Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1873/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X19 qızının katibliyi ilə İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı «əmlaka olan payın naturada ayrılması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı «əmlaka olan payın naturada ayrılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumilikdə 193,50 kv.m. ölçüdə olan evin ********** nömrə ilə xx.xx.2021-ci ildə qeydiyata alınmış ona məxsus olan 2/4 hissəsinin həmin çıxarışa əsasən Cavabdeh1 və ilkin mülkiyyətçisi X11, faktiki sahibi Cavabdeh2 aid olan hissəsindən natura formasında ayrılması və ona məxsus olan hissəni müəyyən etməklə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırır ki, ünvan 1 ünvanında yerləşən ev nənəsi X7 miras qalmışdır. Nənəsinin 4 övladı olmuşdur, X4 (onun atası), X12 (Cavabdeh1 əri və Cavabdeh2 atası), X5 və ərinin soyadı ilə X3. Nənəsinin həyat yoldaşı olmuş X8 1943-cü ildə vəfat etmişdir, nənəsi - X17 1972-ci ildə vəfat etmişdir. Onların övladları X16 1987-ci ildə, X4 1997-ci ildə, X12 1995-ci ildə, X13 1993-cü ildə vəfat etmişlər. Nənəsindən miras qalmış əmlakı - ünvan 1-nı miras əmlak kimi faktiki olaraq X1 vərəsələri o, yəni, İddiaçı (oğlu) və anası (arvadı) Elmira Mirzəyeva və X6 vərəsələri olan arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qəbul etmişlər. O, bildirdi ki, nənəsindən miras qalmış əmlakla bağlı 2021-ci ildə 34 saylı notariat ofisinə müraciət etmişlər və miras pay aşağıdakı kimi müəyyən olunmuşdur: X1 vərəsəsi kimi 2/4 pay onun (anası Nağıyeva Elmira da öz payından onun xeyrinə imtina etmişdir), X6 vərəsəsi kimi ¼ pay arvadı Cavabdeh1 müəyyən edilmiş və qalan 1/4 pay açıq qalmış, belə ki, X12 mirası faktiki qəbul edərək miras əmlakda yaşamasına baxmayaraq bu hüququnu rəsmiləşdirməkdən imtina etmişdir. Həmin miras paya notarius tərəfindən verilmiş şəhadətnaməni Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdikdən sonra onlara elektron qaydada xx.xx.2021-ci il tarixli Çıxarış verilmiş, həmin çıxarışa əsasən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsi, ev 16 ünvanında yerləşən ev paylı mülkiyyət hüququ üzrə 2/4 hissəsi onun adına, 1/4 hissə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. Mənzilə dair digər 1/4 hissə pay (hüquq sahibinin adı X17, faktiki Cavabdeh2 istifadəsindədir) açıq saxlanılmışdır. Həmin payı Cavabdeh2 (nənəsinin oğlu Mirzəyev Sabirin övladı) faktiki qəbul etmişdir. Hal-hazırda qeyd olunan evdə o, öz ailəsi ilə, Cavabdeh1 və onun oğlu Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşayır. Onların üçünün evi bir ünvanda olsa da onun payına düşən ev ayrıca dam altında yerləşir, ayrıca hasara alınmışdır, qapısı və giriş çıxışı da ayrıdır, o, nənəsindən miras qalmış evin qanuni sahibidir, evin yerləşdiyi torpaq sahəsi də qanuni istifadəsindədir. Hazırda öz şəxsi məqsədləri üçün evin ona aid olan hissəsinə o, sərəncam verə bilmir və həmin hissəyə də ayrıca çıxarış ala bilmir. O, qeyd etmişdir ki, həm onun evi, həm də cavabdehlərin evinin küçəyə çıxışları ayrıdır. Evlər bir damın altında deyillər. Tamam ayrıayrı evlərdir. O, ünvan 1 ünvanda yerləşən ümumilikdə 193, 50 kv.m. ölçüdə olan evin ********** nömrə ilə xx.xx.2021-ci ildə qeydiyata alınmış ona məxsus olan 2/4 hissəsinin həmin çıxarışa əsasən Cavabdeh1 və ilkin mülkiyyətçisi X11, faktiki sahibi Cavabdeh2 aid olan hissəsindən natura formasında ayrılması və ona məxsus olan hissəni müəyyən etməklə ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, iddia tələbləri ilə razılaşaraq bildirdi ki, evin natura formasında bölünməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı 2/4 hissə, Cavabdeh1 ¼ hissə və hüquq sahibinin adı X17, faktiki Cavabdeh2 istifadəsində olan ¼ hissəsi açıq qalan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 10/5251 saylı ekpertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinin, ümumilikdə, 193.50 kv.m olan evin İddiaçı payı 2/4 hissə, Cavabdeh1 payı ¼ hissə və Cavabdeh2 payı ¼ hissə olmaqla, payların naturada ayrılması təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.9, bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 220.2 maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərə paylı mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın real şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2., 2.4, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaığına görə iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 oktyabr 2022-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə həmin ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh1, Cavabdeh2 qarşı «əmlaka olan payın naturada ayrılması tələbi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3 hesabına keçirilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-1873/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1873/2022
16.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver