Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2127/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh Ərrahman qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Suraxanı rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” İB-nin Cavabdeh Ərrahman qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. Cavabdeh Ərrahman qızı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış, 2881,17 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun , ümumilikdə 2911,17 manat pulun məcburi qaydada tutularaq“İddiaçı” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, vöen**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Hazırki mülki işin məhkəmə aidiyyati üzrə göndərilməsinə münasibət bildirərək, həmin məsələni məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Ərrahman qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı “İddiaçı” İB iddia ərizəsində Cavabdeh Ərrahman qızının poçt ünvanı kimi ünvan 1 göstərilmişdir. Həmin ünvan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışda da Cavabdeh Ərrahman qızının qeydiyyatda olduğu ünvan kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4.-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edirki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə Bakı şəhər Nərimanov rayon məhkəməsində baxılmalı olunduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh Ərrahman qızı haqqında olan şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən hal-hazırda o, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* nömrəli, xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsi). Məhkəmə hesab edir ki, hazırki mülki iş baxılması üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı” İB-nin Cavabdeh Ərrahman qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2127/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2127/2020
08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver