Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1765/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh4ovnaya və qeyrilərinə (üçüncü şəxslər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 104 saylı Mənzil Kommunal İstismarı Sahəsi) qarşı “yaşayış sahələrinin bölünməsi və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh4ovnaya və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsi, 9 mərtəbəli, 20 nömrəli evin, 3-cü mərtəbəsində 5 otaqlı 60.26 kv.metr yaşayış sahəsindən ibarət olan, 78 saylı mənzilində 4 nəfər ailə tərkibindən ibarət o, (Ələkbərov Rüfət flfanoviç), həyat yoldaşı Nümayəndə Müzəməddin qızından, qızı X2, qızı X1 ibarət ailə üzvlərin 17,00 kv.metr və 10.9 kv.m, 2 otaqdan ibarət yaşayış sahələrinin ayrılması, ailənin digər üzvləri sayılan 6 nəfər - Cavabdeh1 Vaqanovna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 11.2 kv.metr, 10.26 kv.metr və 10.9 kv.metr 3 otaqdan ibarət yaşayış sahələrinin ayrılması və dəhliz, mətbəx, hamam, sanuzel qovşağı, balkon isə ümumi istifadədə saxlanmaqla istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsi, 9 mərtəbəli 20 nömrəli evin, 3-cü mərtəbəsində 6 otaqlı, 60.26 kv.metr yaşayış sahəsindən ibarət olan, 78 saylı mənzilində öz ailə üzvləri ilə, yəni iddiaçı X12, o və qızları X9 və X6 və digər ailə üzvləri, iddaçının anası Cavabdeh1 Vaqanovnaya, qardaşı Cavabdeh2, qardaşı Cavabdeh3 oglu, bacısı Cavabdeh4, qardaşı Cavabdeh5, bacısı X5 pasport qeydiyyatındadır və həmin evdə yaşayırlar. Həmin yaşayış sahəsi 1985-ci ildə mənzil uçotunda duran çoxuşaqlı ana kimi cavabdehlərdən iddiaçının anası Cavabdeh1 Vaqanovnaya 11.03.1990-cı il tarixli, orderlə Orconikidze rayon XDSİK-nin 2 saylı, 07.02.1990-cı il tarixli qərarı ilə altı nəfər ailə üzvü üçün ayrılmışdır. Qeyd olunan yaşayış sahəsində hazırda rəsmi olaraq 10 (on) nəfər ailə üzvləri qeydiyyatda olsalar da, faktiki olaraq altı nəfər iddiaçı X12 və onun ailə üzvləri, o cümlədən iddiaçının anası Cavabdeh1 Yaqapovna və qardaşı Cavabdeh5 həmin ünvanda yaşayırlar. Belə ki, hazırda mübahisələndirilən evdə Cavabdeh2 oglu, Cavabdeh3, Cavabdeh4 və X5 qeydiyyatda olsalar da, faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan orderdə göstərilən mənzilin plan-cizgisinə əsasən həmin sahənin real bölgüsünün göstərilən formada bölgünün aparılması qanunvericiliyə uyğundur, ədalətlidir və eyni zamanda tərəflər arasında yaranmış mübahisə həll oluna bilər. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş Orconikidze rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş 036177 saylı orderin surətindən müəyyən olunur ki, Hövsan qəsəbəsi ev 20 mənzil 78 ünvanı yaşamaq üçün Cavabdeh1V və onun ailə üzvlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 05.02.2022-ci tarixdə İddiaçı verilmiş arayışdan müəyyən edilir ki, İcra Hakimiyyətinə məxsus olan, 11.05.1990-cı il tarixdən Cavabdeh1 Vaqanovnanın mülkiyyətinə verilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində 78 saylı mənzilində X12, Nümayəndə Müzəməddin qızı, X9, X6, Cavabdeh1 Vaqanovna, Cavabdeh2, Cavabdeh3 oglu, Cavabdeh4, Cavabdeh5 və X5 qeydiyyatındadırlar. İş materiallarında olan X4, X10 və X7 tərəfindən imzalanmış aktdan müəyyən olunur ki, 11.03.1990-cı il tarixdə 036177 saylı order əsasında Cavabdeh1 Vaqanovnanın mülkiyyətinə verilmiş mənzil sahəsində qeydiyyatda olan on nəfərdən faktiki olaraq X12, Cavabdeh1 Vaqanovnaya, Nümayəndə Müzəməddin qızı, X9, X6 və Cavabdeh5 göstərilən ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən X11 verilmiş 12.05.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X8 müraciətinə baxılmış və məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.11.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 nömrəli evin, 78 saylı mənzili Orconikidze rayon X14 İcraiyyə Komitəsi tərəfindən yaşamaq üçün order əsasında Cavabdeh1V və onun ailə üzvlərinə verilmişdir. Hazırda mübahisələndirilən mənzil dövlət mülkiyyətindədir, iddiaçı isə həmin mənzildə 2 otaqdan ibarət yaşayış sahələrinin ayrılmasını və istifadə qaydasının müəyyən olunmasını tələb edir. İddiaçı tərəfindən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan mülkiyyət hüquqlarına malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Başqa sözlə, iddiaçı dövlət mülkiyyətində olan mənzildən otaqların ayrılmasını və istifadə qaydasının müəyyən edilməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin onun mülkiyyətində olması ilə bağlı olaraq heç bir sübut təqdim olunmadığından iddia tələbi təin oluna bilməz. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini təmin etmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh4ovnaya və qeyrilərinə (üçüncü şəxslər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 104 saylı Mənzil Kommunal İstismarı Sahəsi) qarşı “yaşayış sahələrinin bölünməsi və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1765/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1765/2022
13.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver