Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-226/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas kаtibliyi, İddiaçı və İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən 342 m2 torpaq sahəsinə və 80 m2 fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 342 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evini X2 2000-ci ildə inşa etdirmişdir. Həmin tarixdən ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. X2 2005-ci ildə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və ailə üzvlərinin qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.11.2005-ci il tarixli, 2-1293/2005 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X3 ailə üzvləri ilə birlikdə ünvan 5 saylı evdə yaşayış sahəsinə istifadə hüququ tanınmış və onların qeydiyyata alınmaları qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.11.2005-ci il tarixli, 2-1293/2005 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. X2 12.10.2008-ci il tarixdə kəskin üzər çatışmazlığından ölmüşdür. X1 ölümündən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki sahiblik ona məxsusdurr. Bakı şəhəri Suraxanı RİHB-nin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində verilmiş 03.06.2019-cu il tarixli, 427 nömrəli Forma 2 arayışla onun ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olması bir daha öz təsdiqini tapmışdır. ünvan 2 ünvanında 342 m2 torpaq sahəsinin və həmin torpaq sahəsinin üstündə yerləşən 80 m2 əmlak sahəsinin vergi ödəyicisi kimi Hövsan Bələdiyyəsində qeydiyyata alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək əlavə etdi ki, iş üzrə mütəxəssis rəyi alınmadan yekun nəticəyə gəlinə bilməz. Həmin rəy əsasında torpaq sahəsinin statusu müəyyən edilməli, bundan sonra qətnamə çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, İddiaçı torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin faktiki sahibidir. Odur ki, məhkəmədən qeyd etdikləri nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İdarəyə məhkəmə iclasının vaxtı və yeri rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını dinləyib, mübahisəli əraziyə yerində baxış keçirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 03.06.2019-cu il tarixdə verilmiş 427 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov (Çöllük) küçəsi, döngə 2V saylı evdə yaşayır. Ev iki otaqdan ibarətdir. Evin yaşayış sahəsi 33 m2-dir. Evin ümumi sahəsi 80 m2-dir. Evdə İddiaçı və oğlu X11 daimi pasport qeydiyyatında olmaqla yaşayır. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş 04.06.2019-cu il tarixli, 01/34 nömrəli arayışdan görünür ki, İddiaçı Hövsan qəsəbəsi, Çöllük küçəsi 2V ünvanında yerləşən 342 m2 torpaq və 80 m2 əmlak sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. ünvan 6 ünvanında qeydiyyatda olan X4, X8 və X9 tərəfindən 30.06.2020-ci il tarixdə verilmiş və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 1985-ci il tarixdən bu günkü günə qədər ailə üzvləri ilə birlikdə (oğlu – X11) ünvan 3-də yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10.07.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 7 fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 05.09.2019-cu il tarixdə verilmiş 61 nömrəi məktubdan görünür ki, Çöllük küçəsi, 2 V ünvanında yerləşən 342 m2 torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və hal-hazırda İddiaçı istifadəsindədir. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli, 324 nömrəli arayışdan görünür ki, İddiaçı Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 2V ünvanında istifadəsində olan 342 m2 torpaq və 80 m2 əmlak sahəsinin vergi ödəyicisi kimi qeydə alınmışdır. Hal-hazırda Hövsan bələdiyyəsinə yerli vergilərdən borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.12.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25.08.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə yerində baxış keçirilmiş və koordinatları müəyyənləşdirilmişdir. İdarənin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisi daxilində yerləşir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ünvan 8 ünvanında yerləşən 342 m2 torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində öz mövqeyini hüquqi cəhətdən belə əsaslandırmışdır ki, o, bu torpaq sahəsinin 30 ildən çoxdur ki, faktiki sahibidir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən onun torpaq sahəsi üzərində mülkiyyət hüququ tanına bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Məhkəmə tərəfindən müvafiq torpaq sahəsinin kimin mülkiyyətində olduğunun müəyyən edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət edilmiş, müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisi daxilində yerləşir. Bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququnun olmadığı tam sübuta yetirilir. Belə ki, iddiaçı dövlətin mülkiyyətində olan torpaq sahəsinin öz mülkiyyətinə keçiriləməsini tələb edə bilməz. Digər tərəfdən, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad edərək müvafiq torpaq sahəsinə 30 ildən çoxdur faktiki sahiblik etdiyini bildirsə də nəzərə almamışdır ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. (“S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 31.05.2006-cı il Qərarı) Üstəlik, həmin maddə hazırkı mübahisəyə şamil edilə bilsə belə orada “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlak”dan söhbət gedir. Hazırkı işdə isə müvafiq torpaq sahəsi dövlət reyestrində dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu baxımdan bu maddənin hazırkı mübahisəyə tətbiqi tam istisna edilir. Beləliklə, məhkəmə iddia tələbinin bütün bu dəlillərinə qiymət verərək iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Nəzərə alınmalıdır ki, Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı həmin torpaq sahəsindən uzun müddətdir istifadə etsə belə bu ona hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquq vermir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların konkret siyahısı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində müəyyən edilmişdir. Hazırkı iş üzrə bu əsaslardan (məsələn, müqavilə, vərəsəlik əsasında, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və s.) heç bir mövcud deyil. Beləliklə, İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququnun olmaması müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-226/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-226/2021
13.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver