Məhkəmə qərarları › İş №2(010)-2013/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2013/2022

29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2013/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı İqoryena, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yəqarşı pul və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh X2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 42000 manat puldan fərdi yaşayış evinin yarımçıq qalmış tikintisi və təmirinə çəkilmiş 20310 manat məbləğində pul çıxıldıqdan sonra qalmış 21690 mnaat məbləğində pulun, təmir işinin yarımçıq qaldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (120 gün) müqavilə üzrə ödənilmiş ümumi məbləğin, yəni 42000 manat məbləğində pulun gündəlik 0.1 faizinin (120 gün*42 manat), yəni 5040 manatməbləğində pulun, eyni zamanda vurulmuş mənəvi ziyan olaraq 5000 manat məbləğində pulun, ümumilikdə 31730 manat məbləğində pul vəsaitinin və ödədiyi 200 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 42000 manat puldan fərdi yaşayış evinin yarımçıq qalmış tikintisi və təmirinə çəkilmiş 20310 manat məbləğində pul çıxıldıqdan sonra qalmış 21690 mnaat məbləğində pulun, təmir işinin yarımçıq qaldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (120 gün) müqavilə üzrə ödənilmiş ümumi məbləğin, yəni 42000 manat məbləğində pulun gündəlik 0.1 faizinin (120 gün*42 manat), yəni 5040 manatməbləğində pulun, eyni zamanda vurulmuş mənəvi ziyan olaraq 5000 manat məbləğində pulun, ümumilikdə 31730 manat məbləğində pul vəsaitinin və ödədiyi 200 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında əsl olmayan cavabdeh X4 əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. İddia tələbinin dəlilləri İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehlə aralarında Podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən, cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-tikinti xidmətlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Təmir işinin həyata keçirilməsi üçün cavabdehə 42000 manat məbləğində pul ödənişi edilmişdir. Hətta, özü əlavə ödəniş edərək təmir üçün zəruri avadanlıqlar almışdır. Müqavilədə təmir və tikinti işlərinin müddətinin 3 ay olması göstərilmişdir. Müqavilə üzrə işə 2021-ci ilin avqust ayında başlanılsa da, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə tam əməl etməmiş, görülən işlər yarımçıq qalmış ve tam keyfiyyətsiz görülmüşdür. Evin tikinti-təmir işlərinə cavabdeh cəmi 20310 (iyirmi min üç yüz on) manat məbləğində pul xərcləmişdir. Halbuki, o, cavabdehə evin təmiri və tikintisi üçün 42000 (qırx iki min) manat pul ödəmişdir. Lakin, caabdeh ona ödənilən pulun bir hissəsini mənimsəmiş və yarı hissəsini evin təmirinə xərcləmişdir. Beləliklə, cavabdeh ödənilmiş 42000 manat puldan (42000 manat - 20310 manat) 21690 (iyirmi bir min altı yüz doxsan) manat pulu ona geri qaytarmalıdır. Həmçinin cavabdeh tərəfindən görülən iş 16 noyabr 2021-ci il tarixdən yarımçıq saxlanılmışdır və Podrat Müqaviləsinin 5.3-cü bəndinə əsasən, tikintinin səbəbsiz gecikdirilməsinin hər bir günü üçün müqavilə üzrə ümumi məbləğin 0.1 faizinin həcminə dəbbə pulu cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, təmir işinin yarımçıq qaldığı 16 noyabr 2021-ci il tarixdən 16 mart 2022-ci il tarixədək (120 gün) müqavilə üzrə ödənilmiş ümumi məbləğin, yəni 42000 manat məbləğində pulun gündəlik 0.1 faizinin (120 gün * 42 manat) yəni 5040 manat məbləğində pulu da cavabdeh ona ödəməlidir. Həmçinin cavabdeh ona mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən aldandığına və evsiz qaldığına görə bütün bu müddət ərzində mənəvi iztirab keçirtmiş və özünə qapanmış və sağlamlığına ciddi ziyan dəymişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. - xx.xx.2021-ci il tarixli Podrat Müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC aralarında razılaşma əldə olunmuşdur. - Həmin Razılaşmaya əsasən sifarişçi İddiaçı 45000 manat məbləğində pulun podratçı "xxxx" MMC ödənilməsini, Podratçı isə həmin pulun ödənilməsi qarşılığında 3 ay müddətində ünvan 2 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evində tikinti işlərinin aparılmasını öhdələrinə götürmüşlər. - xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Podrat Müqaviləsinə görə cavabdehin hesabına müvafiq olaraq 20000 manat, 15000 manat və 7000 min manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Bakı şəhəri 25 saylı notariat ofisinin notariusu Fuad Səfərov tərəfindən "xxxx" ASC-nin Buzovna filialına ünvanlanmış məktublardan görünür ki, müvafiq olaraq İddiaçı tərəfindən podrat müqaviləsi üzrə X2 verilməsi üçün X3 hesabına müvafiq olaraq 20000 manat, 15000 manat və 7000 manat məbləğində ödənişlərin qəbul edilməsi xahiş edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-06/22 saylı mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi və həyətyanı sahəsində aparılan tikinti-təmir işlərinin (material və usta xərci daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq qiymətləndirilməklə dəyəri təqribən məbləği 20310.6 manat təşkil etmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü vəya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlardan müəyyən edilir ki, tərəflər arasında azad surətdə müqavilələr bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə Podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu sifarişçiyə dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Buisə ona dəlalət edir ki, cavabdeh aldığı pul müqabilində müəyyən işlər görülməsini bildirsə də, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə onun tərəfindən öhdəliyin icra edildiyinə dəlalət etmir. Çünki, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi ünvan 3 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evində “tikinti işlərinin aparılması ” işlərini görüb sifarişçiya təhvil verilməsindən ibarət olmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləriöhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 21690 (iyirmi bir min altı yüz doxsan) manat cavabdehdən alınaraq iddiaçıya qaytarmalıdır. Eyni ilə, dəbbə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 1000 (bir min) manat məbləğinə qədər azaldılmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iddiaçını və nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdeh “Kardinal İnşaat MMC”dən iddiaçının xeyrinə 21690 (iyirmi bir min altı yüz doxsan) manat və öhdəliyin icra edilməməsinəgörə 1000 (min) manat məbləğində cərimə olmaqla cəmi 22690 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi təmin olunmalı, qalan hissədə iddia tələbi rədd olunmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 200 manat məbləğində pul vəsaiti də cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 21690 (iyirmi bir min altı yüz doxsan) manat və öhdəliyin icra edilməməsinə görə 1000 (bir min) manat cərimə pulu, eləcə də 200 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar