Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-176/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi olaraq Cavabdeh 1760 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 iyun 2022-ci il tarixdə təxminən saat 10.30 radələrində idarə etdiyi “Mersedes-Benz-200” markalı PF-646-FP Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami, H.Əliyev prospekti, Koroğlu metro stansiyasının arxasında yerləşən dayanacaqda hərəkət etdirərkən, sağ tərəfdən hərəkət edən X1 etibarnamə əsasında idarə etdiyi oğlu İddiaçı məxsus ''KİA- CEED” markalı **-EY-*** dövlət nömrə nişanlı avtomobilə yol verməmiş və nəticədə həmin avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində “KİA-CEED” markalı **-EY-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən araşdırma aparılaraq yol nəqliyyat qəzasının sürücü Cavabdeh təqsiri üzündən baş verməsi müəyyən edilmişdir. Belə ki, araşdırma materiallarına əlavə olunmuş Yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertzasının 8/1635 saylı 06 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, "Meısedes-Benz-200” markalı PF-646-FP dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qısa müddət ərzində cavabdehin vurulmuş zərər məbləğinin aradan qaldırılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin qəzada onun təqsiri olmamışdır, əksinə onun avtomobili vurulmuşdur. Əlavə olaraq qeyd etdi ki, idarə etdiyi avtomobilin sığortası olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - AD № 984521 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Kia Ceed” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. -ƏN-V 755100 nömrəli etibarnamənin surətindən görünür ki, “Kia Ceed” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı tərəfindən X2 həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. - xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında Protokolun və TP ******* saylı Qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən AR İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törədilmiş və həmin inzibati xətaya görə 60 manat məbləğində cərimə edilmişdir. - AR "xxxx" ASC-nin 06/12 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, “Kia Ceed” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 1760 manat təşkil edir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinin surətindən görünür ki, Mercedes-Benz-200” markalı PF-646-FP dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8343 nömrəli rəyindən görünür ki, “Kia Ceed” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumilikdə 1560 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə təqdim olunmuş ekspertiza rəyini sübut kimi qəbul edərək ona tənqidi yanaşılmasına hər hansı bir səbəb görmür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, X1 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Kia Ceed” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi “Mercedes-Benz-200” markalı PF- 646-FP qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə hər iki avtomobilə zərər yetirilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinən Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İddiaçı qəzanın baş verməsində cavabdehin təqsirli olmasına istinad edərək ona vurulan ziyanı tələb edir. Müəyyən edilmişdir ki, qəza ilə bağlı hər hansı sığorta ödənişi edilməyib. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Cavabdehin təqsirli hərəkətlərin nəticəsində avtoqəzanın baş verməsi, nəticədə iddiaçının mülkiyyətinə maddi ziyan dəyməsi işin halları ilə təsdiq olunurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci massəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericil normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə əsasən iddiaçıya vurulan ziyan məbləği cavabdehdən tutulmalıdır. Vurulmuş ziyan məbləği ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Ceed” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1760 manat olduğunu qeyd etsə də, lakin xx.xx.2023-cü il tarixli, 9/8343 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəməəmtəəşünaslıq ekspertizası rəyində avtomobilin təmir-bərpa xərcləri 1560 manat olaraq müəyyən edilmişdir. Məhkəmə iddiaçının həmin yol nəqliyyat-hadisəsi baş verdikdən sonra sığorta ödənişi almamasını nəzərə alaraq hesab edir ki, idida tələbi qismən - “Məhkəmə Ekspertiza Mərkəzi”nin təqdim olunmuş rəyində göstərilən 1560 manat həddində təmin edilməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci madəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iş üzrə ödənilmiş 39 manat dövlət rüsumunun 35.6 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Nı̇ zam oğlundan 1560 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Əlı̇ rzayev Kamal Kamı̇ l oğluna ödənilsin. İş üzrə ödənilmiş 39 manat dövlət rüsumunun 35.6 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-176/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-176/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver