Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1961/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E220” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 218 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 238,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Mercedes Benz 190” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün və Cavabdeh2 etibarnamə olmadan nəqliyyat vasitəsini Cavabdeh2 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması ilə bağlı xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə 318 manat ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli, 055324 saylı sığorta aktına və 9861 saylı, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti 318 manat sığorta ödənişi həyata keçirmişdir. Cavadbehlər ilə borcun qaytarılması ilə bağlı razılıq olmuş və ümumilikdə 100 manat məbləğində ödəniş olunmuşdur. Lakin daha sonra heç bir ödəniş olunmamış və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq cavabdehlər borcun ödənilməsindən boyun qaçırırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AC seriyalı 326580 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 190” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. AC seriyalı 947458 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 qeyd olunan nəqliyyat vasitəsini istifadə etməsi üçün X4 2 il 8 ay 11 gün müddətinədək etibarnamə vermişdir. Suraxanı DYPŞ-nin TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 AR İXM-nin 332.1 və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Mercedes Benz 190” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Mercedes Benz E220” markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 318 manat həcmində olması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 055324 №-li sığorta aktından görünür ki, “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 55000 manat məbləğində sığorta edilmişdir. Həmin akta əsasən sığortalanmış avtomobil “Mercedes Benz 190” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 318 manat, sığorta ödənişi isə 0 manat azadolma məbləği çıxmaqla 318 manat təşkil edir. xx.xx.2018-ci il tarixli 9861 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz E220” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 vurulmuş zərərin əvəzi olaraq 318 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 7 gün müddətində zərər məbləğinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi haqqında xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. xx.xx.2018-ci il tarixli 9861 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz E220” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 vurulmuş zərərin əvəzi olaraq 318 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavadbehlər ilə borcun qaytarılması ilə bağlı razılıq olmuş və ümumilikdə 100 manat məbləğində ödəniş olunaraq, 218 manat məbləğində borc qalmışdır. Lakin daha sonra heç bir ödəniş olunmamış və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq cavabdehlər borcun ödənilməsindən boyun qaçırırlar. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Mercedes Benz 190” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz E240” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərə görə ümumilikdə 218 (iki yüz on səkkiz) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 (iyirmi manat qırx qəpik) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1961/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1961/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver