Məhkəmə qərarları › İş №2(010)-2022/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2022/2021

04.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2022/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X7 Qasımovun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Qulı̇ yeva Pərvanə Bahadir qızının cavabdehlər Əlı̇ yeva Lətafət Müstəcəb qızına və Cavabdeh2nə qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yeva Pərvanə Bahadir qızı cavabdehlər Əlı̇ yeva Lətafət Müstəcəb qızına və Cavabdeh2nə qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Cavabdeh2ndə 24.11.2020-ci il tarixində ölmüş atası X1 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsinin etibarsız hesab edilərək atasından irs qalmış mirasın - Xəzər rayonu, Xaşaxuna bağları ərazisində yerləşən 0, 06 ha torpaq sahəsinin ½ hissəsində onun, ½ hissəsində Cavabdeh1 Müştəcəb qızının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atası X4 08.11.2020-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən onun adına Xəzər rayonu, Xaşaxuna bağları ərazisində torpaq sahəsi olmuşdur. Əslində isə həmin torpaq sahəsini atasından satın almasına baxmayaraq sonuncu həmin torpaq sahəsini adına rəsmiləşdirmədən vəfat etmişdir. Bundan sonra isə anası Cavabdeh1 şirin dilinə salaraq onu 4 saylı ASAN Xidmətdə fəaliyyət gösətərən Notariat Kontoruna gətirərək atasından irs qalmış mirasın ona çatası hissəsindən imtina etməyini inandıraraq ərizə imzalatmış, həmin ərizənin hüquqi nəticələri belə izah edilməmişdir. O isə anasının qeyd edilən torpaq sahəsini onun adına rəsmiləşdirəcəyinə inanaraq verilən ərizəni imzalamışdır. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Cavabdeh2ndə 24.11.2020-ci il tarixində ölmüş atası X1 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsinin etibarsız hesab edilərək atasından irs qalmış mirasın - Xəzər rayonu, Xaşaxuna bağları ərazisində yerləşən 0, 06 ha torpaq sahəsinin torpaq sahəsinin ½ hissəsində onun, ½ hissəsində Cavabdeh1 Müştəcəb qızının payının müəyyən edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əlı̇ yeva Lətafət Müstəcəb qızının nümayəndəsi qismində izahat vermiş onun vəkili X5 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, İddiaçı cavabdeh Əlı̇ yeva Lətafət Müstəcəb qızı tərəfindən 6000 manat ödəniş edildikdən sonra İddiaçı bunun qarşılığında 4 saylı ASAN Xidmətdə fəaliyyət gösətərən Notariat Kontoruna gedərək atasından irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Belə olan halda iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə proses iştirakçılkarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq aşağıdakılara görə hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işin materiallarına əlavə olunmuş Cavabdeh2 24.11.2020-ci il tarixli 8i21791 reyestr imtina ərizəsindən görünür ki, İddiaçı atası X1 irs qalmış yaşayış (ev,mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. Cavabdeh2 tərəfindən 07 dekabr 2020-ci il tarixli 1568№-li məktubundan görünür ki, iddiaçının vərəsə mirasını qəbul etməkdən imtina etdiyi barədə ərizəsi geri götürməsindən imtina cavabı almışdır. Beləliklə də, işin mübahisəsiz qaydada müəyyən olunmuş hallarından görünür ki, iddiaçı və cavabdeh bacılardır. Onların atası 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş, mərhumun mülkiyyətində Bakı şəhəri Xəzər rayonu, Xaşaxuna bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət bağ evi olmuşdur. İddiaçı öz miras payından imtina etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmetini 08.11.2020-ci il tarixdə vəfat etmiş X2 ölümü ilə açılmış mübahisəli evdəki miras paya vərəsəlik hüququnun tanınmasıdır. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçılar mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edə bilərdilər. Lakin mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin iddiaçılar tərəfindən edildiyi təsdiq edilmir. Bununla bağlı olaraq məhkəmə ilk növbədə nəzərə alır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. İddiaçı isə miras əmlakı həqiqətən qəbul etdiyini sübut edə bilməmişdir. Məhkəmə iddiaçının tələbə ilə bağlı qeyd edir ki, o, notariat kontorunda verdiyi 24.11.2020-ci il tarixli ərizə ilə 08.11.2020-ci il tarixdə vəfat etmiş atasından qalmış miras əmlakdan ona düşən payından imtina etmiş, imtina notariat kontorunda rəsmləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmləşdirilməlidir. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı qızı ərizə verərək vəfat etmiş atasından qalmıs miras payından imtina etmişdir. Hazırda onun iddiası faktiki olaraq həmin imtinanın geri götürülməsi məqsədəi daşıyır. Lakin yuxarıda istinad olunan normanın tələbinə görə mirasın qəbul etməkdən imtina etdiyi barədə ərizəsinin geri götürülməsi yolverilməzdir. Bununla yanaşı həmin iddiaçı miras payından imtina edərkən bacısı tərəfindən aldadıldığını və döyüldüyünü bildirmiş, lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsaslanaraq qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğuna görə rədd edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Qulı̇ yeva Pərvanə Bahadir qızının cavabdehlər Əlı̇ yeva Lətafət Müstəcəb qızına və Cavabdeh2nə qarşı miras payından imtina etməsi barədə ərizənin etibarsız hesab edilməsi və vərəsəlik hüquqlarının tanınması barədə iddiası rədd edilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar