Məhkəmə qərarları › İş №2(010)-1812/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1812/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1812/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Yaray Serkanın iştirakı ilə, İddiaçı Yaray–X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus olan “HYUNDAİ ACCENT MİNİK» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilinə 767 manat maddi ziyanın, qüsur aktının alınması ücün ödənilmiş 59 manat, 500 manat mənəvi ziyanın cəmi 1326 manat pulun və 34 manat dövlət rüsumunun - cəmi 1360 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə ilə idarə etdiyi 99TA224 dövlət nömrə nişanlı “İNFİNİTİ M45 MİNİK” avtomobil yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus 10W507 dövlət nömrə nişanlı «HYUNDAİ ACCENT MİNİK» avtomobili vurmuşdur. 102 xidmətinə müraciət edildikdən sonra hadisədən sonra 99TA224 dövlət nömrə nişanlı iddiaçının avtomaşının sürücüsü olan Cavabdeh2 hadisə yerindən qaçmışdır. Təxmini olaraq 1,5 saatdan cox hadisə yerində gözləmiş, nə polis, nə də ki avtomaşınını vuran şəxs gəlmədi. Daha sonra 102 xidmətinə ikinci dəfə zəng vuruldu və onlar dedilər ki, hadisə yerindən kənarlaşa bilər. Nəticədə iddiaçıya məxsus avtomobilə 767 (yeddi yüz altmış yeddi) manat maddi zərər dəymişdir. Bu barədə "xxxx" MMC-nin qüsur aktı vardır. Həmin qüsur aktının alınması ücün iddiaçı tərəfindən "xxxx"MMC-nə əlavə olaraq 59 (əlli doqquz) manat pul ödənilmişdir. Məhkəmədən cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus olan “HYUNDAİ ACCENT MİNİK» markalı 10VV507 dövlət qeydiyyat nişanlı avtomobilinə 767 (yeddi yüz altmış yeddi) manat maddi ziyanın, qüsur aktının alınması ücün ödənilmiş 59 (əlli doqquz) manat, 500 (beş yüz) manat mənəvi ziyanın - cəmi 1326 (min üç yüz iyirmi altı) manat pulun və 34 (otuz dörd) manat dövlət rüsumunun - cəmi 1360 (min üç yüz altmış) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Yaray Serkan iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçının avtomaşınına iki cızığ düşüb. Həmin vaxt o, iddiaçıya bildirmişdir ki, üzərində 150 manat var, ya həmin pulu onlara versin, ya da o, maşını aparıb düzəltsin. İddiaçı onunla razılaşmadı və həyat yoldaşına zəng vuraraq hadisə yerinə çağırmışdır. Həyat yoldaşı hadisə yerinə gəldi, lakin o da gələndən sonra iddiaçının qardaşını hadisə yerinə çağırdı. İddiaçının qardaşı hadisə yerinə gələrək ondan 1000 manat məbləğində pulu tələb etmiş, o da bu təkliflə razılaşmamışdır. Hazırda da iddiaçının tələb etdiyi miqdarda pul ödəyə bilməz. Buna maddi imkanı yol vermir. İş materialları “Auto Azərbaycan MMC-nin xx.xx.2024-cü il tarixli 008 saylı Aktından görünür ki, “HYUNDAİ ACCENT MİNİK» markalı ** VV *** dövlət nömrə nişanlı avtomaşınına “Auto Azərbaycan MMC-də ilkin baxış keçirilmiş və ilkin baxış zamanı avtomaşına 767.00 manat məbləğində ziyan dəydiyi aşkar olunmuşdur. TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında protokolundan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 132.1-ci və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Paşa Sığorta-nın xx.xx.2024-cü il tarixdə Yaray–X2 ünvanladığı məktubundan görünür ki, ** VV *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “AVSMMİS” növü üzrə sığortalanmışdır. 07 dekabr 2023-cü il tarixində saat 21:40-da ** VV *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı və ** TA *** dövlət qeydiyyat nişanlı İnfiniti M-45 markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində idarə etdiyi ** VV *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə zərər dəyməsi ilə bağlı şirkətə müraciət etmişdir. Hadisə dərhal tərəfindən qeydiyyata alınmış və sığorta araşdırmasına zamanı müəyyən olunmuşdur ki, hadisə baş verən zaman, yəni 07 dekabr 2023-cü il tarixində saat 21:40-da ** TA *** dövlət qeydiyyat nişanlı İnfıniti M-45 markalı avtomobilin icbari sığortası qüvvədə olmamışdır. “İcbari sığortalar haqqında” AR Qanununun Azərbaycan Respublikasının Qanununun 13.2-ci idəsinə əsasən mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın anın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar məsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə ırtalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. xx.xx.2022-ci il tarixindən sonra baş vermiş sığorta hadisələrinə Azərbaycan Respublikası Mərkəzi kinin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 25/2 nömrəli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi ınəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydası tətbiq olunur və həmin Qayda ilə nəzərdə tutulan tələblər nəzərə alınmaqla yolnəqliyyat hadisəsində adıçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərər həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilir. Qeyd edilən Qaydanın 3.0.2-ci maddəsinə əsasən yol-nəqliyyat isəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb etməsi üçün yol-nəqliyyat isəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etməlidir. Nəzərə alsa ki, ** TA *** dövlət qeydiyyat nişanlı İnfıniti M-45 markalı avtonəqliyyat vasitəsi 16 dekabr 2023-cü saat 15:47-dən etibarən "xxxx" ASC tərəfindən “AVSMMİS” növü üzrə sığortalanmışdır, hadisə baş verən zaman sözügedən sığorta müqaviləsi qüvvədə olmadığından AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən idarə etdiyi ** VV *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər ilə bağlı PAŞA Sığorta” ASC-nin məsuliyyəti yaranmır. Cavabdeh1 AZEMİS vasitəsi ilə məhəməyə ünvanladığı etirazından görünür ki, Konstitusiya məhkəməsinin 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair plenumunun qərarına əsasən Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Qərarın mənasından da görünür ki, əgər avtomobil qanuni əsaslarla başqa şəxsin sərəncamına keçibsə maddi zərərlə bağlı məsuliyyəti həmin şəxs daşıyır. İddiaçı özü ərizəsində qeyd edib ki, hadisə zamanı avtomobil etibarnamə əsasında idarə edilmişdir. Odur ki, hesab edir ki, iddia ona olan hissədə təmin edilməməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5069 saylı 24 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2018-ci il buraxılışlı “Hyundai Accent minik” markalı, 10-W-507 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci həmin tarixə təxminən 750,00 manat müəyyən edilir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixlə Qərarı.

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1 mülkiyyətində olan “Hyundai Sonata” minik markalı **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı Yaray–X2 məxsus və onun idarə etdiyi **- VV-*** dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Hazırda iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus olan **- VV-*** dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobilə dəymiş maddi zərərə görə 767 manat, qüsur aktı üçün etdiyi ödənişə görə 59 manat, iddiaçıya vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsini istəyir. Cavabdehlərdən Cavabdeh1 iddia tələbi ilə razılaşmamışdır. Digər Cavabdeh2 isə məhkəməyə gəlmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh2 tərəfindən maddi ziyan vurulmuşdur. Bununla da, Cavabdeh2 tərəfindən Yaray–X1 qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə mötəbər sübut növü olan ekspert rəyinə əsasən müəyyən edir ki, iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2018-ci il buraxılışlı “Hyundai Accent minik” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci həmin tarixə 750 manat təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən qeyd edilən məbləğ tutulmalıdır. İddia tələbinin 500 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının avtomobilinə vurduğu zərərə görə ödəmədikləri pulun onlardan tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi iddiaçıya dəymiş mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Odur ki, iddia mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 750 (yeddi yüz əlli) manat və qüsur aktı üçün ödənilmiş 59 (əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Yaray–X1 xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 34 (otuz dörd) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Yaray–X1 xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın ümumi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 750 (yeddi yüz əlli) manat və qüsur aktı üçün edilmiş ödənişə görə 59 (əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Yaray–X1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Yaray–X1 xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın ümumi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar