Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1661/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Sabirabad rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Sabirabad rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Sabirabad rayonu, Quruzma kənd icra nümayəndəliyində qeydə alınmış 26.*4.*947-ci il tarixli 2* saylı doğum akt qeydində olan səhvin düzəliş edilməsi, ad qrafasında “Aqaves” əvəzinə “Qiyas” kimi doğum akt qeydində yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəçinin xahişindən görünür ki, o, doğum haqqında akt qeydində adının səhv göstərildiyini bildirərək akt qeydinə müvafiq düzəliş edilməsini – adının dəyişdirilməsini məhkəmədən xahiş edir. Məhkəmə isə hesab edir ki, bu xahişə hüquqi əhəmiyyəti olan fakt kimi mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Ona görə ki, bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.*4.2**9-cu il tarixli, 3 №-li qərarı). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *6*.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin *6*.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə hesab edir ki, əgər ərizəçi doğum haqqında akt qeydində hansısa səhvə yol verildiyini və akt qeydinə düzəliş edilməli olduğunu hesab edirsə, bununla bağlı ilk növbədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana (müvafiq qeydiyyat şöbəsi) müraciət etməli, həmin orqan akt qeydinə düzəliş etməkdən imtina edərsə, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə **4. Dövlət rüsumunun qaytarılması. **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə izah edilməlidir ki, vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şərh olunanlara əsasən və MPM-in *53-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Sabirabad rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş *** (yüz) manat məbləğində dövlət rüsumu (23.*2.2*23-cü il tarixli, 2*848 №-li qəbz) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ** gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1661/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1661/2023
28.02.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver