Məhkəmə qərarları › İş №2(010)-2221/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2221/2025

29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2221/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi 5000 manat məbləğində pul vəsaitinin (3000 manat təmir-bərpa xərci, 500 manat mebelə vurulmuş zərərin əvəzi və 3 ay 500 manat olmaqla, cəmi 1500 manat kirayə haqqı) və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədən hazırkı mülki işin məhkəmənin icraatında olan 2(010)-2220/2025 nömrəli mülki işə birləşdirilərək, həmin tələblərə bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı vəsatətə münasibətdə bildirdi ki, iddia tələblərinin birləşdirilərək bir icraatda baxılmasına etiraz etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı vəsatəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, məhkəmənin icraatında müxtəlif iddiaçıların eyni cavabdeh, yəni Cavabdeh qarşı irəli sürülmüş iddia tələblərinin olması, həmin tələblər arasında qarşılıqlı əlaqənin mövcudluğu, eləcə də müvafiq məhkəmə işlərinin nəticəsinin birinin digərinə təsir imkanları, çəkişmə prinsipinə əməl edilməklə işlərə qanunla müəyyən edilmiş prosessual müddət daxilində tam, obyektiv, hərtərəfli və qərəzsiz baxılması ilə bağlı rəhbər müddəalar əsas götürülməli və müvafiq iddia tələbləri bir icraatda baxılmaq üçün birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(010)-2221/2025 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(010)-2220/2025 nömrəli mülki işə birləşdirilməli və iddia tələblərinə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(010)- 2221/2025 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(010)-2220/2025 nömrəli mülki işə birləşdirilsin və iddia tələblərinə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar