Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1744/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 27 aprel 2021-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən “KİA Sportage” **-DN-*** dövlət nişanlı nəqliyyat vasitəsinə ziyana görə avtomobilin sahibinə ödənilmiş 1090 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulraq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz D208” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də 02.06.2017-ci il tarixdən 02.06.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh etibarnamə olmadan “Mercedes Benz D208” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.02.2018-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə-Sovxoz yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 180” **-DJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Xəzər RPİ-nin DYPŞ RPŞ tərəfindən qeydə alınmış, araşdırma aparılmış və müəyyən olunmuşdur ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. Araşdırmanın nəticəsi olaraq cavabdeh barəsində İXM-nin 327.1-ci və 332.1-ci maddələr ilə AP ******* nömrəli 12.02.2018-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 04.06.2018-ci il tarixli rəyi ilə “Mercedes Benz C180” **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan 1090 manat məbləğində müəyyən edilmiş və İddiaçı ASC həmin məbləği avtomobilin sahibinə ödəmişdir. İddiaçı ASC tərəfindən “KİA Sportage” **-DN-*** dövlət nişanlı nəqliyyat vasitəsinə ziyana görə avtomobilin sahibinə ödənilmiş 1090 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasınadək ərizə ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə onların iştirakı olmadan baxılmasını və qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan PAZ ********** saylı sığorta şəhadətnaməsinə əsasən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə “Mercedes Benz 180” **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.06.2017-ci il tarixdən 02.06.2018-ci il tarixədək sığortalanmışdır. Mülki iş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 13 mart 2018-ci il tarixdə tərtib olunmuş sığorta aktının surətindən görünür ki, İddiaçı ASC tərəfindən 11.02.2018-ci i tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş ziyana görə 1090 manat məbləğində sığorta ödənişinin zərərçəkən “Mercedes Benz C180” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün X1 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki iş materiallarına əlavə edilmiş dəymiş maddi zərərin hesabatına əsasən “Mercedes Benz 180” **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi zərər 1090 manat məbləğində hesablanmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş 12 fevral 2018-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair e'tibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məs'uliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Halbuki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən “Mercedes Benz D208” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.06.2017-ci il tarixdən 02.06.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Xəzər RPİnin DYPŞ RPŞ tərəfindən tərtib edilmiş inzibati protokola əsasən cavabdeh etibarnamə olmadan “Mercedes Benz D208” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.02.2018-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə-Sovxoz yolunda yolnəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 180” **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurmuş, nəticə etibarı ilə cavabdeh barəsində İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə AP ******* nömrəli 12.02.2018-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 04.06.2018-ci il tarixli rəyi ilə “Mercedes Benz C180” **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan 1090 manat məbləğində müəyyən edilmiş və İddiaçı ASC həmin məbləği avtomobilin sahibinə ödəmişdir. İddiaçı hal-hazıda ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması və dövlət rüsumunun əvəzinin ödənilməsi barədə iddiası təmin edilməli, zərərin əvəzi qismində 1090 (bir min doxsan) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia təmin edilsin. İddiaçı ASC tərəfindən “KİA Sportage” **-DN-*** dövlət nişanlı nəqliyyat vasitəsinə ziyana görə ödənilmiş 1090 (bir min doxsan) manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1744/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1744/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver