Məhkəmə qərarları › İş №2(010)-1853/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1853/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1853/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “çıxarışın hissəvi ləğv edilməsi, notariat əməliyyatlarının etibarsız hesab edilmələri və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “çıxarışın hissəvi ləğv edilməsi, notariat əməliyyatlarının etibarsız hesab edilmələri və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasi ƏMDK yanında DDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.04.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerİeşən evin X6İunun adına verilmiş çıxarışı, 4 saylı Bakı Asan Xidmət mərkəzinin dövlət notariusu tərəfindən təsdiq ediİmiş 29.04.2019-cu il tarixli, 2V-306, 2V- 307 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməİər, 3M-170 reyestr nömrəli miras payının bağışlanmasına dair müqavilə hissəvi İəğv edilərək, sözügedən ünvanda birinci mərtəbənin və ona aid torpaq sahəsinin Cavabdeh1 adına, ikinci mərtəbənin və ona aid torpaq sahəsinin isə onun adına qeydiyyatdan keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Ata-babadan qalan ev Bakı şəhəri, ünvan 1 ünvanda yerləşir. Ev iki mərtəbədən ibarətdir: birinci mərtəbədə mərhum qardaşı Hacıağa Bağırov ailəsi ilə yaşayırdı, ikinci mərtəbədə isə özü bu günə kimi ailə üzvləri ilə yaşayır. Evinə girişlərin biri digərindən təcrid olunmuş vəziyyətdədir. Qardaşı H.Bağırovun vəfatından sonra onun hissəsində oğlu - Cavabdeh1 yaşamağa davam edir. Bir gün xəbər tutmuşdur ki, Cavabdeh1 məhkəməyə yolu ilə evi bütövlükdə atasının adına rəsmiləşdirilmişdir. Maraqlanmış və öyrənmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04.10.2017-ci il tarixli 2(010)-8559/2017 saylı qətnaməsilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21.12.1970-ci ildə ölmüş X2 məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnaməyə görə bütün tikili -özü yaşadığı ikinci mərtəbə daxil olmaqla mərhum qardaşına məxsus olması müəyyən edilmiş və bunun əsasında Cavabdeh1 adına çıxarış verilmişdir. O, bundan xəbər tutan kimi həmin qətnamə maraqlarına toxunduğuna görə qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılarkən qardaşı oğlu olan Cavabdeh1 bildirdi ki, yaşadığı ikinci mərtəbəni onun adına keçirəcək, buna görə də apellyasiya şikayətindən imtina etməsini xahiş etdi. O, Cavabdeh1 inanıb, apellyasiya şikayətindən imtina etdim və Bakı Apellyasiya Məhkəməsi MK-nın 12.03.2019-cu il tarixli, 2(103)-2637/2019 saylı qərardadı ilə apellyasiya şikayətindən imtinam qəbul edilərək, başlanmış apellyasiya icraatına xitam verildi. Lakin, Cavabdeh1 verdiyi sözün üstündə durmadı, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi, uzun illər ailə üzvləri ilə yaşadığı mənzili onun adına rəsmiləşdirmədi. Hazırda rəsmiyyətdə o, Cavabdeh1 mülkiyyətində olan evdə yaşayır. O, məhkəmə instansiyalarına şikayət etdiyi zamanda Cavabdeh1 mərhum qardaşının adına çıxarış almış, notarial qaydada vərəsəlik yolu ilə evi öz adına rəsmiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 12.03.2019-cu il tarixli, 2(103)-2637/2019 saylı qərardadından verdiyi çoxsaylı şikayətlər, nədənsə, müsbət nəticə vermədi, hərçənd ki, həmin mülki işdə çoxsaylı saxtakarlıqlar var idi. Buna görə də hazırki iddia ərizəsilə məhkəməyə müraciət edir. Əvvəla, birinci instansiya məhkəməsi Cavabdeh1 ərizəsini təmin edərkən, evə baxış keçirməmiş, evin ikinci mərtəbəsinin ona məxsus olduğu halda qanunsuz olaraq onu da cavabdehin mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən 04.09.2020-ci il tarixdə verilmiş DA-00150-2020 saylı məktubundan görünür ki, 1941-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında xx.xx.1941-ci ildə İddiaçı, yəni onun, təvəllüdü qeyd olunur, ata - Cavabdeh1 Nağı oğlu, ana - X22, valideynlərinin daimi yaşayış ünvanı: Bül-Bülə kəndi, Pravda küçəsi, ev 13 olmuşdur. Bu sənəd sübut edir ki, özü valideynlərinin yaşadığı evdə anadan olmuş və bu günə kimi həmin evdə yaşayır. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 14.10.2019-cu il tarixli, **********33 saylı cavabında göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına, həmin evə dair onun adına texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Həmin fərdi yaşayış evi 25.04.2019-cu il tarixdə X1 adına ilkin dövlət qeydiyyatından keçmiş, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin dövlət notariusu tərəfindən təsdiq edilmiş 29.04.2019-cu il tarixli, 2V-306, 2V-307 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə, 3M-170 reyestr nömrəli miras payının bağışlanmasına dair müqaviləyə əsasən sözügedən ünvan Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hesab edir ki, yaşadığı evin mərhum qardaşının adına rəsmiləşdirilməsi və bundan sonra Cavabdeh1 mülkiyyətində qalması qanuna ziddir. Buna görə də Cavabdeh1 adına verilmiş çıxarış hissəvi ləğv edilməli, ona aid olan hissə onun mülkiyyətinə verilməli, özünün yaşadığı hissə isə özünün mülkiyyətinə verilməlidir. Daha sonra iddiaçı "iddia tələbinin azaldılması barədə" ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasi ƏMDK yanında DDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.04.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerİeşən evin X6İunun adına verilmiş çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etməmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bülbülə qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəlinin 30.11.2020-ci il tarixli məktubundan görünür ki, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi 19 saylı evdə qeydiyyatda olanlar aşağıdakılardır: İddiaçı 1941 il təvəllüdlü, X11 1950 il təvəllüdlü; X4 1979 il təvəllüdlü; X5 2006 il təvəllüdlü; X8 2009 il təvəllüdlü; X17 1977 il təvəllüdlü; X12 2011 il təvəllüdlü; X13 2013 il təvəllüdlü; Cavabdeh1 1951 il təvəllüdlü; X3 1960 il təvəllüdlü; X7 1985 il təvəllüdlü və X9 1986 il təvəllüdlü. QEYD: İddiaçı 21.11.1959-cu ildən 06.08.1962-ci ilə, 29.05.1965-ci ildən 04.04.1969-cu il əvə 15.05.1996-cı ildən halhazıra kimi Bülbülə qəsəbəsi M.Bəydəmirov küçəsi, 19 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 14.10.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 Nağı oğlunun adına 1920-ci il tarixdə tikilmiş ünvan 3 (keçmiş Pravda, ev 13 və ya 19) saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına, həmin evə dair onun adına texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi (keçmiş Pravda), 19 saylı fərdi yaşayış evi 25.04.2019-cu il tarixdə X1 adına ilkin dövlət reyestrində qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin dövlət notariusu tərəfindən təsdiq edilmiş 29.04.2019-cu il tarixli 2V-306, 2V-307 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə, 3M-170 reyestr nömrəli miras payının bağışlanmasına dair müqaviləyə əsasən sözügedən ünvan Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi (keçmiş Pravda), 19 saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan 1963-cü il tarixdə X14 adına tərtib edilmiş texniki pasportda evin tikildiyi tarix 1946 il qeyd edilmişdir. Suraxanı rayon məhkəməsinin 04.10.2017-ci il tarixli 2(010)-8559/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ərizəçi Cavabdeh1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə“ ərizəsi təmin edilmiş, Bakı şəhəri. Bülbülə qəsəbəsi. M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cti ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarızasiyası və qiymətləndirilməsinə aid pasportun 21 dekabr 1970-ci ildə ölmüş X2 məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin 04.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı 4 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 12 avqust 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 25 avqust 1941-ci ildə doğulan İddiaçı təvəllüdü qeyd olunur. Atası: Cavabdeh1 Nağı oğlu; Anası: (soyadı qeyd olunmayıb) X22; Qeyd: Valideynlərin daimi yaşayış ünvanı: Bül-Bülə kəndi, Pravda küç., ev 13 olmuşdur. 29.04.2019-cu il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 29.04.2019-cu il tarixli 2V-306 reyestri “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və mülkiyyətində olan 0.030150 ha torpaq sahəsindən ibarət miras pay bağışlanmışdır. Birinci - X18, ikinci tərəf X10 həmin müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlaka dair miras payını 3-cü tərəf - Cavabdeh1 bağışlayır. 25.04.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, ünvan 2 X1 adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. 29.04.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 22.12.1970-ci il tarixdə ölmüş X1 vərəsəsi oğlu Cavabdeh1 Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi, ev 19 və o əmlakdan ½ hissədə irs almalıdır. Məhkəmənin mövqeyi Məhkəmə zamanı iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasi ƏMDK yanında DDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.04.2019-cu il tarixdə ünvan 3 ünvanında yerİeşən fərdi yaşayış evinin X6İunun adına verilmiş çıxarışının ləğvini tələb etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarında əks etdirilən mövqeyi vurğulamağı zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə dair reyestrdəki ilkin qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdır, yəni bu hal inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında irəli sürülən yanaşmanı rəhbər tutaraq məhkəmə hesab edir ki, hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 15.4-cü bəndində qeyd edilir ki, “inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Yuxarıda qeyd edilənləri nəzərə alaraq və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq məhkəmə belə bir qənaətə gəlir ki, hazırki iddia tələbi üzrə işə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçıya izah olunur ki, hazırki iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsə də, iddiaçı aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 Hacıaba oğlu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2nə qarşı “çıxarışın hissəvi ləğv edilməsi" tələbinə dair müki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar