Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1665/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdeh Əhmədova Sı̇ tarə Xeyrulla qızının iştirakları ilə, İddiaçı Qərı̇ bxan qızının cavabdehlər Cavabdeh1 və Əhmədova Sı̇ tarə Xeyrulla qızına qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elnur Mənsimov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 133-də yaşayan vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 15:42 dəqiqədə Azərbaycan Respublikası DİN-in «102 xidməti-zəng sistemi mərkəzi»nə müraciət edərək Xalidə və Səfayət adlı şəxslərin onu aldatması barədə məlumat vermişdir.
2. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Suraxanı RPl-nin 31-ci PB-nə müraciət edərək bildirmişdir ki, Xalidə və Səfayət adlı şəxslər etibarından istifadə edərək olu aldatmışar. Belə ki, Xalidə adlı şəxs 1070 manat dəyərində olan müxtəlif qızı-zinyət əşyalarını, Səfayət adlı qadın isə 16246 manat dəyərində qızıl-zinyət əşyalarını ondan alaraq nə pulunu, nə də ki, qızıl-zinyət əşyalarını geri qaytarmırlar.
3. Aparılmış təhqiqat araşdırması zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, təqribən 1 il bundan əvvəl hamının adını Xalidə kimi çağırdığı Cavabdeh2 ilə tanış olmuşdur. Həmin ərəfədə özünün bir qədər qızıl-zinət əşyaları var idi. Sitarəyə bildirmişdir ki, əlində olan qızıl-zinət əşyalarını satmaq istəyir. Sitarə də özü və qohumları üçün bir neçə qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Həmin ərəfədə Sitarə ondan bir neçə qızıl-zinət əşyaları almışdır. Aralarında razılığa gəlmişlər ki, Sitarə aldığı qızılların pullarını hissə-hissə olmaqla ödəsin. Həmən ərəfədə Sitarə yaşadığı evə Cavabdeh1 ilə birlikdə gəldi. Səfayət özünü qızıl alış-satışı ilə məşğul olduğunu bildirdi və ondan qızıl-zinət əşyaları almaq istədiyini bildirdi. Sitarə də onu əmin etmişdir ki, Səfayəti tanıyır və ona etibar etmək olar. O, Səfayətin və Sitarənin səmimiyyətinə inanıb Səfayətə qızıl-zinət əşyaları vermiş və razılığa gəlmişlər ki, ödənişləri hissə-hissə edər. Səfayət ondan aldığı qızıl-zinət əşyaların ödənişlərini hər ay ödədikcə yeni qızıl-zinət əşyaları da alırdı. 2023-cü ilin yanvar ayından başlayaraq Səfayət qızılların aylıq ödənişlərini gecikdirməyə, bəzilərini isə ödəniş etməməyə başlamışdır. Səfayətdən ödəniş etməməsinin səbəbini soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişləri ödəyəcəyini bildirirdi. xx.xx.2023-cü il tarixdə Səfayətlə yenidən telefon əlaqəsi saxlamış və ödənişləri etməsini istədikdə Səfayət bundan imtina etdiyi üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İddiaçı ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh1 müxtəlif vaxtlarda, müxtəlif əyyarlarda qızıl-zinət əşyaları vermişdir. Bu barədə öz dəftərlərində qeydlər aparmışlar. Səfayətin ona ümumilikdə 16246 (on altı min iki yüz qırx altı) manat pul borcu qalıbdır. Cavabdeh2 müxtəlif vaxtlarda, müxtəlif əyyarlarda qızıl-zinət əşyaları vermişdir. Bu barədə öz dəftərlərində qeydlər aparmışlar. Sitarənin ona ümumilikdə 1070 (min yetmiş) manat pul borcu qalmışdır. Cavabdeh1 və Cavabdeh2 qızılları ondan yaşadığı evdə təhvil vermişdir. Həmin vaxtlarda evdə onlardan başqa heç kim olmayıbdır. Qızılları təhvil verərkən onların iştirakı ilə bu barədə dəftərdə qeydlər aparmışlar.
4. Aparılmış təhqiqat araşdırması zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, ev 23-də yaşayan vətəndaş Cavabdeh1 izahat verərək bildirmişdir ki, İddiaçı təribən 9 ay olar ki, tanıyır. Günay qızıl satışı ilə məşğul olduğu üçün onunla qızıl alıb-satmaq üçün razılığa gəlmişdir. Həmin ərəfədə Günaydan bir neçə dəfə qızıl alıb satmışdır. Satdığı qızılların pulunu da Günaya qaytarmışdır. Bundan sonra Günyadan hissə-hissə ödəmək şərti ilə müxtəlif vaxtlarda qızıl-zinət əşyaları almışdır. Öz aralarında razılığa gəlmişlər ki, qızılları Günaydan təhvil alıb hissə-hissə ödənişli şərti ilə başqa müştərilərə satsın. Bundan’ sonra Günaydan aldığı qızılları ondan təhvil alıb tanıdığı müştərilərə hisşə-hissə ödənişli şərti ilə satmışdır. 2023-cü ilin yanvar ayında müştərilərin bəziləri maddi sıxıntıları olduğu üçün ödənişləri Günaya çatdıra bilməmişdir. Cavabdeh1 verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Günaydan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olan qızıl-zinət əşyaları almışdır. Razılıqlarına əsasən qızılları sataraq hissəhissə Günaya pulu qaytarmalıdır. Hal-hazırda onun Günaya ümumi 15776 (on beş min yeddi yüz yetmiş altı) manat pul borcu qalıbdır. İddiaçı qızıl-zinət əşyalarını tanıdığı şəxslərə hissə-hissə ödəmək şərti ilə almışdır. Müştərilər ödənişləri etdikcə Günaya olan borcunu ödəyəcəkdir.
5. Aparılmış təhqiqat araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 6-da yaşayan vətəndaş Cavabdeh2 izahat verərək bildirmişdir ki, İddiaçı təqribən 1 il olar ki, tanıyır. Günay qızıl satışı ilə məşğul olduğu üçün tanışı Səfayəti Günayla qızıl alıb-satmaq üçün tanış etmişdir. Həmin ərəfədə özü də Günaydan bir neçə dəfə özü üçün qızıl almışdır. Günayla razılıqlarına əsasən aldığı qızılların pulunu hissə-hissə ödməyi öhdəliyinə götürmüş və vaxtı-vaxtında ödənişləri edir. Təqribən 10 gün olar ki, Günay ona zəng vuraraq Səfayətin ondan aldığı qızılların pullarını ödəmədiyini bildirmişdir. O, da Günayı əmin etmişdir ki, Səfayət elə insan deyil, yaxın günlərdə qızılların pulunu qaytaracaqdır. Cavabdeh2 verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Günaydan ümumilikdə təqribən 2000 manata yaxın məbləğdə qızıl-zinət əşyaları almışdır, ödənişlərin bir qismini ödəmişdir. Hal-hazırda Günaya 1070 (min yetmiş) manat pul borcu qalmışdır. Həmin ödənişlərini də vaxtı-vaxtında ödəyəcəkdir. Həqiqətən də Səfayətlə Günayı o, tanış etmişdir. Onlar bir-birləri ilə qızıl alqı-satqısı ilə məşğul olublar. Səfayət aylıq ödənişlərini vaxtında ödəyirdi. Lakin son zamanlar müştəriləri Səfayətə ödənişləri gecikdirdiyi üçün Səfayət də Günaya ödənişləri gec ödəmişdir.
6. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraf ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı 15776 manat borcu olduğunu etiraf etmiş və hissə-hissə qaytaracağını bildirmişdir.
7. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraf ərizəsindən görünür ki, Cavabdeh2 İddiaçı 720 manat borcu olduğunu etiraf etmiş və borcunu ödəyəcəyini bildirmişdir.
İşin faktiki halları
8. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Əhmədova Sı̇ tarə Xeyrulla qızına müxtəlif qızı-zinyət əşyalarının verilməsi, Cavabdeh1 15776 manat, Cavabdeh2 isə 720 manat məbləğində borcunun qalması və həmin borcun cavabdehlər tərəfindən etiraf edilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
9. İddiaçı Qərı̇ bxan qızının cavabdehlər Cavabdeh1 və Əhmədova Sı̇ tarə Xeyrulla qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15776 manat miqdarında pulun Cavabdeh1, 1070 manat pulun Cavabdeh2, eyni zamanda dəymiş mənəvi zərərə görə 5000 manat pulun və ödənilmiş 156 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sonradan İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, 15776 manat miqdarında pulun Cavabdeh1, 720 manat pulun isə Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
11. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
12. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 polis bölməsində izahat verərək 15776 manat, Cavabdeh2 isə isə 1070 manat məbləğində borcunun qalmasını etiraf etmişdir. Həmin zamandan sonra Sitarə 350 manat ödəniş etmiş və cəmi 720 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında cavabdehlər ərizə də təqdim edərək qalıq borc məbləğini bir daha etiraf etmişlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
13. Cavabdeh Əhmədova Sı̇ tarə Xeyrulla qızı iddia tələbini qəbul edərək bildirdi ki, polis bölməsində izahatı alınarkən 1070 manat borcu qaldığını etiraf etmişdir. Lakin sonradan 350 manat ödəniş etmiş və hazırda 720 manat borcu qalıb. Borcunu ödəyəcəkdir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir.
14. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, təqdim etdiyi etiraf ərizəsinə əsasən 15776 manat borcu qaldığını etiraf edir və hissə-hissə həmin borcu qaytaracaq.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
17. Belə ki, iddiaçının irəli sürdüyü Cavabdeh1 15776 manat, Cavabdeh2 isə 720 manat borcun tutulması tələbi üzrə iddia cavabdehlər tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehlərin iddianı etiraf etməsi qəbul olunmalı və iddia təmin edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbi həcmi azaldığı üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 152,75 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməli, qalan 3,25 manat hissə isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 15776 manat, Cavabdeh2 isə 720 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh1 15776 (on beş min yeddi yüz yetmiş altı) manat, Cavabdeh2 isə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152,75 (bir yüz əlli iki manat yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumunun qalan 3,25 (üç manat iyirmi beş qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.