Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1846/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dong Feng S 30” markalı **-LV-*** dövlət nömrə qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyana görə ödənilmiş 410 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, “KİA CERATO” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 07.06.2017-ci il tarixdən 07.06.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 26.03.2018-ci il tarixdə saat 23:05 radələrində idarə etdiyi “KİA CERATO” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən, yolnəqliyyat hadisəsi törədərək X3 məxsus olan “Dong FengS 30” markalı **-LV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtobusa maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törədərək hadisə verindən yayınmışdır. Hadisə Nəsimi RPİ tərəfindən qeydə alınmış İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli 26 03 2018-ci il tarixli protokol tərtib edilərək, cavabdehin barəsində inzibati tənbeh vermə haqqında TP 714119 nömrəli 26 03 2017-ci il tarixli qərar qəbul edilərək 100 manat məbləğində cərimələnmişdir. “Dong FengS 30” markalı **-LV-*** markalı avtomobilə İddiaçı ASC tərəfindən baxış keçirilərək, avtobusa vurulmuş ziyan 410 manat məbləğində müəyyən edilib, həmin məbləğ sığorta ödənişi kimi avtomobilin sahibinə ödənilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə “Dong Feng S 30” markalı **-LV-*** markalı avtomobilin sahibinə 410 manat məbləğində edilmiş sığorta ödənişi sığorta həcmində, İddiaçı ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdehin istifadəsində olan 055 300-85- 13mobil nömrəsinə 29.01.2021-ci il tarixdə zəng vurularaq, könüllü olaraq 410 manatın ödənilməsi təklif olunsa da cavabdeh bu təklifi qəti şəkildə rədd etdi, işin məhkəməyə verilməsinə etiraz etmədi. Tərəflərin izahatları İddiaçı "İddiaçı" ASC-nin Hüquq və Sığorta hadisələri xidmətinin hüquqşünası Ş.Xudiyev 16.03.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, o, məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sübutlar TP seriyalı 71419 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə olunmuşdur. 2696/CML-2228/2018 saylı sığorta aktından görünür ki, Cavabdeh “KİA CERATO” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili 07.06.2017-ci il tarixdən 07.06.2018ci il tarixədək sığortalamışdır. 26.03.2018-ci il tarixdə Nəsimi rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Dong Feng S 30” markalı **-LV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 410 (dörd yüz on) manat müəyyən edilmiş və həmin məbləğ zərərçəkənin bank hesabına köçürülmüşdür. Dəymiş zərərin hesabatı ilə müəyyən olunmuşdur ki, “Dong FengS 30” markalı **- LV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə ümumilikdə 410 manat məbləğində zərər dəymişdir. 26.01.2016-cı il tarixli etibarnamə ilə müəyyən olunur ki, X2 “KİA CERATO” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. Həmin etibarnamə 25.01.2018-ci il tarixədək qüvvədə olmuşdur. 25.02.2018-ci il tarixli etibarnamədən müəyyən olunur ki, X5 “Dong FengS 30” markalı **-LV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili X1 idarə etməyi etibar etmişdir. Həmin etibarnamə 21.04.2020-ci ilədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1 Subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 26.03.2018-ci il tarixdə saat 23:05 radələrində idarə etdiyi “KİA CERATO” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən, yolnəqliyyat hadisəsi törədərək X3 məxsus olan “Dong Feng S 30” markalı **-LV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törədərək hadisə verindən yayınmışdır. Hadisə Nəsimi RPİ tərəfindən qeydə alınmış İXM-nin 327.6-cı maddəsi ilə protokol tərtib edilərək, cavabdehin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimələnmişdir. “Dong FengS 30” markalı **-LV-*** markalı avtomobilə “xxxx” ASC tərəfindən baxış keçirilərək, avtobusa vurulmuş ziyan 410 manat məbləğində müəyyən edilmiş, həmin məbləğ sığorta ödənişi kimi avtomobilin sahibinə ödənilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçı cavabdehə qarşı üçüncü şəxsin avtomobilinə vurulmuş zərərə görə “Dong Feng S 30” markalı **-LV-*** markalı avtomobilin sahibinə 410 manat məbləğində edilmiş sığorta ödənişi həcmində subqroqasiya qaydasında pul tələbi irəli sürmüşdür. İcbari sığorta növü ilə sığortalanmış avtomobilin sürücüsü baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayındığından və iddiaçı tərəfindən 410 manat məbləğində pul vəsaitinin (sığorta ödənişi) zərərçəkmiş şəxsə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq qeyd edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı 410 manat sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Beləkiklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 410 (dörd yüz on) manat məbləğində sığorta ödənişi və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 20 (iyirmi manat) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 410 (dörd yüz on) manat məbləğində sığorta ödənişi və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1846/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1846/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver