Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2004/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri,Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin Cavabdeh məxsus 19 saylı mənzilindən, eyni evin İddiaçı mülkiyyətindəki 17 saylı mənzilə suyun axıdılması nəticəsində dəhlizin, sanitar qovşağının və mətbəxin tavanında açılmış izlərin əsaslı təmiri, tamamilə korlanmış mətbəx divar kağızının yenisi ilə əvəz olunması, mətbəx mebelinin yararlı hala salınması məqsədi ilə tələb olunan tikinti materiallarının alınmasına və mənzildə təmir işinin görülməsinə görə ustalara ödənilməli zəhmət haqqının cəmi məbləği olmaqla 3.000 ( üç min ) manat pulun, habelə məhkəmə xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumunun cəmi olaraq 3050 manat pul məbləğinin İddiaçı ödəmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. ünvan 1 saylı evin 17 saylı mənzili xüsusi mülkiyyətindədir. Onunla birlikdə ailə üzvləri də həmin mənzildə yaşayır. Mənzilinin üstündəki 19 saylı mənzil Cavabdeh Mirqüvət oğluna məxsusdur və onunla qonşu olmaqla xeyli müddətdir ki orada yaşayır. Həmin qonşunun sudan istifadəni nəzarətsiz saxlaması yaxud da su borusunun nasazlığı səbəbindən axan su şırnağı, mənzilinizin dəhlizinin, sanitar qovşağının və mətbəxinin tavanında əsaslı təmir olunmalı izlər açmış, mətbəxin divarına çəkilmiş divar kağızını bütünlüklə qoparmış və mətbəx mebellərini tamamilə yararsız vəziyyətə salmışdır. Mənzilindən axan suyun vurduğu zərər barədə cavabdehə dəfələrlə etiraz edib, suyun axıntısının qarşısının alınmasını tələb etməyinə baxmayaraq, hazırdada suyun axıntısının qarşısı alınmır. Bununlada cavabdehə mülkiyyətindəki mənzilinə əhəmiyyətli dərəcədə zərər vurur və yaşayış sahəsindən istifadə hüquqlarını pozur. Zəruri olaraq qeyd edir ki, cavabdehə məxsus mənzildən növbəti dəfə su axıdıldıqdan sonra etdiyi şikayət əsasında, Suraxanı rayonu MKTB-nin 105 saylı MKİS-nin rəisi Faiq Qasımovun, həmin MKİS-nin məsul işçiləri və qonşularının iştirakı ilə mənzilinə baxış keçirilib, yaşayış sahəsinə vurulmuş zərər müəyyən edilərək bu barədə 13 mart 2023-cü il tarixli AKT tərtib edilib imzalanmışdır. Yararsız vəziyyətə düşmüş mənzili və mətbəx mebelini təmir etmək üçün dəvət etdiyi ustalar tikinti materiallarına və təmirin zəhmət haqqısı olaraq 3.000 manat xərcin tələb olunduğunu bildirmişlər.
Tərəflərin izahatları
3.Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Məsələnin barışıq yolu ilə həll olunmasını istəyir. Belə ki, doğurdur ki, onun mənzilindən İddiaçı mənzilinə su axmışdır. Lakin bu qeyri-ixtiyari baş vermiş haldır. Nə o, nə də ailə üzvləri bunu qəsdən etmişdir. Övladı xəstədir və iddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı yol vermir. Lakin iddiaçı da əgər razı olarsa o, onun mənzilini özü təmir etdirmək, məsələni barışıq yolu ilə həll etmək istəyir.
İş materialları
5. AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 130823 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri,Yeni Günəşli qəsəbəsindəki 5 saylı evin 17 nömrəli mənzili xx.xx.1997-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
6. xx.xx.2023-cü il tarixli, 220 nömrəli arayışdan görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 19 nömrəli mənzilində yaşıyır.
7. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktı tərtib edən iştirakçılar tərəfindən İddiaçı Samir Cəfərov küçəsi ev 5 mənzil 19-dan onun mənzilinə su axıdılması barədə şikayəti əsasında onun mənzilinə baxış keçirilmiş və baxış zamanı hamam və ayaq yolunun dəhlizinin tavanında su axıntısının izlərinin olması, bununla yanaşı mətbəxə baxış zamanı mətbəxin tavanında su axması izləri, mətbəxin divarında isə divar kağızının su axması nəticəsində divardan qopması müəyyən edilmişdir. Şikyətçi tərəfindən qonşuya bu barədə xəbərdarlıq edilsə də, heç bir tədbirinin görülmədiyi qeyd edilmişdir.
8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3913 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 19 saylı mənzilin şaxtasına baxış zamanı məzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində aralanmalar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, iddiaçıya məxsus mənzildə yaranan qüsurları, mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aktını, həmçinin tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehə məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 17 saylı mənzilə həmin üvanda yerləşən 19 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 17 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1362 manat məbləğində müəyyən olunduğu qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
İşin faktiki halları
9. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı hazırki tələbdə onun mülkiyyətində olan mənzilə cavabdehin yaşadığı mənzildən su sızması nəticəsində maddi zərər dəydiyini bildirir və dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh tərəfin isə iddia tələbinə etirazı ondan ibarətdir ki, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması qəsdən olmamışdır, eyni zamanda iddia tələbində tələb olunan dəymiş zərər məbləği çoxdur. Özü həmin mənzilə dəymiş zərəri təmir etdirməyə və məsələnin barışıq yolu ilə həll edilməsinə razıdır. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
12. Belə ki, məhkəmə iddia tələbinə münasibət bildirməzdən öncə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasını araşdırmağı zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 saylı evin 17 saylı mənzili İddiaçı müliyyətindədir və iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşıyır. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Tərəflərin izahatı və iş materialları ilə o da müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 saylı evin 17 saylı mənzilinə Cavabdeh yaşadığı ünvan 1 saylı evin 19 saylı mənzilindən su axıdılması nəticəsində maddi zərər vurulmuşdur. Qeyd olunan hal məhkəməyə təqdim edilmiş ekspert rəyində qeyd olunmaqla yanaşı, cavabdehin özü də su sızma halının olduğunu bildirir. Deməli, iddiaçı cavabdehdən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri baxımından ziyan məbləğini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehin yaşadığı mənzildən onun mənzilinə su axıdılması nəticəsində dəymiş ziyanın bərpa edilməsi üçün 3000 manat pul vəsaiti tələb etsə də, lakin iş materiallarında olan eksper rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 17 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1362 manat məbləğində müəyyən olunduğu qeyd edilmişdir. Məhkəmə eksper rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Mı̇ rqüvvət oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 19 nömrəli mənzilindən İddiaçı̇ Yusı̇ f oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 17 nömrəli mənzilinə suyun axıdılması nəticəsində dəymiş zərərə görə 1362 manat pul vəsaiti Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq İddiaçı̇ Yusı̇ f oğluna ödənilməlidir. Məhkəmə xərcləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq İddiaçı̇ Yusı̇ f oğluna ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Mı̇ rqüvvət oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 19 nömrəli mənzilindən İddiaçı̇ Yusı̇ f oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 17 nömrəli mənzilinə suyun axıdılması nəticəsində dəymiş zərərə görə 1362 manat pul vəsaiti Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq İddiaçı̇ Yusı̇ f oğluna ödənilməli və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq İddiaçı̇ Yusı̇ f oğluna ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin hesabına ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mı̇ rqüvvət oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 19 nömrəli mənzilindən İddiaçı̇ Yusı̇ f oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 5 saylı evin 17 nömrəli mənzilinə suyun axıdılması nəticəsində dəymiş zərərə görə 1362 manat pul vəsaiti Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq İddiaçı̇ Yusı̇ f oğluna ödənilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh Mı̇ rqüvvət oğlundan tutularaq İddiaçı̇ Yusı̇ f oğluna ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.