Məhkəmə qərarları › İş №2(010)-1876/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1876/2022

22.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1876/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Qasımovun sədrliyi, Aygün Rayiq qızı Cılqamlının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 dələduzluq yolu ilə alıb qaytarmadığı 2300 (iki min üç yüz) manat pulu və 53 manat dövlət rüsumunun alınıb ona verilməsinə barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini və X1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğundan, barəsində xüsusi qərardad çıxarıb Prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər qonşusu olmuş Cavabdeh1 və Cavabdeh2 etibarından sui-istifadə edərək sexlərinə avadanlıq almaları üçün ondan 2020-ci ilin oktyabr ayında 2300 (iki min üç yüz) manat alaraq hazırkı müddətədək qaytarmamışlar. O, cavabdehlərdən dəfələrlə pulu istədikdə müxtəlif bəhanələrlə pulu ona qaytarmaqdan yayınmışlar. Belə olan halda o aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etmişdir. Çox saylı araşdırmalardan sonra Nərimanov Rayon polis İdarəsinin 17-ci polis bölməsinin baş təhqiqatçısı polis polkovnik leytenantı Asif Qubadov tərəfindən Cavabdeh1 və Cavabdeh2 Səyaf qızının əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanmasını rədd olunması barədə 25 fevral 2022-ci il tarixli qərar vermişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbləri ilə razılaşmayaraq göstərdi ki, İddiaçı 35 il qonsu olmuş, lakin nə o, nə anası iddiaçıdan heç vaxt borc pul almamışlar. İddiaçı onun məhkəmədə işini həll etmək adı ilə ondan hissə hissə cəmi 1000 manat alaraq, işi isə həll etməmiş iş uduzulmuşdur. Bundan sonra aralarında narazılıq yaranmış və ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil məhkəmə iclasında iddia tələbləri ilə razılaşmayaraq Cavabdeh1 bildirdiklərini qeyd edərək əlavə olaraq göstərdi ki, cavabdeh və onun anasının iddiaçıdan borc almamışlar və belə niyyətləri olmamışdır. Həmçinin cavabdeh bir qədər sonra 15000 manat məbləğində pul vəsaitini bankdan kreditə götürmüş və bu bir daha təsdiq edir ki, nə onun, nə anasının iddiaçıdan borc almağa ehtiyacı olmamışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyinin yuxarıda göstərilən normalarına əsaslanaraq məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhz iddiaçı cavabdehlərin ona 2300 manat borclu olmasını sübut etməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdehlər tərəfindən isə iddiaçının irəli sürdüyü bu halı etiraf etmədiyi halda iddiaçı tərəf öz iddiasının əsaslarını mötəbər sübutlarla əsaslandırmağa borcludur. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi sübutlar Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul olunmuş 25 fevral 2022-ci il tarixli və Nərimanov RPİ-nin müstəntiqi tərəfindən qəbul olunmuş 28 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarının surətlərindən və onun (iddiaçının) cavabdehlə WhatsApp” şəbəkəsi vasitəsilə aparılmış səs yazıları əks etdirən elektron daşıyıcıdan (CD disk) ibarətdir. Lakin qeyd edilən qərarlar məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, İddiaçı müraciəti əsasında araşdırılma aparıldığı zaman iş üzrə cavabdehlərin ümumiyyətlə izahatları alınmamışdır. Hər iki qərarda Cavabdeh1 istifadəsində olan mobil telefon vasitəsilə əlaqə yaradılarkən borcun etiraf etdiyini bildirməsi barədə qeyd isə onun tərəfindən faktın etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Digər sübut (“WhatsApp” şəbəkəsi vasitəsilə aparılmış səs yazıları əks etdirən elektron daşıyıcı (CD disk) məhkəmə iclasdında araşdırılmış və diskdə əks olunmuş danışıqların iddiaçı ilə Cavabdeh1 arasında aparılması işin mübahisəsiz halı kimi təsdiq edilsə də, o da müəyyən olunmuşdur ki, həmin səs yazılarında iddiaçı tərəfin cavabdehə 2300 manat verməsi və ya cavabdeh iddiaçıya borcu olmasına dair hər hansı bir ifadə işlətməmişdir. Beləliklə də, həmin səs yazıları ilə də iddiaçının istinad etdiyi hallar təsdiq olunmur. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehin ona hər hansı əsasla borc öhdəliyinin olması barədə tələbi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Ona görə də, hazırki iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Mı̇ rzəyev Namı̇ q Mı̇ rzə oğluna və Mı̇ rzəyeva Tahı̇ rə Səyyaf qızına qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar