Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1821/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10003.00 (on min üç) manat, dövlət rüsumuna görə 120 (bir yüz iyirmi) manat və tələb etdiyi məbləğə hesablanmış 27.00 (iyirmi yeddi) manat dövlət rüsumunun, ümumilikdə 10150.00 (on min yüz əlli) manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən istifadə edilməsinə dair Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, döngə 2, ev 4-də qeydiyyatda olan Cavabdeh2 idarə etmək və bu etibarnaməni digər şəxsə verməmək şərtilə 06 aprel 2022ci il tarixdə ASAN 1-də fəaliyyət göstərən mobil notariat vasitəsilə etibarnamə vermişdir. Lakin xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində Gəndob-Yalama sərhədi yolunun Xaçmaz rayonu ərazisindən keçən 36-cı km-də sürücü 02.01 1993-cü ildə anadan olmuş Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 32-də yaşayan Cavabdeh1 idarə etdiyi onun mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yalama istiqamətində hərəkətdə olakən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə sürücü Cavabdeh1 və avtomobildə olan sərnişin xx.xx.1993-cü il təvəllüdlü Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 21-də yaşayan X3 xəsarət almışlar. Yol nəqliyyat hadisəsinin törədilməsi faktı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 icraatında olan HK-1/1024 nömrəli araşdırma materialına əsasn xx.xx.2022-ci il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdır. Nəticədə mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı markalı avtomobili zədələnmişdir. İddiaçının mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi barədə, “PRAQMA CONSULTİNG" MMC tərəfindən DDƏQ/106-012/22 nömrəli 05 dekabr 2022-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmişdir və həmin rəyə əsasən ehtiyyat hissələrinə və görülən işlərə dair 10003.00 (on min üç) manat müəyyən edilmişdir. Yolnəqliyyat hadisəsi nəcəsində mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı markalı avtomobilə vurulan zərərə görə 5 (beş) gün müddətinə ona 10003.00 (on min üç) manat pulun ödənilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə müraciət etmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş zərərin ödənilməsinə dair cavabdehlərə müraciət olunsa da, zərərin ödənilməsi ilə əlaqədar onlar tərəfindən bir manat belə ödənilməmişdir. Cavabdehlər tərəfindən öz təqsirli hüquq pozuntusunun nəticələrini ödəməkdən boyun qaçırdıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər iddiaçıya nəqliyyat vasitəsinin zədələnməsinə görə cavabdehlər tərəfindən ödənilməyən 10003.00 (on min üç) manat, məhkəməyə ödədiyi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu və tələb etdiyi məbləğə hesablanmış 27.00 (iyirmi yeddi) dövlət rüsumu məbləğində maddi ziyan vurmuşdular. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, baş vermiş yolnəqliyyat hadisəsini Cavabdeh1 törətmişdir. O, həmin avtomobillə Cavabdeh1 istirahətə aparmış, sonuncu spirtli içki qəbul etmiş və avtomobilin açarını alıb idarə etmək istəmişdir. O, buna mane ola bilməmiş və həmin vaxtı Şahnazla birlikdə avtomobildə olmuşdur. Həmin vaxt Cavabdeh1 sərxoş vəziyyətdə olmuşdur. Dəfələrlə Cavabdeh1 iddiaçıya vurulmuş ziyanın ödənilməsini təklif etsə də, Cavabdeh1 onunla razılaşmamış və hər dəfə onu təhqir edib qovmuşdur. Hesab edir ki, iddiaçıya dəymiş zərər onun tərəfindən yox, Cavabdeh1 tərəfindən ödənilməlidir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (AR MPM 185.5) İş materialları Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 «cinayət işi başlanılmasının rədd edilməsi» haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində Gəndob-Yalama sərhədi yolıınıın Xaçmaz rayonu ərazisindən keçən 36-cı kmdə sürücü-xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Suraxanı rayonu A.Rzayev küçəsi ev 32-də yaşayan Cavabdeh1 idarə etdiyi "Toyota Prius" markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yalama istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə sürücü Cavabdeh1 və avtomobildə olan sərnişin xx.xx.1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi ev 21-də yaşayan X3 xəsarət almışdır. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 336.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, DDƏQ/106-012/22 saylı «Daşınar əmlaka dəymiş ziyanın dəyərinin müəyən edilməsi» barədə mütəxəssis rəyindən görünür ki, 02 dekabr 2022-ci il tarixdə №DDƏQ/105-012/22 bağlanmış müqaviləyə uyğun olaraq, tədqiqat obyekti olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müqayisəli və xərc yanaşması metodu ilə təmir və ehtiyat hissələrinin mövcud bazar qiymətləri nəzərə alınmaqla daşınar əmlaka dəymiş ziyanın dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin qiymətləndirici - mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalar və təhlillərə əsasən “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği dekabr 2022-ci il tarixinə - 10000.3 (on min üç) manat təşkil edir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, həmin etibarnamə ilə İddiaçı mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyətini Cavabdeh2 vermiş, etibarnamə üzrə səlahiyyətlərin digər şəxslərə verilə bilməməsi müəyyən edilmiş və etibarnamə xx.xx.2022-ci il tarixədək, saat 23:59-dək qüvvədə olmuşdur.Hazırda etibarnamə qüvvədən düşmüşdür. İşin faktiki halları İddiaçı mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən istifadə edilməsinə dair nəqliyyat vasitəsini idarə etmək və həmin səlahiyyəti digər şəxsə verməmək şərtilə 06 aprel 2022-ci il tarixdə mobil notariat vasitəsilə Cavabdeh2 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində Gəndob-Yalama sərhədi yolunun Xaçmaz rayonu ərazisindən keçən 36-cı km-də sürücü 02.01 1993-cü ildə anadan olmuş Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 32də yaşayan Cavabdeh1 idarə etdiyi “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yalama istiqamətində hərəkətdə olakən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə sürücü Cavabdeh1 və avtomobildə olan sərnişin X3 xəsarət almışlar. Həmin tarixdə avtomobildə Cavabdeh2 da olmuş, sürücü Cavabdeh1 avtomobili idarə etmək səlahiyyəti və hüququ olmamış, eyni zamanda atomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1113.1 Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5 Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən istifadə edilməsinə dair nəqliyyat vasitəsini idarə etmək və həmin səlahiyyəti digər şəxsə verməmək şərtilə 06 aprel 2022-ci il tarixdə mobil notariat vasitəsilə Cavabdeh2 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində Gəndob-Yalama sərhədi yolunun Xaçmaz rayonu ərazisindən keçən 36-cı km-də sürücü 02.01 1993-cü ildə anadan olmuş Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 32-də yaşayan Cavabdeh1 idarə etdiyi “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yalama istiqamətində hərəkətdə olakən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə sürücü Cavabdeh1 və avtomobildə olan sərnişin X3 xəsarət almışlar. Həmin tarixdə avtomobildə Cavabdeh2 da olmuş, sürücü Cavabdeh1 avtomobili idarə etmək səlahiyyəti və hüququ olmamış, eyni zamanda atomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Nəticədə “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnmişdir. İddiaçı hazırda mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10003.00 (on min üç) manat, dövlət rüsumuna görə 120 (bir yüz iyirmi) manat və tələb etdiyi məbləğə hesablanmış 27.00 (iyirmi yeddi) manat dövlət rüsumunun, ümumilikdə 10150.00 (on min yüz əlli) manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək, pulun onun tərəfindən yox, Cavabdeh1 tərəfindən ödənilməli olmasını, avtomobili sonuncunun idarə etdiyini bildirir, Cavabdeh1 avtomobili idarə edərkən yanında olmasını, sonuncunun sərxoş olmasını və sürücülük hüququnun olmamasını bildiyini etiraf edir. İşin halları ilə tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh1 tərəfindən maddi ziyan vurulmuş, ziyanın vurulmasında Cavabdeh2 da təqsiri olmuş, bu sonuncunun avtomobilin Cavabdeh1 tərəfindən idarə olunmasına qarşı etiraz etməməsi və hərəkətsizliyi ilə təsdiq edilmişdir. Bununla da, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Vurulmuş zərərin dəyəri ilə bağlı məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir və iddiaçının əmlak mənafelərini və hazırkı bazar qiymətlərini nəzərə alaraq hesab edir ki, avtomobilə vurulan ziyanın məbləği 10003 (on min üç) manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumuna görə 147 manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10003.00 (on min üç) manat, dövlət rüsumuna görə 147 (bir yüz qırx yeddi) manat olmaqla, ümumilikdə 10150.00 (on min yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə 10003.00 (on min üç) manat, dövlət rüsumuna görə 147 (bir yüz qırx yeddi) manat olmaqla, ümumilikdə 10150.00 (on min yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1821/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1821/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver