Məhkəmə qərarları › İş №2(060)-3245/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3245/2022

18.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3245/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İddiaçı iddia ərizəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li 13 iyul 2021-ci il tarixli və 33 №-li 21 yanvar 2022-ci il tarixli sərəncamların 1-ci bəndinə düzəliş edilməsi, iddiaçı, İddiaçı İİ qrup müharibə əlili imtiyazı əsasında və gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin olunması, iddiaçı, İddiaçı ödənilən kirayə xərcinin tam şəkildə, yəni kirayə xərci olaraq 400 manat + kommunal xərclər olaraq 160 manat olmaqla, cəmi 560 manatın hər ay iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti inzibati orqan olduğundan onun hərəkətləri və ya qərarı ilə bağlı narazı qalan iddiaçı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi ilə əlaqədar müvafiq inzibati orqana müraciət etməlidir. İddiaçı, səlahiyyətli orqan müraciətinə münasibət bildirdikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamlarının 1-ci bəndində düzəliş edilməsi və müharibə əlili imtiyazı əsasında mənzillə təmin edilmə və kirayə xərclərinin tam şəkildə ödənilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar