Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1656/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobilin satılması və əldə olunmuş vəsaitin ½ hissəsinin tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması, satışdan əldə edilmiş vəsaitin iddiaçının payına mütənasib olaraq ½ hissəsinin Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı mülki iş üzrə tərəflər məhkəməyə özləri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təqdim edərək həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə, tərəflər birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili 8000 manat dəyərində qiymətləndirirlər. Cavabdeh “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 8000 manat dəyərindən ½ hissəsini, yəni 4000 manatı İddiaçı verir və İddiaçı “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mövcud olan ½ hissədə payından Cavabdeh xeyrinə imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək, onların ərizələrini, təqdim olunmuş barışıq sazişini və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barışıq sazişi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 1.Tərəflərin birgə nikah dövründə əldə etdiyi “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 8000 (səkkiz min) manat müəyyən olunsun.
2. “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 8000 (səkkiz min) manat dəyərindən ½ hissəsi, yəni 4000 (dörd min) manatı Cavabdeh tərəfindən İddiaçı ödənilsin.
3. İddiaçı “Chevrolet Cruse” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mövcud olan ½ hissədə payından Cavabdeh xeyrinə imtina etsin.
Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Talıbova