Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-224/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən avtomobilə dəymiş 915 manatlıq ziyan, həmçinin zərərin qiymətləndirilməsi üçün ekspertə ödənilmiş 80 manat və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh qanuni şəkildə alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Dövlət qeydiyyat nişanı **-DF-*** olan Kia Optima markalı avtomobili ilə, Azadlıq pr 33-39 ünvanında işıqforda gözləyərkən, arxadan gələn, Dövlət qeydiyyat nişanı **-DJ-*** olan Toyota Corolla markalı, sükan arxasında Cavabdeh iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o iddiaçının avtomobilini arxadan vurmuş və nəticədə iddiaçının avtomobili qarşıda dayanan Dövlət qeydiyyat nişanı **-ZR-*** olan, Hyundai Santafe markalı avtomobilə dəymişdir. Hyundai Santafenin sürücüsünün avtomobilinə demək olar ki, heç nə olmamışdır. Və 25 dəqiqə gözlədikdən sonra çıxıb getmişdir. Bu halda iddiaçının avtomobili həm arxa, həm də ön tərəfdən zədə almışdır. O, dərhal 102 polis xidmətinə və avtomobilinin sığortalandığı şirkətlə əlaqə saxlayaraq hadisə yerindən məlumat vermişdir. Nəsimi rayon Polisi və müstəntiqi hadisə yerinə gəlmişdir. Lakin sonra məlum oldu ki, hadisəni törədən şəxs Cavabdeh 77DJ997 DQN avtomobilinin Mülki məsuliyyətinin icbari sığortası yoxdur. N. Məmmədov ona bildirdi ki, avtomobilinə dəyən ziyanı ödəyəcək. Və xx.xx.2024-cü il tarixində, saat 10:00-da polis bölməsində görüşüb danışacaqlarını bildirdi. xx.xx.2024-cü il saat 10:00- da polis bölməsində oldu, saat 13:30-a kimi gözlədi, lakin cavabdeh gəlmədi. Səhər saatlarından ona zəng etməyə cəhd etdisə də telefonu sönülü oldu. 11:30-a kimi telefonu sönülü olmuşdur. Daha sonra bir daha zəng etdikdə o bildirdi ki, 12:15 də Bakı şəhər qayısında olacaq, iddiaçı isə gözlədi. 12:20-də zəng vurdu, telefona başqa bir şəxs cavab verdi və telefona adboy verdi. Daha sonra iddiaçı ona bir neçə dəfə zəng etməyə çalışdı, lakin hər dəfəsində adboy verdi. Bu səbəbdən avtomobilə dəymiş ziyanı qiymətləndirmək qərarına gəldi ki, Cavabdeh məhkəməyə verərək məhkəmə qaydasında avtomobilə dəyən zərərin məbləği ondan alınıb iddiaçıya verilsin, sonra isə avtomobili təmir elətdirsin. Qeyd edir ki, təqaüdçüdür. Ürək xəstəliyindən əziyyət çəkir. Bu şəxs hadisəni törədib və yoxa çıxmışdır, nəticədə onun avtomobilinə 915 manatlıq zərər vurmuşdur. Həmçinin avtomobilin ekspert tərəfindən qiymətləndirilməsinə görə 80 manat ödəniş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçın iddianı müdafiə edərək bildirmişdir ki, ona dəymiş zərərin ödənilməsini istəyir. Qeyd edir ki, ekspert xərcini təsdiq edəcək sübutu yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, hadisə olan zaman o, surət həddini aşmamışdır. Onun qabağındakı maşın anidən yolun ortasında dayanmış, o da ona dəymişdir. Qeyd edir ki, polis protokol yazdı. Sığorta olmadığına görə 50 manat cərimə olundu. Maşını təmir etməmişdir. Hadisə zamanı çəkilən şəkillər var. Bildirir ki, o, ustaya aparıb düzəldəcək. İş materialları. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən İXM-nin 327.1-ci və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq, Cavabdeh Toyota Corolla minik markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 469.3-cü, 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” minik markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, **-DF-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobilin qabaq və arxa hissəsi xarici əzintilər almışdır. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən (müstəqil sığorta eksperti – X1 VÖEN:**********) görünür ki, **-DF-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobilə dəymiş ziyanın məbləği ehtiyat hissələrə görə 25 manat, işçi qüvvəsinə görə 890 manat olmaqla, ümumilikdə 915 manat kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8457 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında müstəqil sığorta eksperti X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008ci il buraxılışlı “Kia Optima” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 915 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 25 manat; Təmir-bərpa işlərinin qiyməti - 890 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 9/8457 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması 469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı məxsus “Kia Optima” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Toyota Corolla” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Kia Optima” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin vaxt Cavabdeh idarə etdiyi “Toyota Corolla” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətinin icbari sığortası yox idi, bu səbəbdən “Kia Optima” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan İddiaçı icbari sığortalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişini ala bilməmişdir. Həmçinin, hadisənin baş verməsində “Toyota Corolla” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü, 327.1-ci maddələrii ilə təqsirli bilinmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, qəza Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Belə olan halda, yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Ziyanın məbləği ilə bağlı olaraq, məhkəmə qeyd edir ki, iddiaçı avtomobilinə dəymiş maddi ziyana görə 915 manat ona ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş ekspert rəyindən görünür ki, **-DF-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobilə dəymiş ziyanın məbləği ehtiyat hissələrə görə 25 manat, işçi qüvvəsinə görə 890 manat olmaqla, ümumilikdə 915 manat kimi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə dəymiş 915 manatlıq ziyan iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Tələbin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün ekspertə ödənilmiş 80 manatın iddiaçıya ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materialları ilə avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspert rəyi verildiyi məlum olsa da, ekspertə 80 manat ödəniş edilməsini təsdiq edən sənəd (ödəniş qəbzi) iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, avtomobilə dəymiş 915 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 manatı cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə dəymiş 915 manat məbləğində zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manat məbləğində vəsait Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE********************, VÖEN: ********** Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-224/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-224/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver