Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1676/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Məmmədova Səyalı Əziz qızının iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun silinməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2011-ci il tarixli, 341/İK/11 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 02.02.2021-ci il tarixinə olan 21595.94 manat əsas borc, 1620.25 manat faiz borcu olmaqla, cəmi 23216.19 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh Cavabdeh1 iddiaçı Bank ’’BTB’’ ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 02.02.2011-ci il tarixli, ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.14 kv.m-dən ibarət mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 Mirqasım oğlunun mənzildən istifadə hüquqlarına xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Məmmədova Səyalı Əziz qızı daha sonra iddia ərizəsinə əlavə verərək "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2011-ci il tarixli, 341/İK/ll saylı kredit müqaviləsinin ləğv edilməsi., həmin kredit müqaviləsindən irəli gələn 23.08.2021-ci il tarixinə olan 21453.31 manat məbləğində əsas borc, 842.47 manat məbləğində faiz borcu olmaqla, cəmi 22295.78 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 02.02.2011-ci il tarixli, ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.14 kv.m-dən ibarət mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqlarına xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2011-ci il tarixli 341/İK/ll saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 26000 (iyirmi altı min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 27.04.2010-cu il tarixdə "xxxx" ASC ilə və satıcı Cavabdeh2 ilə alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqısatqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfmdən verilmiş 28.01.2010-cu il tarixli 11/1674 saylı arayışa əsasən ümumi sahəsi 48.14 m2, yaşayış sahəsi 30.14 m2 ünvan 1 ünvanmda 9 mərtəbəli binada 2 otaqlı mənzili Alıcı- İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin Hüquqlarm X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 22 yanvar 2011-ci il tarixli seriya MA ******* saylı Çıxarışa əsasən Satıcıya məxsusdur. Mənzilin satış qiyməti 32500 (otuz iki min beş yüz) manatdır, mənzilin dəyərinin 6500 (altı min beş yüz) manatı Alıcı- İpotekaya qoyanm özü tərəfındən, 26000 (iyirmi altı min) manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən 02 fevral 2011-ci il tarixli 341/İK/ll saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabma ödənilir. Alıcı-İpotekaya qoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 02 fevral 2011-ci il tarixli 341/İK/ll saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 200 (iki yüz) manat 67 (altmış yeddi) qəpik məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfındən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 02 fevral 2011-ci il tarixli 341/İK/11 saylı kredit müqaviləsinin şərtlərinə müvafıq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor- İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin 02.02.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 21595.94 manat, faiz borcu 1620.25 manat təşkil edir. Beləliklə cavabdehlərin 02.02.2021-ci il tarixinə ümumi borcu 23216.19 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. 18.03.2011-ci il tarixli RLB-İP 000380 №-li ipoteka kağızına əsasən cavabdehə qarşı AR İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ inodossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 341/İK/11 saylı, 02.02.2011-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya 300 ay müddətə 26000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19.03.2011-ci il tarixli seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 oğlunun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC, satıcı Cavabdeh2 və Cavabdeh1 oğlu arasında bağlanmış 02.02.2011-ci il tarixli ipoteka alqı-satqı müqaviləyə əsasən "xxxx" ASC cavabdehə müqaviləyə əsasən ünvan 1 ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 oğluna ünvanlanmış məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 oğlunun banka 21453.31 manat əsas, 842.47 manat faiz, cəmi 22295.78 manat borcu vardır. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 15.07.2021-ci il tarixli LF 17 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 45 000 manat, likvid dəyəri 40 000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 02.02.2011-ci il tarixli, 341/İK/11 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 26000 (iyirmi altı min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında 02.02.2011-ci il tarixli «Alqı-satqı və İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında 341/İK/11 saylı, 02.02.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 21453.31 manat məbləğində əsas borc, 842.47 manat məbləğində faiz borcu olmaqla, cəmi 22295.78 manat məbləğində borc yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2011-ci il tarixli 341/İK/11 saylı kredit müqaviləsi ləğv olunmalıdr. Cavabdeh1 02.02.2011-ci il tarixli 341/İK/11 saylı kredit müqaviləsi üzrə 21453.31 manat məbləğində əsas borc, 842.47 manat məbləğində faiz borcu olmaqla, cəmi 22295.78 manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 40 000 manat müəyyən olunmalıdır. Tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 oğlundan tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin ilkin mərhələdə borc məbləğini ödəyəcəyi təqdirdə cavabdehlərin istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2011-ci il tarixli 341/İK/11 saylı kredit müqaviləsi ləğv olunsun. Cavabdeh1 02.02.2011-ci il tarixli 341/İK/11 saylı kredit müqaviləsi üzrə 21453.31 manat məbləğində əsas borc, 842.47 manat məbləğində faiz borcu olmaqla, cəmi 22295.78 (iyirmi iki min iki yüz doxsan beş manat, yetmiş səkkiz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət xərci "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 40 000 (qırx min)manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilsin və mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın . İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1676/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1676/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver