Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1617/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh2, cavabdeh Haqverdiyeva (Bağırova) Könül Sadıq qızının iştirakları ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Haqverdiyeva (Bağırova) Könül Sadıq qızına və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxx” ASC) cavabdehlər Haqverdiyeva (Bağırova) Könül Sadıq qızına və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X1 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, “xxxx" ASC-də 19 iyun 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Mercedes Benz 190" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X11 tərəfindən idarə olunan "Audi A6" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı və X12 tərəfindən idarə olunan "Hyundai Sonata" markalı 90PT520 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə ki, hadisə saat 11:00-da baş vermiş, cavabdeh isə etibarnaməsini 11:19-da təqdim etmişdir. Zərərçəkənlərin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 1870 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, 09.05.2020-ci il tarixdə qəza baş vermiş və qəzadan bir neçə dəqiqə sonra isə yol polisləri gəlmişlər. Polislər ondan sənədləri istədikdə sənədləri təqdim etmiş, bu zaman ona Baş Dövlət Yol Polis İdarəsinə getməli olduğu, idarəyə getdiyi zaman ona qəza olan zaman etibarnaməsinin olmadığı bildirilmişdir. Bu səbəblə protokol tərtib olunmuş və cəriməni tam şəkildə ödəmişdir. Buna baxmayaraq hadisə baş verən zaman onun adına etibarnamə verilmiş və sistemə yerləşdirilmiş, o isə həmin etibarnaməni götürməyə getmişdir. İnzibati qərarda yazılmış hadisənin baş vermə tarixi məhz polisin sualına onun verdiyi cavab əsasında yazılmışdır. Normal hal olaraq o, hadisə baş verən zaman saatı dəqiq bilmədiyinə görə hadisənin təxminən 10-11 radələrində baş verdiyini bildirmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Haqverdiyeva (Bağırova) Könül Sadıq qızı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, Vüqar onun rəfiqəsinin oğludur və hadisə ilə onun heç bir əlaqəsi yoxdur. Belə ki, o, Vüqara etibarnamə verdikdən sonra Vüqar hadisəni törətmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən 15.10.2019-cu il tarixdə verilmiş AD seriyalı 627346 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz 190" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Haqverdiyeva (Bağırova) Könül Sadıq qızıdır. 09.05.2020-ci il tarixdə, saat 11:19-da verilmiş ƏN-V seriyalı 189456 №-li etibarnamənin surətindən görünür ki, "Mercedes Benz 190" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Haqverdiyeva (Bağırova) Könül Sadıq qızı qeyd olunan nəqliyyat vasitəsini idarə etməsi üçün Cavabdeh2 3 ay müddətinədək, 09.08.2020-ci il tarixinədək etibarnamə vermişdir. AR DİN BDYPİ QİŞ tərəfindən 14.03.2015-ci il tarixdə verilmiş AC seriyalı 462872 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Audi A6" markalı **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. 13.06.2016-cı il tarixdə verilmiş ƏN-İİİ seriyalı 788813 №-li etibarnamənin surətindən görünür ki, "Audi A6" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X13 qeyd olunan nəqliyyat vasitəsini idarə etməsi üçün X5 10 il müddətinədək etibarnamə vermişdir. AR DİN BDYPİ Qİİ tərəfindən 18.07.2015-ci il tarixdə verilmiş AD seriyalı 290362 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Sonata" markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC-dir. “xxxx” MMC tərəfindən 21.02.2020-ci il tarixdə verilmiş 505 №-li etibarnamənin surətindən görünür ki, "Hyundai Sonata" markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC qeyd olunan nəqliyyat vasitəsini idarə etməsi üçün X6 21.05.2020-ci il müddətinədək etibarnamə vermişdir. Bakı şəhər DYPİ inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 09.05.2020-ci il tarixdə, saat 11:00-da AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. 02.06.2020-ci il tarixli PGU-201130 №-li sığorta aktından görünür ki, Cavabdeh2 09.05.2020-ci il tarixdə, saat 11:00-da idarə etdiyi "Mercedes Benz 190" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X11 tərəfindən idarə olunan "Audi A6" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı və X12 tərəfindən idarə olunan "Hyundai Sonata" markalı 90PT520 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir.Yol nəqliyyat hadisəsi nəticəsində X7 məxsus "Audi A6" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə “xxxx” ASC tərəfindən 1750 manat sığorta ödənişi həyata keçirilmişdir. 02.06.2020-ci il tarixli PGU-201130 №-li sığorta aktından görünür ki, Cavabdeh2 09.05.2020-ci il tarixdə, saat 11:00-da idarə etdiyi "Mercedes Benz 190" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X11 tərəfindən idarə olunan "Audi A6" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı və X12 tərəfindən idarə olunan "Hyundai Sonata" markalı 90PT520 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir.Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus "Hyundai Sonata" markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə “xxxx” ASC tərəfindən 120 manat sığorta ödənişi həyata keçirilmişdir. “Babək Avtoservis” tərəfindən tərtib edilmiş 16.05.2020-ci il tarixli Qüsur Aktından görünür ki, hadisə nəticəsində "Audi A6" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 1750 manat məbləğində zərər dəymişdir. 05.06.2020-ci il tarixli 51445 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X5 1750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “xxxx” ASC tərəfindən tərtib edilmiş 15.05.2020-ci il tarixli Qüsur Aktından görünür ki, hadisə nəticəsində "Hyundai Sonata" markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 120 manat məbləğində zərər dəymişdir. 09.06.2020-ci il tarixli 51633 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq “xxxx” MMC-yə 120 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 25.01.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş 05.06.2020-ci il tarixli 51445 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X5 1750 manat, 09.06.2020ci il tarixli 51633 saylı ödəniş tapşırığına əsasən “xxxx” MMC-yə 120 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Bakı şəhər DYPİ inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 09.05.2020-ci il tarixdə, saat 11:00-da AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Haqverdiyeva (Bağırova) Könül Sadıq qızından və Cavabdeh2 müştərək qaydada 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul cavabdehlər Haqverdiyeva (Bağırova) Könül Sadıq qızından və Cavabdeh2 müştərək qaydada “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1617/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1617/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver