adına özgllgşdirilməsinin və DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbləri ilə razılaşmayaraq iddianın rədd edilməsini xahiş etmişdir Aşağıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. xx xxxxxxx 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır” Ali Məhkəmənin Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: Münasibətlərin publik hüqunun nizamasalma predmetinə aid olması; Münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; Hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. Yuxarıda göstərilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq nəzərə almaq lazımdır ki, iddia tələbi mənzilin tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı tələbini “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmaqla özəlləşdirildiyinə əsaslanmışdır. Göründüyü kimi yuxarıda göstərilən meyarlar baxımından təhlil aparıldıqda müəyyən olunur ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən hüquq münasibəti məhz dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı yaranan hüquq münasibətidir. Bu münasibətlərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququnun nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir. Digər tərəfdən aydındır ki, mənzilin özəlləşdirillməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında mənzili özəlləşdirmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan münasibətlərdir. Bu münasibətlərdə özəlləşdirməni həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkət edir, onunla özəlləşməni həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik elementi mövcuddur. Beləliklə, dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan həmin özəlləşdirmənin qanunsuz aparıldığını iddia edən şəxs hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdır. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarından da irəli gəlir. Həmin qərarda göstərilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddia isə ilk olaraq qanunsuz olaraq həyata keçirilmiş bağışlanma müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız lığı mübahisələndirsə də, sonradan iddiaçı tələbini dəyişdirmiş və sonuncu tələblə bağlı müəyyən olunan hal ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, mənzilin özəlləşdirilməsi nəticəsində aparılmışdır. Mənzilin özəlləşdirilməsi isə yuxarıda qeyd olunduğu kimi mülki hüququn deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Ona görə də, həmin özəlləşdirmənin qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Bu isə ona dəlalət edir ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 95 saylı evin 59 saylı mənzilin X1 adına özgllgşdirilməsinin və DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə tələbi məhkəmə qaydasında baxılmalı olmayan tələb olduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 95 saylı evin 59 saylı mənzilin X1 adına özgllgşdirilməsinin və DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar