Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-169/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Birinci iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə və İkinci iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair (Birinci iddia) və iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair (İkinci iddia) mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Birinci iddia.
1. İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3372/2021 saylı qətnaməsi əsasında tərtib olunmuş yeni bölgü sxemi əsasında ünvan 1 ünvanında yerləşən torpağın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı, ünvan 1 ünvanında öz ailəmlə yaşayıram və qeydiyyatdayam. Sizə aşağıdakıları bildirmək istəyirəm: xx.xx.2020-ci il tarixdə mən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, bütün həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin mənim payıma ayıraraq, yeni bölgü sxeminin tərtib edilməsini xahiş elədim. DƏDRX mənim bu xahişimi nəzərə alaraq, hadisə yerinə mühəndisləri göndərmişdir. Təəssüflər olsun ki, X25 tərəfindən mühəndislərə göstərilmiş acıqlı və inadlı maneə və müqavimət onlara bu əməliyyatı yerinə yetirməyə imkan verməyib. Bunun haqqında bizə DƏDRX tərəfindən tərtib edilmiş akt çox aydın şəkildə bildirir (Həmin aktı öz ərizəmə əlavə edirəm). Bununla əlaqədar mən xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə “cavabdeh tərəfindən yeni bölgü sxeminin tərtibi üçün törədilən maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etdim. xx.xx.2021-ci il tarixində Suraxanı Rayon Məhkəməsi 2(010)-3372/2021 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə cavabdeh X26 tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına dair maneələr aradan qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3372/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixində Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi əsasında mənə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi verilmişdir. xx.xx.2021-ci il tarixdə X26 dünyasını dəyişmişdir. Onun vərəsəsi isə onun qızı Cavabdehdır. xx.xx.2022ci il tarixdə mən Suraxanı rayon İcra Şöbəsinə ünvan 3 ünvanda yerləşən torpaqdan sərbəst və maneəsiz istifadə etməyimə müvafiq şəraitin yaradılmasına dair ərizə ilə müraciət etmişdim. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli cavabında mənə bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaqdan sərbəst və maneəsiz istifadə etmək üçün mən “naturada bölgü aparılmasına dair” iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməliyəm”.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onunla Cavabdeh arasında hər tərəfə 1/2 hissə ayırmaqla naturada bölünməsinə dair qanuni, ədalətli və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir.
İkinci iddia.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 11 saylı evin A tikilisinin altında və onun ətrafında yerləşən 884.13 m2 torpaq sahəsinin Cavabdeh, B tikilisinin altında və onun ətrafındakı 124.47 m2 torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyəti hesab edilərək hal-hazırkı və texniki pasportdakı mövcud, faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən ev 0.100860 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən daş hasar ilə birbirindən təcrid olunmuş “A” və “B" tikililərindən ibarətdir. Evin “A” tikilisi hazırda xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Həmçinin “A” tikilisinin ətrafında olan torpaq sahəsi də Cavabdeh sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətindədir. Evin “B” tikilisi isə, xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. “B" tikilisinin ətrafında olan torpaq sahəsi İddiaçı istifadəsindədir. Yuxarıda qeyd edilən evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar mövcuddur. Sözügedən evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq 0.100860 m2, tikililərin ümumi sahəsi isə 71.6 m2 olaraq qeyd edilmişdir. Buna səbəb evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni evin ünvanı bir olduğu üçün, torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri hüquqi müstəvidə məhkəmədə davam etməkdədir. Belə ki, cavabdeh İddiaçı iddia edir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Onun iddiası əsassız olduğu üçün Cavabdeh həmin iddianı qəbul etməyir və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk əvvəl qeyd edilməlidir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən həm torpaq sahəsi, həm də torpağın üzərində tikilmiş evlərin ilkin sənədləri Əmircan qəsəbə X3 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışa, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X6 adına ilkin qeydiyyatdan keçirmişdir. Daha sonra, yəni xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən sözügedən ev X11 şəxsi mülkiyyəti olaraq, qeydiyyatdan keçmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan arvadı X14 və ona miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikilisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan 2 otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B” tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarət olmuşdur. Həmin evə dair mövcud olmuş (surəti iddia ərizəsinə əlavə edilir) MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 3 otaqlı 42 m2 yaşayış, m2 qeyri yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2018-ci il tarixdə iddiaçı X27 cavabdeh İddiaçı qarşı “həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11 ünvanındakı ona məxsus xüsusi mülkiyyət hüququ olan həyətyanı torpaq sahəsindən istifadə qaydasını və ünvan 4 ünvanındakı İddiaçı məxsus xüsusi mülkiyyət hüququnda olan həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı isə cavabdeh X8rşı “həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsinə dair” qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin onunla cavabdeh X26 arasında bərabər bölünərək istifadəsində olan torpaq sahələrinin arasında olan hasarın sökülməsi və həmin torpaq sahəsinin 1/2 hissəsinin özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2018 nömrəli qətnaməsi ilə hər iki iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(010)- 2163/2018 nömrəli qətnaməsi onunla əsaslandırılmışdır ki, “İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən həm torpaq sahəsi, həm də torpağın üzərində tikilmiş evlərin ilkin sənədləri Əmircan qəsəbə X3 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışına, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 7 fərdi yaşayış evi 10 saylı DNK-nın xx.xx.2006-cı il tarixli, 2V-1-88 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən N.Əliyevanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 nömrəli evə dair topaq sahəsinin ayrılması və cizgi haqqında məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda iş materialları araşdırılarkən o da müəyyən edilmişdir ki, işdə olan xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan arvadı X14 və ona miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikilisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan 2 otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B” tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarətdir və işdə olan MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 3 otaqlı 42 m2 yaşayış, m2 qeyri-yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qarşılıqlı iddiaçı ilə bağlı təqdim edilmiş sənədlərdən, yəni iş materiallarına əlavə edilmiş Orconikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuş və anası X7r və iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2017-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, keçmiş Orconikidze rayon ZDS İK-nin (indiki Suraxanı rayon İH) 1970-ci ilə dair sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X12 barəsində heç bir məlumat aşkar edilməmişdir. Nəhayət, iş üzrə keçirilmiş müvafiq ekspertiza rəyinin tədqiqat hissəsindən müəyyən edilmişdir ki, müki iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2006) çıxarışa əsasən tədqiq olanan ünvanda, istifadədə olan 0.1265 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 42.0 m2 , yardımçı sahəsi 29,6 m2 olan, 3 otaqlı 11 saylı fərdi yaşayış evi X15 mülkiyyətindədir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən X5 adına olan, tədqiq olunan 11 saylı ev üzrə 1974-cü il tarixdə tərtib edilmiş texniki parportun göstəricilərinə əsasən, tədqiq olunan ev 1950-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, “A” literli və 1951-ci ildə inşa olunmuş, bir mərtəbəli, 1 otaqlı “B” literli yaşayış evlərindən ibarətdir. “A” literli yaşayış evinin ümumi sahəsi 37.0 m2 olmaqla, evin tərkibində sahəsi 14.0 m2 və 9.0 m2 olan iki yaşayış otağı, sahəsi 14.0 m2 olan bağlı eyvan vardır. “B” literli yaşayış evinin ümumi sahəsi 34.6 m2 olmaqla, evin tərkibində sahəsi 19.0 m2 olan yaşayış otağı və sahəsi 15.6 m2 olan bağlı eyvan vardır. Evlərin daxili hündürlüyü 2.70 m-dir. Fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpağın sahəsi 1008.6 m2, o cümlədən tikinti altı sahə 126.5 m2 olub, həyətyanı sahədə müxtəlif təyinatlı köməkçi tikililər yerləşir. “B” literli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi hasarla sərhədə alınmışdır. Həmin həyətin daxilində “İİ” literli ayaqyolu və “Vİİ” literli anbar yerləşir. Həmin həyətyanı sahəyə ayrı-ayrılıqda girişi-çıxış qapısı nəzərdə tutulmuşdur. Ekspertiza zamanı həmin tikililərə baxış zamanı müəyyən olunmuşdur ki, 11 saylı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi planda dördbucaq şəklində olub, bir tərəfdən küçə ilə, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Həyətyanı torpaq sahəsində texniki pasportda nəzərədə tutulmuş “A” və “B” literli fərdi yaşayış evləri yerləşir. Yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinə, texniki pasortda göstərildiyi kimi, ayrı-ayrılıqda iki giriş-çıxış yolu vardır. Texniki pasportda göstərilən “İİİ” literli ayaqyolu və “Vİİ” literli anbar yerində mövcud deyildir (sökülmüşdür). “B” literli yaşayış evinin qarşısına yerləşən həyətyanı sahə daş hasar vasitəsilə sərhədə alınaraq təcrid sahə kimidir. Mövcud vəziyyətdə “A” literli fərdi yaşayış evinin və evin qarşısındakı həvətyanı torpaq sahəsinin iş üzrə iddiaçının,“B” literli fərdi yaşayış evinin və onun qarşısındakı həyətyanı torpaq sahəsinin isə iş üzrə cavabdehin istifadəsində olduğu müəvvən edilmişdir. Odur ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 11440 saylı ekspertizanın rəyindən müəyyən olunmuşdur ki, həmin rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən, mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən iddiaçı X15 və həmin ünvanda yaşayan cavabdeh İddiaçı faktiki olaraq istifadə qaydalarının müəyyən edilməsinə dair tədqiqat aparılmasına ehtiyac yoxdur. 2018-ci il tarixdə İddiaçı, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, X15 adına verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə dair verilmiş MH seriyalı, ******* saylı, 24 noyabr 2006-cı il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X27 həmin iddia ərizəsində üçüncü şəxs kimi qeyd edilərək mülki işə cəlb edilmişdir. Həmin iddia ərizəsində İddiaçı göstərmişdir ki: “Bildirirəm ki, 1974-cü ildə tərtib edilmiş evin texniki pasportuna əsasən ünvan 6 ünvanda yerləşən evdə A və B tikintilərinin olmaları göstərilmişdir. Həmin B tikintisində göstərilmiş ev mənə məxsus olmaqla ayrıca küçə qapısı da vardır, A tikintisində göstərilmiş ev isə X21 məxsusdur. Bu evlər həyətin (“A” və “B” tikintiləri) əks künclərində yerləşir. “B” adlanan tikinti bütün torpaq sahəsindən hasarla çəpərə alınmışdır. Həmin evin və evin yerləşdiyi torpaq sahəsinin mənə məxsus olmasını X28 da təsdiq edir”. Həmin iddianın əsası o olmuşdur ki, İddiaçı Nella Əliyevaya verilmiş çıxarışda bütün mülkiyyətin və ümumi torpaq sahəsinin N.Əliyevanın mülkiyyətində və istifadəsində olması ilə razılaşmamış, bunu qanunsuz və əsassız hesab etmişdir (Həmin iddia ərizəsi iddiaya əlavə olunur). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 843/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X28 cəlb edilməklə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X28 arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməklə, iş üzrə icraata xitam verilmişdir: Bu barışıq sazişini imzalamaqla mülki iş üzrə üçüncü şəxs X28 təsdiq edir ki, onun adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı Çıxarışda göstərilən və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin “B" tikintisi İddiaçı məxsusdur. Bu barışıq sazişini mülki iş üzrə İddiaçı imzalamaqla təsdiq edir ki, üçüncü şəxs X16 adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarışda göstərilən və ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisi İddiaçı məxsusdur. Bu barışıq sazişini imzalamaqla iddiaçı “Hüseynov” cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs X9rşı iddia tələbindən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı “çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia tələbindən “Əliyeva”nın xeyrinə imtina edir. Tərəflər razılaşırlar ki, barışıq sazişinin imzalanması ilə tərəflər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və ya iddiaya istinad etmək hüququnu itirirlər. Tərəflər üçün yalnız bu barışıq sazişində təsbit edilənlər etibarlı olur. Barışıq sazişini imzalayanlardan biri bu barışıq sazişinin şərtlərini pozduqda digər tərəfin bu Saziş imzalananadək irəli sürdüyü tələbləri mübahisəsiz qəbul etmiş sayılır və öz tələblərini və arqumentlərini irəli sürmək hüququnu itirir. Yuxarıda qeyd edilmiş qərardaddan da görünür ki, Nella Əliyeva könüllü olaraq 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan evin “B” tikilisini İddiaçı vermiş, məhz həmin qərardadın icrasından sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı “B” tikilisinin mülkiyyətçisi olmuşdur. Həmin tarixə qədər İddiaçı qeyd edilən evə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi, qızı Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.010230 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71.60 m2 olan, 11 saylı fərdi yaşayış evinin mərhumə X20 məxsus A tikilisindən ibarətdir. Bundan sonra münasibətlərin davamı olaraq, sözügedən evin “A” tikilisi və onun ətrafında olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda cavabdehin əsassız iddiaları, həmçinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən evin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də ancaq çıxarışda “A” və “B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib. Beləliklə də, ünvan 7 ünvanına dair çıxarışda mülkiyyətçi Cavabdeh məxsus olan “A” tikilisinin və torpaq sahəsinin, o cümlədən mülkiyyətçi İddiaçı məxsus olan “B” tikilisinin və torpaq sahəsinin faktiki vəziyyətdə olan ölçüləri dəqiq göstərilmədiyi üçün bu, cavabdehdə çaşqınlıq yaradıb. Hesab edirəm ki, bununla bağlı olaraq mülkiyyətçi İddiaçı məxsus olan payı “B” tikilisi və torpaq sahəsi hal-hazırda və texniki pasportda göstərilən faktiki vəziyyətə uyğun olaraq naturada ayrılmalıdır. Yuxarıda qeyd edilənlərdən də görünür ki, 2019-cu il tarixdə X27 iradə ifadəsi olaraq, könüllü şəkildə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus evin “B” tikilisini İddiaçı vermişdir. X23 mülkiyyətçi tərəfindən yalnız ayrıca hasarlanmış “B” tikilisi verilmişdir. Həmçinin yuxarıda sadalanan qanunvericilik aktları əsasında da müəyyən edilir ki, sözügedən evin tikililərinin yerləşdiyi torpaq sahəsi, həmçinin bütün həyətyanı torpaq sahəsi artıq xüsusi mülkiyyət olaraq hesab edilmişdir. Belə ki, xüsusi mülkiyyətin ilkin mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli pasportu, bütün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. İddiaçı isə yalnız 2020-ci il tarixdə “B” tikilisinin xüsusi mülkiyyətçisi olmuşdur. Hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-169/2023 nömrəli iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/8397 saylı rəyində qeyd edilmişdir ki, “rəyin təsviri hissəsində qeyd olunanlara əsasən, ünvan 9 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı məxsus pay texniki pasporta və faktiki vəziyyətə əsasən təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmışdır”.
İddia tələblərinin birləşdirilməsi.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2533/2023 nömrəli qərardadı ilə İkinci iddianın Birinci iddia ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
7. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə birinci iddianı müdafiə edib, ikinci iddianı qəbul etməyərək bildirdi ki, hazırda iddiaçının mükiyyətində olan “B” tikilisi iddiaçının anası Zinaida xanım tərəfindən 1972-ci ildə tikilmişdir. Həmin vaxtdan iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. O özü də iddiaçının oğlu kimi 1996-cı ildən, yəni doğulduğu vaxtdan indiyə qədər həmin evdə yaşamışdır. Lakin gözünü açandan görmüşdür ki, “A” və “B” tikililərinin ətrafında olan cəmi 10 sot torpaq sahəsinin yalnız 1.5 sotu iddiaçının istifadəsindədir. Qalan hissə isə daş hasarla əhatələnmişdir və hazırda cavabdehin istifadəsindədir. Tərəflər arasında vaxtilə qohumluq münasibətləri olduğundan əvvəllər bununla bağlı mübahisə olmasa da sovet dövründə qohumluq əlaqələri itməyə başlamışdır. Hazırda iddiaçı torpaq sahəsi üzərində özünə məxsus 1/2 hissədə payın müəyyən edilməsini xahiş edir. Ona görə ki, bu torpaq sahəsi tərəflərin ümumi mülkiyyətindədir və qanunvericiliyə əsasən əgər ümumi mülkiyyətdə paylar müəyyənləşdirilməyibsə bərabər sayılır. Odur ki, məhkəmədən birinci iddianın təmin, ikinci iddianın rədd edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil birinci iddianı qəbul etməyib, ikinci iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən birinci iddianın rədd, ikinci iddianın təmin edilməsini xahiş etdi. İş materialları.
9. Hüquqların dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 71.60 m2 olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayışın evinin “A” tikilisi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə, “B” tikilisi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.100860 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, çıxarışa əsasən “A” tikilisi X18, “B” tikilisi isə Sizə aid olmaqla torpaq sahəsi 0.10086 ha olmaqla ümumi istifadədə göstərilmişdir. Faktiki olaraq isə “B” tikilisi və “A” tikilisi bir-birindən naturada fiziki sərhədlə ayrılaraq “B” tikilisinin ətrafında 120.5 m2, “A” tikilisinin ətrafında 888.1 m2 torpaq sahəsi mövcuddur.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3372/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X26 tərəfindən törədilən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin yeni bölgü sxeminin tərtib olunmasına dair maneələrin aradan qaldırılması, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdeh X10 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/8397 nömrəli ekspert rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı məxsus pay texniki pasporta və faktiki vəziyyətə əsasən təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmışdır. Ekspert tərəfindən qeyd edilir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualda və eləcə də **********30-10301 nömrəli çıxarışda torpaq sahəsinə dair payçıların payları barədə məlumat qeyd edilməmişdir. Qeyd ediləcəyi təqdirdə bu barədə tədqiqat aparılaraq rəy verilə bilər.
13. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, keçmiş Orconikidze rayon ZDS İK-nin (indiki Suraxanı rayon İH) 1970-ci ilə dair sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X19 barəsində heç bir məlumat aşkar edilmədi.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 11 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi Əmircan qəsəbə X4 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışına, xx.xx.1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir.
15. Bakı şəhəri 10 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X11 arvadı X27 mərhum ərindən miras qalmış Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli arayışa əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikintisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan iki otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B” tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarət miras əmlakın vərəsəsidir.
16. Hüquqların dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 3 otaqlı, 42 m2 yaşayış, - m2 qeyri-yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır.
17. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İİ nömrəli, 236051 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1514 nömrə ilə qeyd edilmişdir.
18. Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 10 saylı dövlət notarat ofisi tərəfindən xx.xx.2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 2V-1-93 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdehdır. O, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi: **********21-10301, qeydiyyat nömrəsi: ********** olan xx.xx.2022-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.010230 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.60 m2 olan 11 saylı fərdi yaşayış evinin mərhumə X20 məxsus A tikilisindən ibarətdir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 11440 nömrəli ekspert rəyinin surətindən görünür ki, rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən X5 adına ola 11 saylı ev üzrə 1974-cü il tarixdə tərtib edilmiş texniki pasportun göstəricilərinə əsasən tədqiq olunan ev 1950-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, “A” literli, 1951-ci ildə inşa olunmuş, bir mərtəbəli, 1 otaqlı “B” literli yaşayış evlərindən ibarətdir.
20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 2163/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X15 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilk iddiası təmin edilmiş, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilmiş, İddiaçı cavabdeh X8rşı “həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pul ilk iddiaçı X17 tutularaq dövlət büdcəsinə ödənilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-345/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X15 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilk, həmçinin İddiaçı cavabdeh X8rşı “həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2017 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 843/2019 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X28 cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X28 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir: 22.1. Bu barışıq sazişini imzalamaqla mülki iş üzrə üçüncü şəxs X28 təsdiq edir ki, onun adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı Çıxarışda göstərilən və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin “B" tikintisi İddiaçı məxsusdur; Bu barışıq sazişini mülki iş üzrə İddiaçı imzalamaqla təsdiq edir ki, üçüncü şəxs X16 adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarışda göstərilən və ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisi İddiaçı məxsusdur; Bu barışıq sazişini imzalamaqla iddiaçı “Hüseynov” cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs X9rşı iddia tələbindən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı “çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia tələbindən “Əliyeva”nın xeyrinə imtina edir; Tərəflər razılaşırlar ki, barışıq sazişinin imzalanması ilə tərəflərin mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və ya iddiaya istinad etmək hüququnu itirirlər. Tərəflər üçün yalnız bu barışıq sazişində təsbit edilənlər etibarlı olur; Barışıq sazişini imzalayanlardan biri bu barışıq sazişinin şərtlərini pozduqda digər tərəfin bu Saziş imzalananadək irəli sürdüyü tələbləri mübahisəsiz qəbul etmiş sayılır və öz tələblərini və arqumentlərini irəli sürmək hüququnu itirir.
İşin faktiki halları.
23. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən, “A” və “B” tikililərindən ibarət olan fərdi yaşayış evi xx.xx.1972-ci ildə X6 adına ilkin qeydiyyatdan keçmişdir.
24. Daha sonra həmin ev X13 Əliyevin mülkiyyətinə keçmişdir. Danil Əliyev xx.xx.2006-cı il tarixdə ölmüş, mərhumdan miras qalmış ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı X15 mülkiyyətinə keçmişdir. Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququ xx.xx.2006-cı il tarixli çıxarışla qeydiyyata alınmışdır.
25. İddiaçı Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nella Əliyeva həmin iş üzrə üçüncü şəxs olmuş, yekunda İddiaçıla aralarında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiqlənərək iş üzrə xitam verilmişdir. Bu barışıq sazişinə əsasən hər iki tərəf Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin İddiaçı məxsus olması ilə bağlı razılığa gəlmişlər.
26. xx.xx.2020-ci il tarixdə İddiaçı həmin evin “B” tikilisi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
27. X27 xx.xx.2021-ci il tarixdə ölmüş, bundan sonra evin “A” tikilisi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumənin qızı Cavabdeh miras qalmışdır. Natalya Yuryevnanın “A” tikilisi üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
28. Cavabdeh mülkiyyətində olan “A” tikilisi və Eldar Hüseyovun mülkiyyətində olan “B” tikilisi bir-birindən naturada fiziki sərhədlərlə ayrıdır. Həmçinin evin yerləşdiyi və tərəflərin ümumi mülkiyyətində olan 0.10086 ha torpaq sahəsi də “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında 124.47 m2 olmaqla faktiki olaraq ayrılmışdır və tərəflərin istifadəsindədir.
Tətbiq edilən hüquq.
29. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
32. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi Cavabdeh, “B” tikilisi İddiaçı mülkiyyətindədir. Evin yerləşdiyi 0.10086 ha (1008.6 m2) torpaq sahəsi isə tərəflərin ümumi mülkiyyətində olmaqla, faktiki olaraq (fiziki sərhədlərlə bir-birindən təcrid vəziyyətdə) ayrılmışdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, ekspert tərəfindən həm “A”, həm də “B” tikilisində ölçü işləri aparılmış, “B” tikilisinin ətrafındakı torpaq sahəsinin eninin 9.77 m, uzunluğunun isə 12.74 m olduğu, yerdə qalan sahənin “A” tikilisinə aid olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, “B” tikilisinin ətrafındakı torpaq sahəsinin faktiki sahəsi ~124.47 (9.77x12.74=124.4698) m2-dir. Torpaq sahəsinin ümumi sahəsi 1008.6 m2 olduğundan “A” tikilisinə qalan hissənin sahəsi 884.13 (1008.6-124.47) m2 təşkil edir. Beləliklə, hazırda “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında isə 124.47 m2 torpaq sahəsi mövcuddur.
33. İddiaçı iddia edir ki, onlar torpaq sahəsinin ümumi mülkiyyətçiləri olduğundan sahə üzərindəki payları bərabər olmalıdır. Bu səbəbdən torpaq sahəsi üzərində 1/2 hissədə payının müəyyən edilməsi və bu payın naturada ayrılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, həmçinin iddia edir ki, hazırda mülkiyyətçisi olduğu “B” tikilisi 1972-ci ildə anası Zinaida Hüseynova tərəfindən tikilmişdir.
34. Cavabdeh isə iddia edir ki, sözügedən fərdi yaşayış evi (“A” və “B” tikilisi birlikdə) ilkin olaraq 1972-ci ildə babası Əlisəfa Əliyevin adına qeydə alınmış, babasından atası Danil Əliyevə, atasından anası Nella Varnatovnaya, anasından isə özünə vərəsəlik qaydasında keçmişdir. İddiaçı “B” tikilisi üzərində mülkiyyət hüququnu Nella Əliyevanın həmin tikilinin onun mülkiyyətinə keçməsinə razılıq verməsindən sonra, bununla bağlı barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsi nəticəsində yalnız 2020-ci ildə əldə etmişdir. Həmin vaxta qədər İddiaçı nə “B” tikilisi, nə də onun ətrafında yerləşən torpaq sahəsi üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən torpaq sahəsinin, eləcə də onun üzərində yerləşən “A” və “B” tikililərinin faktiki bölgüyə uyğun olaraq naturada bölünməsini xahiş etmişdir.
35. Göründüyü kimi torpaq sahəsi üzərində payların müəyyən edilərək naturada bölünməsi həm birinci, həm də ikinci iddia tələbinin əsasını təşkil edir. Lakin mübahisə ondan ibarətdir ki, birinci İddiaçı görə torpaq sahəsi üzərinə paylar bərabər, ikinci iddiaçı Cavabdeh görə isə faktiki bölgüyə uyğun müəyyən edilməlidir.
36. İş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X6 adına 1972-ci ildə qeydiyyata alınmışdır. 1974-cü ildə isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən həmin ev üzrə Əlisəfa Əliyev adına texniki pasport tərtib edilmişdir. Pasportda evin 1950-ci ildə inşa olunmuş “A” literli və 1951-ci ildə inşa olunmuş “B” literli yaşayış evlərindən ibarət olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, birinci İddiaçı “B” tikilisinin 1972-ci ildə anası Zinaida Hüseynova tərəfindən tikilmiş olması ilə bağlı iddiaları iş materialları ilə təkzib edilir.
37. Həmçinin o da qeyd edilməlidir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı həmin iş üzrə izahatında “B” tikilisinin 1972-ci ildə mövcud olmadığını xüsusi qeyd etmiş, bu tikilinin 1974-cü ildə anası tərəfindən tikildiyini iddia etmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə evin 1972-ci ildə iddiaçının anası tərəfindən tikildiyini iddia etmiş, hətta bununla bağlı üç müxtəlif şəxs adından imzalanmış yazılı ifadə də təqdim etmişdir. İstənilən halda “B” tikilisinin birinci iddiaçının iddia etdiyi tarixdən 20 il əvvəl tikilmiş olmasının müəyyən edilməsi ilə iddiaçı tərəfin hər iki iş üzrə izahatlarının əlaqəli hissədə həqiqətə uyğun olmadığı artıq müəyyən edildiyindən, məhkəmə izahatlar arasındakı bu uyğunsuzluğun iş üçün böyük əhəmiyyət daşımadığını hesab edir.
38. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, ikinci iddiaçı Cavabdeh babası Əlisəfa Əliyev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin mülkiyyətçisi olmuş, sonradan bu hüquq eyni həcmdə oğlu Danil Əliyevə, Danil Əliyevin ölümündən sonra isə sonuncunun arvadı Nella Əliyevaya keçmişdir. Nella Əliyevaya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da Nella Əliyevanın həm “A”, həm də “B” tikilisinin mülkiyyətçisi olduğu göstərilmişdir. Həmçinin bu tikililərin yerləşdiyi torpaq sahəsi də məhz Nella Əliyevanın istifadəsinə verilmiş, bu barədə çıxarışda qeyd edilmişdir.
39. Buna baxmayaraq, işin hallarından belə görünür ki, birinci İddiaçı uzun müddətdir “B” tikilisi və onun ətrafındakı həyətyanı sahədə yaşayır. Həmçinin o da müəyyən olunur ki, “A” və “B” tikililəri və onların ətrafındakı həyətyanı sahələr bir-birindən fiziki sərhədlə ayrılaraq təcrid olunmuş, ayrı giriş-çıxışları olan sahələrdir. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirmir. Bununla belə yenə işdən müəyyən olunur ki, nə birinci İddiaçı, nə onun anası Zinaida Hüseynovanın “B” tikilisi və onun ətrafında yerləşən həyətyanı sahə üzərində heç bir mülkiyyət hüququ olmamış, İddiaçı bu hüququ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə üçüncü şəxs X27 ilə aralarında bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi nəticəsində əldə etmişdir. Belə ki, bu sazişlə Nella Əliyeva öz mülkiyyətində olan “B” tikilisinin İddiaçı mülkiyyətinə keçməsinə razılıq vermiş, bununla da İddiaçı yalnız 2020-ci ildə “B” tikilisi üzərində mülkiyyət hüququ əldə etmişdir.
40. Həmin vaxta qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin istifadəçisi Nella Əliyeva olmuşdur. Həmçinin o, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözləntisi” olan şəxs olmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin... altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
41. Nella Əliyevanın əksinə, İddiaçı isə 2020-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən nə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə mülkiyyət hüququ əldə etmişdir. Sonradan evin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ mülkiyyət hüququna çevrildiyindən və həmin vaxt İddiaçı bu evin tikililərindən birinin mülkiyyətçisi olduğundan avtomatik olaraq torpaq sahəsinin ümumi mülkiyyətçisinə çevrilmişdir. Hazırda birinci İddiaçı məhz bu əsasla hesab edir ki, onun torpaq sahəsi üzərində ikinci iddiaçı Cavabdeh ilə bərabər payı müəyyən edilməlidir.
42. Məhkəmə isə bununla razılaşmır. Ona görə ki, artıq yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı nə fərdi yaşayış evi, nə də bu evin yerləşdiyi torpaq sahəsinə münasibətdə heç vaxt Nella Əliyeva ilə bərabər hüquqa malik olmamışdır. Belə ki, o, yalnız “B” tikilisi və onun ətrafındakı 124.47 m2 sahədə yaşamış, sonradan mülkiyyət hüququnu yalnız “B” tikilisinə münasibətdə əldə etmişdir. Elə İddiaçı özünün də indiyə qədər daha artıq torpaq sahəsinə iddiası olmamışdır. Belə ki, o, hələ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaldırdığı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsində “B” tikilisi və onun ətrafında yerləşən torpaq sahəsinin digər sahədən hasarla ayrıldığını, həmin ayrılmış tikili və torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, məhz bu səbəbdən Nella Əliyeva adına verilmiş çıxarışda onun evin yerləşdiyi bütün torpaq sahəsinin istifadəçisi kimi göstərilməsinin əsassız olduğunu iddia etmişdir. Yəni İddiaçı həmin vaxtkı mübahisəsi yalnız “B” tikilisi və onun ətrafındakı torpaq sahəsi ilə bağlı olmuş, “A” tikilisi və onun ətrafındakı torpaqdan ona da pay düşməsi ilə bağlı hər hansı iddiası olmamış, əksinə, Nella Əliyevanın “B” tikilisini onun mülkiyyətinə verməyə razılıq verməsindən sonra çıxarışın etibarsızlığı ilə bağlı iddiasından imtina etmişdir.
43. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi də qəbul etmişdir ki, iddiaçı, həmçinin iddiaçının oğlu kimi özü də həmişə “B” tikilisi və onun ətrafındakı sahədə yaşamış, “A” tikilisi və onun ətrafındakı sahə ilə heç bir əlaqələri olmamışdır.
44. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsi üzərindəki payları bərabər hesab edilə bilməz. Belə ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh birinci iddia üzrə İddiaçı münasibətdə daha çox paya malik olması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (vərəsəlik hüququ) əsasən müəyyənləşdirildiyindən onların payları bərabər sayıla bilməz.
45. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 214.1-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
46. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən “A” və “B” tikililəri, eləcə də bu tikililərin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin hazırda faktiki istifadə etdikləri şəkildə paylar (“A” tikilisi üzrə 884.13 m2, “B” tikilisi üzrə 124.47 m2) müəyyən edilməli, həmin paylar naturada ayrılmalıdır. Bununla da birinci iddia qismən, ikinci iddia tam təmin edilmiş hesab edilir. Belə ki, məhkəmə tərəflərin ümumi mülkiyyətə paylarını müəyyən edib ayırmış, lakin payları birinci iddia tələbinə uyğun olaraq bərabər yox, ikinci iddia tələbinə uyğun müəyyən etmişdir.
Məhkəmə xərcləri.
47. İş materiallarından görünür ki, həm birinci, həm də ikinci iddiaçı müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumlarının rüsumu ödəmiş iddiaçıya aid edilməsi bu iddiaların təmin edilmiş hissələrinə mütənasibdir.
48. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin yarısının birinci, yarısının ikinci iddiaçıya aid edilməsi bu iddiaların təmin edilmiş hissələrinə mütənasibdir.
Məhkəmənin gəldiyi nəticə.
49. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci iddia qismən, ikinci iddia tam təmin edilməli, ünvan 1 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə həmin hissədə naturada ayrılmalı, ünvan 1 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılmalı, birinci iddia qalan hissədə təmin edilməməli, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilməli, 50 manat məbləğində ekspertiza xərcinin yarısı birinci, yarısı ikinci iddiaçıdan tutularaq ekspertizanı həyata keçmirmiş orqanın hesabına ödənilməlidir.
50. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılsın. ünvan 1 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılsın. İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia qalan hissədə təmin edilməsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manat məbləğində hissəsi İddiaçı, 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva