Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2001/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 4500 manat, vurulmuş mənəvi ziyana görə 1500 manat pul məbləği, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi və cavabdehin gələcəkdə mənzilindən mənzilinə su axıdılmasının qarşısının alınması üçün kanalizasiya borularını təmir etməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Y. Günəşli qəsəbəsi, AB Y/S. 4 saylı evin 2 saylı mənzili 17 iyul 1987-ci il tarixdə verilmiş 262869 nömrəli order əsasında həyat yoldaşı X6 verilmişdir. Həyat yoldaşının vəyatından sonra mənzildə o və oğlu yaşamaqda davam edir. Uzun müddətdir ki, cavabdehin yaşadığı mənzildən ona məxsus mənzilə çirkab sular axır. O, dəfələrlə cavabdehə və aidiyyatı orqanlara bu barədə müraciət etsə də, müsbət nəticəsi olmamışdır. Bu gün də cavabdehin mənzilindən mənzilinə çirkab sular axır, hamam, tualet, dəhliz, kladovka və yaşayış otağına qədər gəlib çıxır. Bu günə qədər bir neçə dəfə cavabdehə müraciət edərək mənzilin kanalizasiya sistemini yenidən qurmasını, mənzilinə çirkab suların axıntısının qarşısını almasını tələb etsə də hörmətsizlik göstətərək, vurduğu ziyanı aradan qaldırmaq əvəzinə onu bir neçə dəfə təhqir edərək, hədələmişdir. Bütün bunların nəticəsi olaraq o, maddi və mənəvi ziyan çəkmişdir. Belə ki, mənzilinin yuxarıda adını qeyd etdiyi hissələrinə çirkab suların axıdılması zamanı 4500 manat maddi ziyan dəymişdir. Eyni zamanda çirkab suların axıdılmasının qarşısının alınması üçün cavabdehə müraciət edərək su axıntısının qarşısının alınmasını tələb edərkən cavabdeh onu təhqir edərək hədələməsi nəticəsində onun səhhətində pisləşmə halı baş vermiş, güclü stres keçirərək xəstələnmişdir. Hal-hazırda müalicə alır və mənəvi ziyanın əvəzini 1500 manat qiymətləndirir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbi ilə razı olmadığın bildirərək, ekspertin suyun məhz cavabdehin mənzilindən iddiaçının mənzilinə axmasını rəyində dəqiq göstərmədiyini, iş üzrə ekspertiza rəyinin natamam olduğunu, bundan əlavə cavabdehin dəfələrlə iddiaçıya mənzilini təmir etməyi təklif etdiyini, lakin iddiaçının bundan imtina etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: -V-ЖГ 261004 saylı “nikah haqqında” şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı 07.01.1989-cu il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. - 08.02.1996-cı il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 13.12.1995-ci il tarixdə vəfat etmişdir. - 30.08.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı və 13.04.1989-cu il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - 22.02.2022-ci il tarixli, **********26 nömrəli 1 saylı Bakı Ərazi Dairəsinin məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 4, 5 nömrəli mənzilin Cavabdeh mülkiyyətində olduğu qeyd edilmişdir. - 07.01.2022-ci il tarixli, 10/5609 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB y/s, 4 saylı mənzilin tavanında, divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 01.09.2021-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 4 saylı evin 2 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən olunur və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 4 saylı evin 2 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1372.0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılmasına əsas görmür. Bu xüsusda cavabdeh tərəfin rəylə bağlı bildirdiyi etirazı əsaslı hesab etmir. Çünki, rəyin nəticəsi kifayət qədər aydın formada yazılmış və məhkəmənin cavab almaq istədiyi suallara ətraflı izah verilmişdir. İddiaçı tərəfindən işə, onun mənzilinə suyun axıdılmasının nəticələrini əks etdirdiyi bildirilən fotoşəkillər və müxtəlif idarələrə şikayətlər etdiyini göstərən sənədlər əlavə edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, İddiaçı X8 ilə rəsmi qaydada nikaha daxil olmuş və sonuncuya order əsasında məxsus olan ünvan 1 ünvanında yaşamışlar. X5 13.12.1995-ci il tarixdə vəfat etməsindən sonra İddiaçı oğlu ilə birlikdə qeyd olunan mənzildə yaşayır. İddiaçı yaşadığı mənzilin üst mərtəbəsindəki qonşuluqda yaşayan cavabdehin mənzilindən onun mənzilinə çirkab suların axıdıldığını iddia edir və bunun sübutu kimi fotoşəkilləri və müxtəlif idarələrə yazdığı şikayətlərini təqdim edir. Cavabdeh tərəf bu halı inkar edir, suyun məhz ona məxsus mənzildən axıdılmasının sübutunun olmadığını bildirir, ama eyni zamanda iddiaçıya mənzilinin təmir edilməsini əvvəllər təklif etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Çünki, işin halları ilə sübut olunur ki, iddiaçının yaşadığı mənzilə cavabdehin yaşadığı mənzildən çirkab su sızıntısı baş verir və bu hal mütəmadidir. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, su sızıntısının baş verməsi cavabdehin təqsirli hərəkətinin (hərəkətsizliyinin) nəticəsidir. Yəni, cavabdeh bu sızıntının mənbəyini təmir etməli olduğu halda, bunu etməmişdir. Vurulan ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində bu məbləğin 4500 manat olduğu göstərilsə də, iş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsi olaraq vurulmuş ziyan 1352 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissədində qismən, 1352 manat həddində əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 1500 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə isə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, lakin mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.» Məhkəmə onu da qeyd edir ki, iddia tələbi cavabdehin gələcəkdə öz mənzilindən iddiaçının mənzilinə su axıdılmasının qarşısının alınması üçün kanalizasiya borularını təmir etməsi vəzifəsinin onun üzərinə qoyulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh, onun mənzilindən çirkab su sızıntısının iddiaçının mənzilinə axmasına rəğmən bu hala hərəkətsiz qaldığına görə onun üzərinə kanalizasiya borularını təmir etməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İsmayılov Vaqı̇ f Nəsrəddı̇ n oğlundan iddiaçı Abbasova Həqı̇ qət Rüstəm qızının xeyrinə vurulmuş maddi ziyana görə 1372 manat məbləğində pul tutulsun. Cavabdeh İsmayılov Vaqı̇ f Nəsrəddı̇ n oğlunun üzərinə gələcəkdə iddiaçı Abbasova Həqı̇ qət Rüstəm qızının mənzilinə su axıdılmasının qarşısının alınması üçün yaşadığı ünvan 2 ünvanında kanalizasiya borularını təmir etmək vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul cavabdeh İsmayılov Vaqı̇ f Nəsrəddı̇ n oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2001/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2001/2022
16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver