Məhkəmə qərarları › İş №2(010)-2046/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2046/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2046/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyindən” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Suraxanı rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı «icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyindən» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, borclu X1 400000 X2 dirhəmi, hüquqi xidmət göstərilməsinə görə 200 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsinin təmin edilməsi, icra vərəqəsi üzrə borclu barəsində məcburi icra tədbirlərinin keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada aidiyyəti orqanlara sorğular göndərilməsi, aşkar olunduğu halda tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi, əks halda borclunun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi öhdəliyinin icrasının Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı ərizəsinin mahiyyətindən göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3868/2018 nömrəlixx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə X1 pul tutulmuş, həmin qətnamə icra edilməsi üçün icraya yönəldilmişdir. Hazırda İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, məcburi icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3868/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnamənin icra edilməməsi ilə bağlı tələbkar icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən birbaşa yuxarı orqana və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə məlumat üçün bildirir ki, qətnamənin icrası qaydasında məhkəməyə şikayət verilməsi zamanı tərəflər iddiaçı və cavabdeh yox, tələbkar və borclu olur. Çünki ərizə artıq qəbul edilmiş və qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bağlı olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı iddia ərizəsinə iddia icraatı qaydasında baxılması mümkün olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır vəişə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinəəsasənərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyindən” tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3868/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnamənin icra edilməməsi ilə bağlı tələbkar icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən birbaşa yuxarı orqana və ya məhkəməyə şikayət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar