Məhkəmə qərarları › İş №2(043)-132/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-132/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-132/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər X14 və X12 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3ın ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı QSC iddia ərizəsinə əlavə olunması ilə bağlı ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14 və X11 ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14 və X11 ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-563/2011 saylı qətnaməsinə əsasən cavabdehlər X6, X7, X4, X2 və X3 müştərək qaydada 83281.43 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış alınmışdır.Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 saylı fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarımızın həyata keçirilməsinə mane olur. Bununla yanaşı, həmin evdə qeydiyyatda olan, həmçinin keçmiş mülkiyyətçinin yetkinlik yaşma çatmayan uşaqları, yəni xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2016-cı il təvəllüdlü X18 qeydiyyatdadır. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli 2(043)-132/2021 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid olan hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 3M-2-229 reyestr nömrəli xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş, 161 saylı evlər üçlüyündən verilmiş xx.xx.2009-cu il tarixli 2 nömrəli forma arayışından görünür ki, ünvan 1 ünvanda X8, Cavabdeh3 Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(043)-563/2011 saylı qətnaməsindən görünür ki, cavabdehlər X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-107/2011 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-563/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-859/12 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-107/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışından görünür ki, hazırda ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər X14 və X18 hazırda ünvan 1 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi qanunvericilikdə ipoteka müqaviləsinin bağlanmasından sonra mənzilə qeydiyyata düşmüş şəxslərin həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş hesab olunduqları təsbit olunmuşdur. Cavabdehlər ipoteka müqaviləsi bağlanarkən həmin evdə qeydiyyatda olmamışdır. İpoteka predmeti hərracdan satılaraq iddiaçının mülkiyyətinə keçmişdir. Buna görə də hazırda evdə qeydiyyatda olan cavabdehlərin həmin evdən istifadə hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər X10 və X11 ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar