Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-192/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əqli Mülkiyyət Agentliyi olmaqla piratçılığın cavabdehə qadağan edilməsi, pozulmuş müəllif hüquqlarının bərpası və vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əqli Mülkiyyət Agentliyi olmaqla piratçılığın cavabdehə qadağan edilməsi, pozulmuş müəllif hüquqlarının bərpası və vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun - İddiaçı müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallardan, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrindən qeyriqanuni istifadənin Cavabdeh qadağan edilməsi, Cavabdeh ona məxsus əsərlərdən qeyriqanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materialların sosial şəbəkələrdən, internet səhifələrindən, habelə cavabdehə məxsus olan mənbələrdən (resurslardan) silinməsi (məhv edilməsi), Cavabdeh müəllifi olduğu yuxarıda qeyd edilən əsərlərdə yerləşdirilmiş materiallardan qeyri-qanuni istifadə etməklə onları müxtəlif sosial şəbəkələrdə, özünə məxsus olan səhifələrdə özününki kimi yaydığına, habelə müəllifi olduğum materiallardan qeyri-qanuni istifadə edərək “Zoom” proqramı vasitəsilə onlayn və distant şəkildə dərslər keçməklə qazanc əldə etdiyinə görə və bunun nəticəsində vurduğu zərərin əvəzi olaraq 40000 (qırx min) manat kompensasiyanın, vəkil xidmətlərinə görə ödədiyi 300 (üç üz) manatın cavabdehdən tutularaq ona - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. O, İddiaçı “X5” və “X1” X2 Test-İmtahan çalışmaları”, “Sürücülük vəsiqəsi almaq üçün DYP-də keçirilən imtahanlara hazırlıq vəsaiti”, “Nəqliyyat vasitələri sürücülərinin hazırlıq proqramları üzrə test toplusu”, “Экзаменационные тесты по правилам дорожного движения для подготовки к теоретическим экзаменам на право управления транспортными средствами”, “Правила дорожного движения с иллюстрациями” və digər kitabların, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırlanmıış video materialların, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrin (bundan sonra - Əsərlər) müəllifidir. Cavabdeh müəllifi olduğu əsərlərdəki materiallardan, o cümlədən də internet səhifələrində yerləşdirdiyi video materiallardan müəllifdən (yəni ondan) müvafiq icazə almadan qanunsuz olaraq istifadə edir, proqramlar və toplular hazırlayır. Cavabdeh kurslar təşkil edərək repetitor fəaliyyəti ilə məşğul olur. Hazırladığı materialları özününki kimi təqdim edərək sosial şəbəkələrdə yayır, insanlara satır, həmçinin “Zoom” proqramı vasitəsilə onlayn və distant şəkildə dərslər keçməklə qazanc əldə edir. Cavabdehin qanunazidd əməlləri nəticəsində onun müəllifi olduğu kitablar satılmır, proqram təminatlarının isifadəsi məhdudlaşır, hüquqları pozulur. Cavabdeh qanunsuz şəkildə əldə etdiyi materialların “Tik-Tok”, “İnstagram” və “Teleqram” sosial şəbəkələrində yaydığını, habelə tədris üçün topladığı qruplara keçdiyi dərslərdə ona məxsus materiallardan istifadə etməsini təsdiq edən şəkil və videolar iddia ərzəsinə əlavə edilmiş USB fleş-kartda təqdim olunur. İddia ərzəsinə əlavə olunmuş materiallar bir daha təsdiq edir ki, Cavabdeh onun müəllifi olduğu əsərlərdən qanunsuz istifadə etmiş, həmin materialları özününkü kimi təqdim edərək nəticədə (izahatından da göründüyü kimi) küllü miqdarda qazanc əldə etmişdir. Özünün etiraf etdiyi kimi 10 (on) ildir ki, bu fəaliyyətlə məşğul olur (əsas: əlavədə “etiraf 10-12 il ish” adlı səs yazısı - 00.29-00.35 saniyə). Yalnız son iki ildə cavabdehin əldə etdiyi qazancın məbləği 60000 (altımış min) manat təşkil edib. Belə ki, o, hər ayda 20-25 nəfər oxucudan ibarət olan bir qrup hazırlaşdırıb (əsas: “qrupda 19 və daha cox adam” faylı; “etiraf qrupda 15 den cox adam” faylı). Cavabdehin veriyi izahatda isə bu məbləği azaldaraq 36000 (otuz altı min) manat olaraq göstərmişdir.
Tərəflərin izahatları.
4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əqli Mülkiyyət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh qanunsuz fəaliyyəti ilə onun əmlak maraqlarına da ziyan vurmuş, onun müəllifi olduğu kitabların satışını aşağı salmışdır.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, hazırki işdə piratçılıq yoxdur, cavabdeh sadəcə olaraq iddiaçının kitablarını öz dərslərində istifadə etmiş, eyni zamanda tələbələrinə də həmin kitabları oxumağı tövsiyə etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır.
İş materialları.
8. Cavabdeh Binəqədi RPİ-nin TŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, təxminən 2 ilə yaxındır ki, o, online qaydada özünə məxsus ‘‘suruculuk.kursu.jn” adlı instagram və tiktok səhifələrində dərslər keçirdi. Ötən müddət ərzində cəmiyyət içində tanındıqca online kursa dair tələbələri gəlməyə başladı. O, tələbələrinə imtahandan keçənə kimi birdəfəlik olaraq 100 manat məbləği qarşılığında dərs keçirdi. Ay ərzində demək olar ki bir qrupu olardı. Həmin qrupda da ortalama ay üzrə 10-15 tələbə olardı. Adətən tələbərinə dərsləri İddiaçı adlı şəxsə məxsus sürücülük kursu üçün nəzərdə tutulmuş test toplularından ibarət videoroliklər, eləcə də hazırlanmş testləri youtube vasitəsi ilə əldə edərək özünə məxsus sosial şəbəkədə paylaşaraq dərslər tədris edirdi. Həmçinin, “Zoom” programı vasitəsi ilə tələbələrə qrup halında dərs tədris edirdi. Onu da qeyd edir ki, o, izah etdiyi materialın böyük bir qismi İddiaçı məxsus olmuşdur. 2 ilə yaxındır ki, dərs tədris edir. Həmin materiallardan istifadə etməklə bağlı İddiaçıla razılaşmamışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-400/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh AR CM-nin 165.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında İddiaçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
10. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1163 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yaddaş kartlarında iş üçün zəruri olan Cavabdeh yol hərəkəti qaydalarına və sürücülük hazırlığına dair fənlər üzrə istifadə etdiyi materialların hazırlanma üsulunun xüsusiyyətlərinə, görüntülərdə şəkillərin sıralanmasına, rənglərinə, modellərinə,üzərindəki yazılara, mövzuların adına, mahiyyətinə və məzmununa, sualların mətninə və düzülüş ardıcıllığına, cavabların struktur quruluşuna, sözlərin ardıcıllığına, şriftinə, faylların üzərində əlavə olaraq “Talıbov.Ə.M.”, WWW.TALİBOV.AZ, və “DDA X4” mətnli xüsusi nişanın əks olması və sair əlamətlərə İddiaçı müəllifi olduğu 2014-cü ildə nəşr olunan İddiaçı ““X5” və “Hərəkət təhlükəsizliyinin əsaslan” X2 Test - İmtahan Çalışmaları”, 2024-cü ildə nəşr olunan İddiaçı “Sürücülük vəsiqəsi almaq üçün DYP-də keçirilən imtahanlara hazırlıq vəsatəti DDA X4”, 2023-cü ildə nəşr olunan İddiaçı ““X5” və “Hərəkət təhlükəsizliyinin əsaslan” X2 Test - İmtahan Çalışmaları DDA X4” 2023-cü ildə nəşr olunan müəllifi А.М.Талыбов “экзаменационные Тесты по правилам дорожного движения для подготовки к теоретическим экзаменам на право управления транспортными средствами с последними изменениями DDA X4” və 2021-ci ildə nəşr olunan А.М.Талыбов-un “Пособие по подготовке к экзамену для получения водительских прав в органах ГДП Правила дорожного движения с иллюстрациями С последними изменениями в Законе АР «О дорожном движении» и новые штрафы 2021 TALİBOV.AZ sürücülük hazırlığında interaktiv sistem”, 2014-cü ildə nəşr olunan “İddiaçı “X5” və “X1” X2 Test - İmtahat Çalışmaları ən yeni əlavələrlə Bakı - 2014” adlı kitablarda, habelə www.talibov.az və www.dda.az veb - sayt səhifələrində olan vəsaitlərəri təkrarlamaqla onlarla eynilik təşkil edirlər. Qərardadda qoyulan 2-ci sual “Əqli mülkiyyət obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün həmin suallar cavablandırılmamışdır.
İşin faktiki halları.
11. İddiaçı yol hərəkəti qaydalarına dair dərslik xarakterli kitabların müəllifidir. Cavabdeh internet resurslarında sürücülük imtahanlarına hazırlıq məşğələləri təşkil edir. İddiaçı öz tələbində qeyd edir ki, cavabdeh sürücülük təlimi ilə bağlı ona məxsus olan kitablardan onun razılığı olmadan istifadə edir və onun müəlliflik hüquqlarını pozur. Cavabdehə daha əvvəl xəbərdarlıq edib, onun müəlliflik hüquqlarının pozuntusuna son qoymasını və onunla müqavilə bağlayıb əməkdaşlıq etməsini bildirsə də, cavabdeh son nəticədə onun tələblərinə məhəl qoymamışdır. Ona görə də, hesab edir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və ona kompensasiya ödənilməlidir. Cavabdeh iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, düzdür o özünün online məşğələlərində iddiaçının müəllifi olduğu kitablardan istifadə etmişdir, lakin bunu qanunsuz hesab etmir. Ona görə ki, həmin kitablar açıq satışdadır və hər kəs onlardan yararlana bilər. Hətta o, ara-sıra tələbələrinə də həmin kitabları almalarını məsləhət görmüşdür. İddiaçıya madi ziyan vurulması da işin halları ilə sübut olunmur, bu yalnız formal mülahizələrdir. Hesab edir ki, onun tərəfindən iddiaçıya aid kitabların istifadəsi müəlliflik hüquqlarının pozuntusu sayılmır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitutsiyası
Maddə 30. Əqli Mülkiyyət hüququ
İ. Hər kəsin əqli mülkiyyət hüququ vardır. İİ. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.
14. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
2.1. Bu Qanunla müəyyən edilən tədbirlər əqli mülkiyyətə hüquq sahiblərinin hüquqlarının təminatına və mənafelərinin qorunmasına yönəldilir və əqli mülkiyyət hüquqlarının pozulduğu hallarda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq edilir. Maddə 6. Zərərin əvəzinin ödənilməsi
6.1. Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. 6.2. Zərər müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 6.2.1. hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; 6.2.2. hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər; 6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda).
15. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu
M a d d ə 5 . Müəlliflik hüququnun obyekti
1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.
M a d d ə 6 . Müəlliflik hüququnun obyekti olan əsərlər
1. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır: ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) M a d d ə 8 . Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası
1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
2. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il. M a d d ə 1 5 . Əmlak (iqtisadi) hüquqları
1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
M a d d ə 1 7 . Əsərlərdən və fonoqramlardan şəxsi məqsədlər üçün istifadə
1. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən, bu maddənin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir.
Maddə 1 9 . Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: 2) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə;
M a d d ə 4 4 . Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların pirat nüsxələri
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Maddə 45. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları)
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.
3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.
5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
Məhkəmənin mövqeyi
17. İstinad edilmiş maddi hüquq normalarının tələblərindən aydın olur ki, əqli mülkiyyət hüquqları əqli fəaliyyətin qorunması məqsədi ilə əqli mülkiyyətin müəlliflərinə və hüquq sahiblərinə verilən hüquqlardır. Əqli mülkiyyətin müdafiəsi konstitusiyaya əsaslanmaqla, müxtəlif sahəvi qanunvericilik normalarında əksini tapmışdır. Digər mülkiyyət növləri kimi, əqli mülkiyyət də, alqı-satqı edilə, icarəyə verilə, dəyişdirilə, yaxud əvəzsiz verilə bilər. Əqli əməyin nəticələri əsər, ixtira və digər yaradıcılıq məhsulu formasında maddiləşdiyindən üçüncü şəxslər tərəfindən istifadə oluna bilir. Əqli mülkiyyət hüququnun obyektlərinin qanunsuz istifadəsi onlardan müəlliflərin razılığı olmadan, gəlir götürmək məqsədi ilə istifadə və.s formalarda ola bilər. Maddi hüquq normalarından görünür ki, əqli mülkiyyət hüquqlarının pozulması müəlliflik və ya əlaqəli hüquqları pozmada, məlumat toplularından qeyri-qanuni istifadədə, ixtiraçılıq və patent hüquqlarını pozmada ifadə olunur. Əqli mülkiyyət hüquqları müəlliflik hüququnun, patentin və ya əmtəə nişanının sahibinə öz işindən faydalanmağa şərait yaratdığı üçün əqli fəaliyyətin maddiləşmiş obyektləri növündən asılı olaraq müəyyən dəyərə malikdir. İstinad edilən maddi hüquq normalarından belə nəticəyə gəlinir ki, intellektual mülkiyyət hüquqlarının pozulması iki istiqamətdə ola bilər. Birincisi özgəsinə məxsus olan intellektual əməyin nəticələrinə müəllifliyin tam, yaxud qismən mənimsənilməsi, yəni - plagiat, ikincisi, intellektual nəticənin müəllifinin (hüquq sahibinin) icazəsi, yaxud razılığı olmadan istifadəsi, yəni kontrafaksiya. Hazırkı işdə iddiaçı bildirir ki, cavabdeh onun müəllifi olduğu tədris kitablarından onun razılığı olmadan istifadə etmişdir və bu hal uzun müddətdir ki, davam edir. İşin hallarından və tərəflərin izahatlarından belə müəyyən edilir ki, cavabdeh bu halı qəbul edir, lakin iddiaçının müəllifi olduğu tədris materiallarından istifadəni qanunsuz hesab etmir. Cavabdeh etirazını onunla əsaslandırır ki, o, iddiaçının müəllifliyini danmır, hətta online platformalarda tədris zamanı ara-sıra iddiaçının kitablarından istifadə etməyi tələbələrinə də məsləhət görmüşdür. İddiaçının müəllifi olduğu kitablar açıq satışdadır və o da bu kitablardan istifadə etməklə tədrislə məşğul olmuşdur. Məhkəmə cavabdehin etirazı ilə razılaşmır. Ona görə ki, cavabdeh iddiaçının müəllifi olduğu dərs vəsaitlərindən gəlir götürmək məqsədi ilə istifadə etmiş və bununla belə iddiaçının ona müraciətinə baxmayaraq onunla müvafiq müqavilə imzalamaqdan imtina etmişdir. Halbuki, müəllif hüquqlarını müdafiə edən qanunvericilik normaları əqli mülkiyyət obyektlərindən gəlir əldə etmək məqsədi ilə istifadə zamanı müəllifin razılığının alınması və ya müəllif və ya hüquq sahibi ilə müvafiq müqavilənin bağlanmasını nəzərdə tutur. Qanunvericilik istisna olaraq müəllifin razılığı olmadan əqli mülkiyyət obyektlərindən istifadə hallarını göstərmişdir, bunlara fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün istifadə və qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə istifadə etmək. (Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi və 19-cu maddəsinin 2-ci hissəsi) Hazırkı işdə isə bu istisna hallar yoxdur. Cavabdeh həmin materiallardan şəxsi məqsəd üçün yox, gəlir əldə etmək üçün istifadə etmiş, eləcə də onun iddiaçının müəllifi olduğu kitablardan istifadəsinin həcmi qısa parçalar şəklində deyil, tam şəkildə olmuşdur. Bütün bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqları pozulmuşdur. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Cavabdehə qeyri-qanuni hərəkətlərin davam etdirilməsinin qadağan edilməsi və iddiaçının müəllifi olduğu materialların məmbələrdən silinməsi, eləcə də, vurulmuş ziyana görə cavabdehdən kompensasiyanın tutulması. İstinad edilmiş maddi hüquq normalarına nəzər saldıqda müəyyən olunur ki, qanunvericilik müəlliflik hüquqlarının mülki-hüquqi müdafiəsinin ümumi, yəni hüquqların tanınması, hüquqların pozulmasına qədər olan vəziyyətin bərpa edilməsi, hüquqları pozan və yaxud pozmaq təhlükəsi yaradan hərəkətin kəsilməsi və Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanununun 45-ci maddəsində nəzərdə tutulmuş maddi xarakterli müdafiə vasitələrini müəyyən etmişdir. Hazırkı işdə məhkəmə tələbin birinci hissəsini əsaslı hesab edir. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehin iddiaçının müəlliflik hüquqlarını pozması halı müəyyən edilmişdir. Ona görə də, bu hüquq pozuntusuna son qoymaq üçün cavabdeh tərəfindən iddiaçının müəllifi olduğu kitablardan qeyri-qanuni istifadə (kontrafaksiya) qadağan edilməli, eyni zamanda, cavabdehin iddiaçıya məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materiallar cavabdehə məxsus olan sosial şəbəkələrdən, internet səhifələrindən, mənbələrdən (resurslardan) silinməlidir. Tələbin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hissədə tələb qismən əsaslıdır. Belə ki, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanununun 45-ci maddəsi əmlak xarakterli tələblərə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. Normaların tələblərindən görünür ki, göstərilən tədbirlər yalnız ayrı-ayrılıqda tətbiq edilə bilər, bu və ya digər tədbirin seçilməsi isə müəllifin hüququdur. Hazırkı işdə iddiaçı ona kompensasiya verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı maddi xarakterli müdafiə vasitəsi kimi kompensasiya tələbi irəli sürməkdə haqlıdır. Tutulmalı olan kompensasiya məbləğinə gəldikdə isə, iddiaçı cavabdehdən 40.000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş edir və xahişini onunla əsaslandırır ki, cavabdeh 10 ildir ki, onun kitablarından qanunsuz istifadə edir və gəlir əldə edir. Cavabdehin izahatlarından məlum olmuşdur ki, onun dərs qruplarında 10-15 arası tələbə olmuş və hər tələbədən də 100 manat ödəniş almışdır. Hətta cavabdehin istintaqda verdiyi ifadəyə inanılsa və onun iki il ərzində bu fəaliyyətlə məşğul olduğu əsas götürülsə onun vurduğu ziyanın məbləği 36000 manat edir. Bundan əlavə cavabdehin qanunsuz fəaliyəti nəticəsində onun kitab satışları da əhəmiyyətli dərəcədə azalmışdır ki, bütün bunları toplayanda tələb edilən məbləğ ədalətlidir. Məhkəmə tələbin bu hissəsində iddiaçının dəlilləri ilə qismən razılaşır və işin hallarını, pozuntununun davam etmə müddətini və xarakterini nəzərə alaraq, hesab edir ki, 10.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi ədalətli və əsaslı olar. Məhkəmə kompensasiya məbləği ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırır ki, cavabdehin 10 ilə yaxın müddətdə bu fəaliyyətlə məşğul olmağı, onun təvəllüdü nəzərə alınsa inandırıcı deyil. Cavabdeh istintaq orqanında verdiyi ifadədə iki ilə yaxındır ki, iddiaçının müəllifi olduğu kitablardan istifadə etməklə tədris apardığını bildirmişdir. Nə qədər ki, başqa sübutlar yoxdur, məhkəmə cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tədrislə məşğul olma müddətinin iki il civarında olduğunu qəbul edir. Cavabdehin istintaq orqanında ifadəsindən o da müəyyən edilir ki, onun qruplarında tələbələrin sayı dəyişkən olmuş, ara-sıra azalıb çoxalmışdır. Eyni zamanda, cavabdehin fəaliyyətinin iddiaçıya məxsus kitabların satışına birbaşa mənfi təsirinə dair tutarlı sübutlar da yoxdur. Bütün bu halları qiymətləndirməklə, məhkəmə qət edilən kompensasiya məbləğini ədalətli və ağılabatan hesab edir.
18. Məhkəmə iddia tələbinin “vəkil xidmətlərinə görə ödənilmiş 300 (üç yüz) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı vəkilə hüquqi xidmət göstərməsi ilə əlaqədar qeyd olunan pul vəsaitinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 320 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Talıbov Əzı̇ z Maşalla oğlunun müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallardan, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrindən qeyri-qanuni istifadə edilməsi cavabdeh İsmayılov Cavı̇ d Cəlal oğluna qadağan edilməli, Cavabdeh iddiaçı Talıbov Əzı̇ z Maşalla oğluna məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materiallar Cavabdeh məxsus olan sosial şəbəkələrdən, internet səhifələrindən, mənbələrdən (resurslardan) silinməli, Cavabdeh iddiaçı Talıbov Əzı̇ z Maşalla oğlunun müəllifi olduğu əsərlərdən qeyri-qanuni istifadə edərək dərs tədris etməklə iddiaçıya vurduğu ziyana görə 10 000 (on min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 320 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. İddiaçı Talıbov Əzı̇ z Maşalla oğlunun müəllifi olduğu kitablardan, yol hərəkəti qaydalarına və sürücülük hazırlığına aid fənlər üzrə müxtəlif mövzular əsasında hazırladığı video materiallardan, habelə www.talibov.az və www.dda.az veb-sayt səhifələrindən qeyriqanuni istifadə edilməsi cavabdeh İsmayılov Cavı̇ d Cəlal oğluna qadağan edilsin. Cavabdeh iddiaçı Talıbov Əzı̇ z Maşalla oğluna məxsus əsərlərdən qeyri-qanuni istifadə edərək hazırladığı və istifadə etdiyi materiallar Cavabdeh məxsus olan sosial şəbəkələrdən, internet səhifələrindən, mənbələrdən (resurslardan) silinsin. Cavabdeh iddiaçı Talıbov Əzı̇ z Maşalla oğlunun müəllifi olduğu əsərlərdən qeyriqanuni istifadə edərək dərs tədris etməklə iddiaçıya vurduğu ziyana görə 10 000 (on min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 320 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.