Məhkəmə qərarları › İş №2(010)-1623/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1623/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1623/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes Benz C 180” markalı, **-BU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 330 (üç yüz otuz) manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “Azsamand minik” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “Azsamand minik” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Xəzər rayonu Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törədərək X6 məxsus “Mersedes Benz C 180” markalı, **-BU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Xəzər RPİ-də araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində İXM-nin 327.6-cı maddələsi ilə xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək 100 manat məbləğində cərimələnmişdir. «xxxx» ASC tərəfindən “Mersedes Benz C 180” markalı, **-BU-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi ziyan 330 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul avtomobilin sahibinə ödənilmişdir. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə verindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxsin əmlakına, «xxxx» ASC-nin avtomobilə vurulmuş zərərə görə ödənilmiş 330 manatı subqroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Cavabdehə vurulmuş ziyana görə edilmiş ödənişi «xxxx» ASC-yə qaytarması barədə təklif verilmiş, lakin cavabdeh təklifi qəbul etməmişdir. Ona görə də, zərərçəkənə ödənilmiş məbləğin əvəzi 330 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 20 manat dövlət rüsumunun Cavabdeh «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı «xxxx» ASC-nin hüquq və Sığorta Hadisələr xidmətinin hüquqşünası Şəfahət Xudiyev məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2020-ci il tarixli AKT2935-CML-2394/2020 №-li sığorta aktından görünür ki, X6 məxsus “Mercedes Benz C180” minik markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “Azsamand minik” minik markalı, **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixində 23:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” minik markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 330 manat dəyərində müəyyənləşdirilmişdir. İş materiallarında olan PAZ********** saylı xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, «xxxx» ASC X1 məxsus, (Cavabdeh idarə etdiyi) **-TE-*** dövlət qeydiyyat nişanlı, “Azsamand minik” markalı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, «xxxx» ASC tərəfindən X7 hesabına 330 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati xəta qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanlanmış təklifdən görünür ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yol nəqliyyatı hadisəsi baş vermiş və həmin qəzadan yayınmışdır. Avtonəqliyyat vasitəsinin sahiblərinin icbari sığortası üzrə qəzada «xxxx» ASC tərəfindən X6 330 manat məbləğndə pul ödənilməsi barədə məlumat verilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi «xxxx» ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Azsamand minik” markalı, **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “Mercedes Benz C180” minik markalı, **- BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə avtomobilə 330 manat məbləğində maddi ziyan yetirmiş və hadisə yerindən yayınmışdır. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X4 hesabına 330 manat məbləğində ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında «xxxx» ASC-nə keçdiyindən 330 manat məbləğində vurulmuş zərər və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz C180” minik markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 330 (üç yüz otuz) manat və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar