Məhkəmə qərarları › İş №2(010)-2135/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2135/2024

22.05.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2135/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “adın və soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “adın və soyadın dəyişdirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə *7.04.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizəçinin nümayəndəsi X* iştirakı ilə keçirilmiş və məhkəmə iclasında baxılmasının 22 may 2024-cü il tarixə saat *0:30-a təyin edilməsi barədə qərardad qəbul edilmişdir. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat *0:30-da keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “adın və soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ərizəçi tərəfindən hazırki ərizə üzrə ödənilmiş *00 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “adın və soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş *00 (bir yüz) manat (qəbzin nömrəsi *38956947*, xx.xx.2024-cü il tarixli) pul vəsaiti ərizəçi Әrizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar