Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1670/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 10000 manat və mənəvi ziyana görə 5000 manat pul vəsaitinin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3063/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0290 m2 olan torpaq sahəsinin hasara alınmasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin onlara qadağan olunması, cavabdehlərin hesabına – iddiaçıya məxsus həmin torpaq sahəsinin ətrafına əkilmiş ağacların həmin torpaq sahəsindən çıxarılması, qaz borusunun yerinin dəyişdirilməsi və torpaq sahəsinə tökülmüş mişar daşlarının götürülməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3063/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tam icra olunmamışdır. Belə ki, hasarın çəkilməsinə maneəçilik qalmış, daşlar götürülməmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin mövcud olmasına baxmayaraq, cavabdehlər ona burada işlər görməyə maneə olur, özünə məxsus torpaq sahəsini hasara almaq istəsə də, ona yenidən ziyan vururlar. Belə ki, o, hasarı tikmək üçün tikinti materialları, sement və qum almış, usta gətirmiş, ustalar hazırlıq işləri görərək palçıq qatmış, lakin işə başlamaq istəyəndə cavabdehlər hasarı sökmüş, palçığı dağıtmış, ustaları isə təhqir edərək qovmuşlar. O isə həm materialların alınmasına görə, həm də ustaların pulunu verməklə ziyana düşür. O, öz ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkündür və özü 1-ci Qarabağ müharibəsi veteranıdır. Hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur, cavabdehlər tərəfindən ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ona məxsus olan torpaq sahəsində tikinti işləri (hasar tikintisi) aparmaq istəsə də, buna cavabdehlər tərəfindən maneələr yaradılmış, tikinti işlərinin aparılması üçün dəvət edilmiş ustalar cavabdehlər tərəfindən qovulmuşdur. O, cavabdehlərin bu kimi qanunsuz hərəkətlərinin qarşısını almaq üçün sahə müvəkkilinə məlumat vermiş, lakin o, əraziyə gəldikdən sonra buna səlahiyyətinin olmadığını bildirmişdir. Sahə müvəkkili getdikdən sonra ikinci dəfə hasarın tikintisi üçün ustaları çağırmış, lakin yenə cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasına maneəçilik törədilmişdir. O da ustaların razılaşdırılmış haqqını ödəyərək onları yola salmışdır. Nəticədə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ona zərər vurulmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə aralarında yaranan mübahisə onlara məxsus evin qarşısında iddiaçı tərəfindən hasarın çəkilməsi olmuşdur ki, iddiaçı məhkəmə tərəfindən əraziyə yerli baxış keçirdikdən sonra hasar çəkmiş, həmin torpaq sahəsini də digər şəxsə satmışdır. Hətta, iddiaçı özünə məxsus torpaq sahəsində hasar çəkdikdən sonra icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərkən həmin hasarın kim tərəfindən çəkilməsi barədə ondan soruşmuş, o da iddiaçının çəkdiyini söyləmişdir. Torpaq xüsusi mülkiyyətdə olsa belə, həmin ərazidə hər hansı tikinti işlərinin aparılması zamanı mütləq icra hakimiyyəti və bələdiyyədən müvafiq icazələr alınmalıdır. Lakin, iddiaçı tərəfindən bu icazələr alınmamış, sözügedən ərazidə xeyli sayda tikinti işləri apararaq ərazinin qanunauyğun yerləşmə vəziyyətini də pozmuşdur. Məhz torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün mütəxəssis dəvət edilən zaman həmin mütəxəssisin xərcini də öz cibindən ödəmişdir. İddia ərizəsində qeyd edilənlər isə tamamilə əsassızdır. Belə ki, o, iddiaçıya məxsus heç bir ağacı qırmamış, ona ziyan vurmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********10 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0290 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir və torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından müəyyən olunur ki, İddiaçı **********10 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsinin həcminin 290 m2, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin isə həcminin 556 m2 olması qeyd edilməklə yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-45/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması barədə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan 0.0290 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 530 nömrəli arayışın surətindən müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün Ələsgərov İddiaçı Elza Qədir qızı və X1 ibarət ailə tərkibində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi ünvanında yerləşən 53 nömrəli fərdi yaşayış evində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 53 ünvanında yerləşən, ümumi sahəsi 0.0290 ha olan torpaq sahəsi üzərində müxtəlif növ ağacların yerləşməsi, daş hasarın tikintisi üçün torpaq sahəsinə müxtəlif sayda mişar daşlarının yerləşdirilməsi, həmin daşlardan istifadə edilməklə yarımçıq daş hasarın tikilməsi müşahidə olunur. Yerində müayinə Məhkəmə (Hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi X5) tərəfindən ünvan 1 ünvanında yerləşən 0.0290 m2 torpaq sahəsinə 18 aprel 2025-ci il tarixdə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı torpaq sahəsinə daxil olarkən qarşıda və sol tərəfdə ağacların olması, torpaq sahəsinə girişdən sağ tərəfdə yerə tökülmüş mişar daşlarının mövcudluğu, mişar daşlarının bir hissəsinin sıra ilə düzülməsi, girişdən qarşı tərəfdə isə cavabdehlərə məxsus ikimərtəbəli evin olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsində tikinti işləri görməyə maneə yaratmalarını əsas gətirərək, vurulmuş maddi zərərə görə 10000 manat və mənəvi ziyana görə 5000 manat pul vəsaitinin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi xahiş edir. Maddi zərər tələbinin əsası kimi cavabdehlərin iddiaçıya ona məxsus torpaq sahəsində tikinti işləri görməyə maneə yaratmaları, hasar tikmək üçün tikinti materialları alması, usta çağırması, lakin cavabdehlərin hərəkəti nəticəsində tikintinin baş tutmaması ilə əlaqədar ona maddi zərərin vurulması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, həmin şərtlər bir-birləri ilə funksional əlaqədə olmaqla eyni anda mövcud olmalı, bir şərt bu və ya digər şərti inkar etməməklə mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin mülki hüquq məsuliyyətinə cəlb edilməsi üçün qanuni əsas təşkil etməlidir. Lakin, iddiaçı özünə məxsus olan torpaq sahəsində hasar tikilməsi üçün aparılan tikinti işlərinə cavabdehlər tərəfindən hər hansı maneəçilik hərəkətlərinin (hərəkətsizliyin) törədilməsini (hüquq qaydasının pozulması halı), bu kimi hərəkətlərin (hərəkətsizliyin) cavabdehlər tərəfindən məhz təqsirli olaraq törədilməsini (hüquqa zidd əməli törədən şəxs(lər)in həmin əməli törədərkən iradəsində nöqsan olması), törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində ona zərər dəyməsini və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, öz tələbinin əsası kimi istinad edilən fakt və halları sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı iddiaçının həyata keçirməyə çalışdığı müvafiq tikinti işlərinin (daş hasarın tikilməsi ilə bağlı) özünün qanuni mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını aşmaqla, ona aid olmayan sahəni əhatə etməsi müəyyən edilmişdir. Belə ki, iddiaçı özü də yerli baxış zamanı verdiyi izahatında daş hasar çəkmək istədiyi sahənin ona məxsus torpaq sahəsi hüdudlarından kənarda yerləşdiyini bildirmişdir. Bundan əlavə, iddiaçı özünə məxsus olan torpaq sahəsində yerləşən ağaclara cavabdehlər tərəfindən zərər vurulmasını, nəticədə həmin ağacların istifadəyə yararsız vəziyyətə gətirilməsini bildirsə də, qeyd edilən faktlara və hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbi təmin edilmədiyindən, həmçinin iddiaçı məhz güman edilən hüquqa zidd hərəkətlər (hərəkətsizliklər) nəticəsində ona mənəvi zərər dəyməsini iddia etdiyindən, yəni güman edilən vurulmuş zərərin əsasını təşkil edən hüquqi halların qarşılıqlı əlaqədə olmasını nəzərə alan məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsinə dair hissədə də iddia tələbi təmin edilməməlidir. Digər tərəfdən, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Digər tərəfdən, iddiaçı cavabdehlərin qanunsuz hərəkət və (və ya) hərəkətsizliyi nəticəsində özünün keçirdiyi mənəvi sarsıntı və iztirabların nədə ifadə olunmasını, bu kimi sarsıntıların məhz cavabdehlərin hərəkətləri nəticəsində baş vermiş olmasını, eləcə də keçirilmiş sarsıntılarla cavabdehlərin hərəkətləri arasında nə kimi səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarət iddia tələbinin əsasını təşkil edən fakt və halları sübut edə bilməmiş, həmin fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddianın rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1670/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1670/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver