Məhkəmə qərarları › İş №2(010)-1712/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1712/2023

14.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1712/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin satılması ilə bağlı pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Opel Zafira” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı 13.000 (on üç min) manat və mənəvi zərərə görə 1500 (min beş yüz) manat məbləğində pulun və iddianın verilməsi ilə bağlı ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, “Opel Zafıra" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur və həmin avtomobili həyat yoldaşına və digər şəxsə idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Cavabdeh bildirmişdir ki, avtomobili hər ay 350 manat pul ödəmək şərti ilə ona verilməsini təklif etmişdir. O da onunla razılığa gələrək ona məxsus “Opel Zafira" markalı avtomobili hər ay 350 manat ödəmək şərti ilə onlara vermişdir. Cavabdeh X14 şifahi olaraq bildirmişdir ki, həmin avtomobili onun atası idarə edəcək və hər hansı hadisə üçün özü cavabdeh olacaqdır. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməsi üçün notariat ofisinə getmişlər və o, etibarnamənin məzmunu ilə tanış olmadan imza etmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobilin idarə edilməsi ilə bağlı yox, sərəncam verilməsi barədə baş etibarnamə vermişdir. Belə ki, həmin vaxt qızları 2004-cü il təvəllüdlü Sima Məmmədova və Elif Məmmədova xəstə olduqları üçün o, həmin gün xx.xx.2020-ci il tarixdə xəstəxanaya - “Şərq-Qərb" Tibb Mərkəzinə aparmış, bu səbəbdən də həyəcanlı və narahat olmuş, həmçinin dərman preparatlarının alınmasına da vaxt ayırmalı olmuşdur. Notariat Ofisində xx.xx.2020-ci il tarixdə etibarnamə verilərkən o, bildirmişdir ki, həyat yoldaşına verdiyi etibarnamə formasında etibarnamə verilməlidir, lakin baş etibarnamə tərtib etməklə onu aldatmışlar və o tələsdiyi üçün, inandığından etibarnamənin məzmunu ilə tanış olmamışdır. Lakin Cavabdeh onlara məlumat vermədən avtomobili X6 xx.xx.2021ci il tarixdə etibarnamə əsasında satmışdır. Halbuki aralarındakı razılaşmada avtomobilin ona satılması barədə heç bir razılaşma olmamış və avtomobilin satılmasından əldə edilmiş pulu da ona verməmişdir. Qeyd edir ki, avtomobili 15.000 manata almışdır və hal-hazırda isə həmin avtomobilin bazar qiyməti 13.000 manat dəyərindədir. Cavabdeh bildirirki, guya avtomobili 9000 manata iki illik kreditlə almışdır, bu isə tamamilə əsassızdır. Belə ki, iki il üçün hesablayanda cavabdehin qeyd etdiyi məbləğlə düz gəlmir, həmçinin o, avtomobili cavabdehə satmaq niyyəti olsaydı notariusda alğı-satqı müqaviləsi bağlanardı. Həmçinin cavabdeh etibarnamənin müddətinin bitməsinə bir ay qalmış avtomobili başqa şəxsə satmışdır. Belə ki, avtomobil cavabdeh tərəfindən iki il müddətinə hissə-hissə ödənilməklə alınmışdırsa, bununla bağlı yenidən etibarnamə verilməli idi. O avtomobilin cavabdeh tərəfindən satılmasını gec bilmiş, həmin vaxtlar pandemiya dövrü olduğundan gedibgəlmək mümkün deyildir. Həmçinin cavabdeh uzun müddət telefon zənglərinə də cavab verməmişdir. Hazırkı alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmamışdır. Cavabdehdən dəfələrlə avtomobilin pulunu qaytarmasını tələb etsə də o, qaytarmaqdan imtina etmişdir. Cavabdehlərin təqsiri üzündən o, çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qaldığı üçün mənəvi zərərə məruz qalmışdır. Aldadıldığı, pul vəsaitindən məhrum edildiyi və uzun müddət məsələnin həllini tapmaması, onun şüuruna mənfi psixoloji təsir etmiş və sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1500 (min beş yüz) manat dəyərləndirir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında avtomobillə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilə üzrə ödənişlərini iddiaçıya ödəmişdir. İddiaçı özü həmin avtomobili 5000 manata almış və hazırda cavabdehdən 13000 manat pul vəsaiti tələb edir. Cavabdeh avtomobil üçün Rayaya əvvəlcədən 2000 manat ödəmiş, yerdə qalan 7500 manat məbləğində vəsaiti hissə-hissə ödəmişdir. O, iddiaçıya poçt vasitəsilə 1834 manat, bank hesabı vasitəsilə isə 1500 manat məbləğində ödənişlər etmişdir. Qalıq borc məbləğləri də iddiaçıya ödənilmiş, lakin hazırda onlarda olan rəsmi ödəniş qəbzləri qeyd etdikləri məbləğdədir. Bundan sonra iddiaçı cavabdehə notarial qaydada baş etibarnamə vermiş və sonradan cavabdeh tərəfindən avtomobil başqasına satılmışdır. Belə ki, həm iddiaçı bu hissədə iddia müddətini ötürmüş, həm də, avtomobil iddiaçının notariat qaydasında verdiyi etibarnamə əsasında satılmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X15 ifadə verərək bildirmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh isə bibisi oğludur. Cavabdeh oğlu Səbuhi onlara gəlmiş və bildirmişdir ki, avtomobili onun atasına kirayə versinlər. O da Səbuhi ilə razılaşmış və avtomobili Cavabdeh bir illik kirayəyə vermiş, lakin onlar 4 ay cəmi kirayə haqqı ödəmişlər. Sonradan pandemiya dövrünə düşdüyündən onlar cavabdehdən avtomobili geri ala bilməmişlər. O həmin avtomobili digər şəxslərə də kirayə verirdi, lakin onlara həmişə bir aylıq etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş Suraxanı Rayon Məhkəməsinin 2(010)-1363/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, cavabdeh X4 borca görə 12000 manat (on iki min) məbləğində pul, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 183 (bir yüz səksən üç) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi, X9, etibar edilən X5 OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2019-cu il tarixədək etibar etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi, X9, etibar edilən X5 OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2019-cu il tarixədək etibar etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi, İddiaçı, etibar edilən X11 OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2026-cı il tarixədək etibar etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi, X9, etibar edilən X7 OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2015-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən və Suraxanı Rayon Məhkəməsinin 2(010)-1363/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, "Opel Zafira minik” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən xx.xx.2021-ci il tarixdə X1 8000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, "Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı 5000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, "Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X2 7500 manata satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi, İddiaçı adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh tərəfindən etibar edilən X10 OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri xx.xx.2021-ci il tarixədək etibar etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Bu Məcəllənin 362.1.-ci maddəsinə əssaən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. [346] Həmin Məcəllənin 359.1.-ci əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, avtomobilin iddiaçının mülkiyyətində olması, onun tərəfindən satılmaması və pulun qaytarılmaması barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olan OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh etibarnamə vermiş və həmin etibarnamə əsasında isə cavabdeh X10 OPEL ZAFİRA minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri xx.xx.2021-ci il tarixədək etibar etmişdir. Sonradan həmin avtomobil xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X2 7500 manata satılmışdır. Hazırda iddiaçı həmin alqı-satqı müqaviləsini özü imzalamadığını iddia etsə də, həmin müqaviləni məhkəmədə mübahisələndirməmiş və satılmış avtomobilin dəyərini Cavabdeh tələb edir. Lakin iş materiallarından müəyyən olunur ki, həmin avtomobil üzrə səlahiyyətlər sonuncu dəfə etibarnamə əsasında X10 verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı Cavabdeh verilmiş səlahiyyətlər sonradan X10 ötürüldüyündən avtomobilin dəyərinin cavabdehdən tutulmasına dair iddia tələbi təmin oluna bilməz. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “avtomobilin satılması ilə bağlı pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “avtomobilin satılması ilə bağlı pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar