Məhkəmə qərarları › İş №2(010)-215/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-215/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-215/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 25484 manat məbləğində pulun və 167 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırılması.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Hazırkı mülki iş üzrə cavabdeh şəxs Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, Z.Bünyadov prospekti, məhəllə 1968 ünvanında yerləşən “Eurohome” tikinti materialları bazarında fəaliyyət göstərən “Euro Elektrik” mağazasına gələrək özünü "xxxx" Şirkətinin tikinti itestinin təchizat şöbəsinin işçisi kimi təqdim edib İddiaçı aldatmış, onun etibarından sui-istifadə edərək inşa etdikləri yaşayış binası üçün elektrik avadanlıqlarının lazım olduğunu və alacağı elektrik mallarının pulunu ilk öncə 2020-ci ilin fevral ayının 20-25 tarixləri 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 50 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 100 manat dəyərində 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik düyməsini, 1 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 100 manat olan 50 ədəd 2 nömrəli elektrik “Klipsal” markalı elektrik mənbəyini, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində 1 topunun qiyməti 130 manat, ümumilikdə 650 manat dəyərində 5 top 1x10 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 2 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla ümumilikdə 1170 manat dəyərində 45 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 2 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla ümumilikdə 1170 manat dəyərində 45 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 50 manat olmaqla ümumilikdə 500 manat dəyərində 10 top “Astel” markalı televizor naqilini, 1 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 200 manat dəyərində 100 ədəd “Klipsal” markalı dərin elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 200 manat dəyərində 100 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində 1 topunun qiyməti 40 manat olmaqla ümumilikdə 400 manat dəyərində 10 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 30 manat olmaqla ümumilikdə 900 manat dəyərində 30 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini və 1 topunun qiyməti 26 manat olmaqla ümumilikdə 520 manat dəyərində 20 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, vahid niyyətlə ümumilikdə 25484 manat dəyərində elektrik mallarını həmin mağazadan ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-30/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə onun törətmiş olduğu cinayət əməli tam şəkildə sübuta yetirilmişdir. Cavabdeh tərəf götürdüyü pulları geri qaytarmağa borcludur. Bu borclu kimi onun vəzifəsidir. Qanunun tələblərinə baxmayaraq, cavabdeh tərəf ona şifahi olaraq dəfələrlə müxtəlif zamanlarda kifayət qədər vaxt verilməsinə baxmayaraq həmin vaxtlarda da pulun qaytarılmasından məqsədli şəkildə imtina edərək qəsdən məni incitmişdir. Beləliklə hesab edirəm ki, 25484 manat məbləğində pulun və 167 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq mənə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, elektrik mallarının satışı ilə məşğuldur. Cavabdeh 2020-ci ildə ona yaxınlaşaraq "xxxx" şirkətində elektrik işlədiyini bildirmiş, ona sənəd təqdim etmiş, aldığı məhsulların pulunu 15 gün ərzində ödəyəcəyini bildirmişdir. O, götürdüyü malların pulunu ayın beşindən iyirmisinədək ödəyəcəyini bildirdiyindən ayın iyirmisi cavabdehə zəng vurmuş, cavabdeh bir ay ərzində müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Daha sonra qaimənin saxta olduğunu görüb cavabdehin dələduzluq etdiyini bilmiş və polisə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh ondan götürdüyü malları müxtəlif bazarlarda ucuz qiymətə satmışdır. Bahalı avtomobillə, əlində qovluqla gəldiyinə görə cavabdehdən şübhələnməmiş, bu qədər malı ona vermişdir. Lakin cavabdeh onu aldatmış, barəsində qanuni qüvvəyə minmiş hökm çıxmışdır. Həmin hökmdə cavabdehin ona vurduğu zərər müəyyən edilmişdir və hazırda həmin pulu cavabdehdən tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 30/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan – "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, BKC/LGL-4367/21 saylı məktubla daxil olmuş 01 ədəd CD disk, zərərçəkmiş şəxs İddiaçı təqdim etdiyi Cavabdeh elektrik avadanlıqları satarkən aralarında tərtib edilmiş 11 ədəd satış qaiməsi, Cavabdeh məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti və Cavabdeh tərəfindən əl yazma ilə yazılmış yazılar olan A4 formatlı kağız vərəqə, şahid X2 təqdim etdiyi Cavabdeh elektrik naqilləri alarkən Cavabdeh ona təqdim etdiyi üzərində Cavabdeh məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti və əl yazma ilə “***-***-**-**” mobil nömrəsi yazılmış yazı olan A4 formatlı kağız vərəqənin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci 100 manatın təqsirləndirilən şəxs Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 70 iş saatına görə 420 manat məbləğində vəsaitin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməsini hökm etmişdir.

İşin faktiki halları.

6. Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törətmiş, sonradan pulunu verəcəyi vədi ilə onu aldadaraq iddiaçıya məxsus müxtəlif növlərdə elektrik avadanlıqları götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 30/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə cavabdeh-təqsirləndirilən şəxs Cavabdeh iddiaçı-zərərçəkmiş şəxs İddiaçı aldadaraq ondan cəmi 25484 manat məbləğində dəyəri olan elektrik avadanlıqları aldığı müəyyən edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır.

7. Hazırda İddiaçı həmin hökmlə Cavabdeh tərəfindən ona vurulduğu müəyyən edilən 25484 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb edir.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

10. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda – 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

11. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, Cavabdeh İddiaçı qarşı dələduzluq cinayəti törədərək, ona 25484 manat məbləğində zərər vurmuşdur. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (§ 9).

12. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir.

13. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 13.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 13.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 13.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 13.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

14. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

15. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı cavabdehdən qanuni qüvvəyə minmiş hökmlə ona vurduğu müəyyən edilən zərəri – 25484 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 167 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş iddia qiymətinə (10000 manatdan 100000 manatadək) mütənasib olmuşdur.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25484 (iyirmi beş min dörd yüz səksən dörd) manat məbləğində pul və ödənilmiş 167 (yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 25484 (iyirmi beş min dörd yüz səksən dörd) manat məbləğində pul və ödənilmiş 167 (yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar