Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1845/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək «Tofaş Şahin» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 357 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Mercedes Benz C220» markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh AD 281858 nömrəli şəhadətnamə əsasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixdə 21:10 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi O.Şabanov küçəsi ilə idarə etdiyi “Mersedes Benz C 220” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Tofaş Şahin” markalı, **-XK-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 357 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh hadisə verindən yayınmışdır. Hadisə Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş X5 KYP 364708 nömrəli Protokol tərtib olunmuş və xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimələnmişdir. “Tofaş Şahin” markalı, **-XK-*** qeydiyyat nişanlı avtomobilin fərdi sahibkar X4 tərəfindən təmir olunması üçün İddiaçı ASC tərəfindən həmin sahibkarın hesabına xx xxx 2016-ci il tarixli 95 nömrəli hesaba əsasən 357 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçı ASC məhkəməyə yazılı şəkildə müraciət edərək iş üzrə keçiriləck məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və nəticə verilməsini mümkün hesab edir. Məhkəmənin iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, hadisə zamanı avtomobilin sahibi ilə razılaşmış, sonra çıxıb getmişdir. Sənədləşmə o getdikdən sonra aparılmış, onun xəbəri olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında cavabdehlər tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: -KYP 364708 № li, xx xxxxx 2016-cı il tarixli X5 Protokolun surətindən görünür ki, xx xxxxx 2016-cı il tarixdə, saat 21.14-də «Mercedes Benz C220» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobili idarə edən Cavabdeh hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən “Tofaş” Şahin markalı ** XK *** d.n.n-lı avtomaşınla düzgün ara məsafəsi saxlamamış, nəticədə həmin avtomaşınla toqquşmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə X1 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. - xx.xx.2007-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, buraxılış ili 1994-cü il, ban nömrəsi WDB2020221A122899 olan, göy metalik rəngli «Mercedes Benz C220» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmışdır. -1315 CML-1116/2016 № li sığorta aktından görünür ki, sığortalı Cavabdeh məxsus «Mercedes Benz C220» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Tofaş Şahin” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində dəymiş ziyan məbləği olan 357 manat sığorta ödənişi kimi faydalanan şəxs X2 ödənilməli olması qeyd edilmişdir. - xx.xx.2016-cı il tarixli, 95 № li hesabdan görünür ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə təmirə qəbul edilmiş “Tofaş Şahin” markalı **- XK-*** dövlə nömrə nişanlı avtomobillə bağlı cəmi ödəniləcək təmir xərci 357 manat təşkil edir. -xx.xx.2016-cı il tarixli qaimə fakturanın kötüyündən görünür ki, İddiaçı ASC tərəfindən sahibkar X3 hesabına xx xxx 2016-ci il tarixdə 357 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -xx xxx 2016-cı il tarixli № 2705 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən sahibkar X3 hesabına xx xxx 2016-ci il tarixdə 357 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə 21:10 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi O.Şabanov küçəsi ilə idarə etdiyi “Mersedes Benz C 220” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Tofaş Şahin” markalı, **-XK-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq “Tofaş Şahin” markalı avtomobilə 357 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün faydalanan şəxsə 357 manat məbləğində sığorta ödənişi etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh münasibətdə əsaslıdıır və təmin edilməlidir. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Tofaş Şahin" markalı, **-KX-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 357 (üç yüz əlli yeddi) manat sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1845/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1845/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver