Məhkəmə qərarları › İş №2(010)-2220/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2220/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2220/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas kаtibliyi İddiаçı İddiaçı1 Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 5000 manat təmir xərci, qazma alətinin dəyəri olan 200 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiаçı İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 3000 manat təmir xərci, mebelə dəymiş zərərə görə 500 manat və 3 ay üçün 500 manat olmaqla cəmi 1500 manat kirayə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzinin ödənildiyini, bu səbəbdən iddiadan imtina etdiklərini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə təqdim edilmiş iddiadan imtina barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçılara vurulmuş zərər cavabdeh tərəfindən ödənilmişdir. Hazırkı şəraitdə iddiaçının iddiadan imtina etməsi hər hansı üçüncü şəxsin qanunla qorunan hüquq və mənafelərinə zidd olmamaqla qanunun tələblərinə tam uyğundur və yalnız tərəflər üçün müvafiq hüquq və vəzifələr yaradır. Odur ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki iş üzrə İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilsin. İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Ödənilmiş 70 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçı X3ytarılsın. Mütəxəssis rəyi üçün xidmət haqqı olan 350 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Mütəxəssis rəyi üçün xidmət haqqı olan 350 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar