Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1503/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1503/22 (Açar sözlər: DƏDRX-in verdiyi çıxarışın ləğvi, tələbin inzibati icraata aid edilməsi, iş üzrə icraata xitam) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “çıxarışın hissəvi ləğv edilməsi, notariat əməliyyatlarının etibarsız hesab edilməsi və mülkiyyət hü ququnun tanınması ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10226/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasi ƏMDK yanında DDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.04.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerİəşən evə dair X2İunun adına verilmiş çıxarışın, 4 saylı Bakı "ASAN Xidmət" mərkəzinin dövlət notariusu tərəfindən təsdiq ediİmiş 29.04.2019-cu il tarixli, 2V-306, 2V-307 reyestr nömrəli qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnaməİərin, 3M-170 reyestr nömrəli miras payının bağışlanmasına dair müqavilənin hissəvi İəğv edilərək, sözügedən ünvanda birinci mərtəbənin və ona aid torpaq sahəsinin Cavabdeh1 adına, ikinci mərtəbənin və ona aid torpaq sahəsinin isə öz adına qeydiyyatdan keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.04.2019cu il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerİəşən evə dair X2İunun adına verilmiş çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Suraxanı rayon Məhkəməsinin 2(010)-1853/2021 nömrəli, 24.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. (hakim Rübabə Qafarova)
4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin 14.10.2019-cu il tarixli məktubuna əsasən müəyyən etmişdir ki, Cavabdeh1 Nağı oğlunun adına 1920-ci il tarixdə tikilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 19 (keçmiş Pravda, ev 13 və ya 19) saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına, həmin evə dair onun adına texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi (keçmiş Pravda), 19 saylı fərdi yaşayış evi 25.04.2019-cu il tarixdə X1 adına ilkin dövlət reyestrində qeydiyyatdan keçmişdir.
5. Birinci instansiya məhkəməsi hesab edib ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə dair reyestrdəki ilkin qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdır, yəni bu hal inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.
6. Birinci instansiya məhkəməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarına istinad edərək qeyd edib ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır
7. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1 və 262.4-cü maddələrinə istinad etmişdir.
8. İddiaçı şikayət verib, qərardadın ləğv olunmasını xahiş etmişdir.
9. İddiaçı şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi qərardadında iddia tələbinin həcminin azaldılması barədə ərizəyə istinad edib. Halbuki iddiaçı belə bir ərizə verməyib.
10. Suraxanı rayon Məhkəməsinin 2(010)-1853/2021 nömrə li, 01.07.2021-ci il tarixli, qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10226/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)-1853/2021 nömrəli, 24.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Azad İmanov, Qürbət Əsgərov )
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərə findən 25.04.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evə dair X2İunun adına verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir və bu tələb də inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir.
13. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilinə münasibətdə qeyd edib ki, iddiaçı şikayətində iddia tələbinin həcminin azaldılması barədə ərizə vermədiyinə əsaslansa da, iş materiallarından müəyyən edilir ki, iddia tələbinin həcminin azaldılması barədə 24.05.2021-ci il tarixli ərizə İddiaçı tərəfindən imzalanmaqla təqdim edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini İnzibati Prosessual Məcəllənin 2.1, 2.2-ci maddələri və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 10 aprel 2015-ci il Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbinin azadılması barədə ərizə verməyib, məhkəmənin istinad etdiyi ərizədəki imzanın iddiaçıia məxsus olub-olmaması araşdırılmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnzibati Prosesual Məcəllə Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraa tı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı Bənd
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu mü əyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasib ətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qan unsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə mür aciət etmək hüququ izah olunmalıdır. Bənd 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qey diyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
19. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.
22. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədə olmuşdur.
23. İşin müəyyən edilmiş hallarına görə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə dair reyestrdəki ilkin qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdır, iddiaçı da tələbində həmin qeydiyyatın ləğvini xahiş edir. Başqa sözlə, müəyyən edilib ki, aparılmış qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.
24. Məhkəmə kollegiyası iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.
25. Əlavə olaraq kollegiya qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məh kəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının 17-ci bəndinə görə Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
26. İddiaçının tələbin azaldılması barədə ərizə verməməsi barədə kassasikya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu dəlilə apellyasiya məhkəməsi qiymət verib. Bundan əlavə, işdən görünür ki, iddiaçının vəkili apellyasiya baxışında qeyd edilən ərizəni iddiaçının özünün imzalamasını, lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının aldadılmasını bildirmişdir.
27. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10226/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlan