Məhkəmə qərarları › İş №2(010)-1912/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1912/2021

10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1912/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı «qiymətləndirmə rəyinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28 C ünvanında 0,03867 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2214,9 kv.m təşkil edən 4 mərtəbəli və mansarlı qeyriyaşayış binasına dair Cavabdeh MMC-nin verdiyi 21 yanvar 2021-ci il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7365/2020 nömrəli, 02.10.2020-ci il tarixli qərardadı ilə görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28 C ünvanında 0,03867 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2214,9 kv.m təşkil edən 4 mərtəbəli və mansarlı qeyri-yaşayış binasının likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmiş və qiymətləndirilmənin aparılması Cavabdeh MMC-nə həvalə edilmişdir. Cavabdeh MMC-nin 21.01.2021-ci il tarixli, 0142/21/BS saylı hesabatı ilə qeyri yaşayış sahəsinin likvid dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbinin əsası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7365/2020 nömrəli, 02.10.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş qiymətləndirmənin nəticələrinə dair mütəxəssisin hesabatının əsassız hesab edilməsidir ki, buna iddia icraatı qaydasında baxılması qeyri mümkündür. Belə ki, qiymətləndirmə rəyi iş üzrə sübutlardan biridir və digər sübutlarla birlikdə məhkəmənin yekun aktında qiymətləndirilir. Hazırkı rəyə də işə baxan məhkəmə tərəfindən qiymət verilməlidir. Sübutların mötəbərliyinin ayrıca iddia şəklində mübahisələndirilməsi yolverilməzdir. İddiaçının ərizəsində yazdığı xüsusatlar narazı qaldığı məhkəmə aktından yuxarı instansiya məhkəməsinə verdiyi şikayətin predmeti ola bilər. Ona görə də, hesab edirəm ki, hazırkı iddia tələbinə rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh MMC-yə qarşı «qiymətləndirmə rəyinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar