Məhkəmə qərarları › İş №2(010)-2281/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2281/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2281/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, onun nümaynədəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Skoda Fabia” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin yedə qalan hissəsi, yəni 5826 manat məbləğ, hüquqi xidmətə görə ödənilmiş 200 manat, mənəvi zərər olaraq 3000 manat və 30 manat dövlət rüsumu, cəmi 9056 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdə öz mülkiyyətində olan “Mercedes” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, ona məxsus olan “X8” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi və mənəvi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli X5 qərarına əsasən təsdiqlənir. “Mercedes markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobillərin icbari sığorta növü üzrə “xxxxxxxxxxx” ASC-də sığorta olunduğundan həmin sığorta şirkətinin əməkdaşları tərəfindən onun avtomobilinin təmirə yararlı olub-olmaması, təmir xərcinin müəyyən edilməsi məqsədiylə servisə göndərilmişdir. “İnter Continental” Avtomobil servisi tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində həmin avtomobilə 10760 manat ziyan dəymişdir. “xxxxxxxxxxx” ASC tərəfindən icbari sığorta müqaviləsi ilə nəzərdə tutulan 50xx xxxxxxxx 4934 manat məbləğ ödənilmişdir. Mülki məsuliyyətin sığorta hədləri 5000 manatla hədləndiyindən və hadisə zamanı “X8” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında olan aliminium-metal çəpərlərə çırpılaraq yol kənarına aşdığından müvafiq olaraq metal çəpərə dəymiş zərər 66 manat müəyyən edildiyindən sığorta ödənişi həmin məbləğ çıxılaraq ödənilmişdir. Qeyd olunanlara əsasən dəymiş ziyanın yerdə qalan hissəsi yəni 5826 manat məbləğ, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 200 manat, mənəvi zərər olaraq 3000 manatın cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən: - Salyan Rayon Məhkəməsinin X5 iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 16:30-da Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 63-cü kilometrliyində baş vermiş baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Mercedes Benz E240” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolun sol hərəkət zolağına keçmiş, həmin vaxt eyni istiqamətdə yolun sağ hərəkət zolağında düzünə hərəkətdə olan İddiaçı idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə “Skoda Fabia” markalı avtomobil yolun sağ kənarına aşaraq sürücüsü İddiaçı, sərnişinləri X1 və X3 xəsarət almışlar. Həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilnərək barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. - 19-11914/AA-9788/19 № li Sığorta Aktından görünür ki, yuxarıda qeyd edilən qəza hadisəsi ilə bağlı əmlaka dəymiş ümumi ziyan 10760,00 manat təşkil etmiş, İddiaçı ödəniləcək sığorta məbləği 4934,00 manat müəyyən edilmişdir. - 018474 № li, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqından görünür ki, İddiaçı 4934 manat sığorta ödənişi edilmişdir. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyətində olan avtomobilə ziyan vurmuş, ziyan məbləğinin bir hissəsi sığorta şirkəti tərəfindən qarşılanmışdır. Hazırda iddiaçı ziyan məbləğinin sığorta şirkəti tərəfindən ödənilməyən hissəsini, hüquqi xidmətlə bağlı çəkdiyi xərci və mənəvi ziyanın əvəzini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə vurulmuş zərərin yerdə qalan hissəsi və hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş pulun tutulması hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Vurulan ziyanın məbləği ilə bağlı məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, işdə olan sübutlardan müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya qəza nəticəsində ümumilikdə vurulan 10760 manat məbləğində ziyanın 4934 manatı sığorta şirkəti tərəfindən ödənildiyinə görə yerdə qalan 5826 manat məbləğində pulu iddiaçı cavabdehdən tələb etməyə haqlıdır. Mülki Prosessual Məcəllənini 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş hüquqi xidmətin göstərilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 142 saylı müqavilədən görünür ki, hazırkı mübahisə ilə bağlı vəkil xərci 200 manat təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə avtomobilə dəymiş zərərin yerdə qalan 5826 manat hissəsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pul tutulmalıdır. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə hər hansı mötəbər sübutla əsaslandırılmamış, yalnız formal mülahizələrə istinad edilmişdir. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, tələb bu hissədə sübut edilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan "Skoda Fabia" markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin yerdə qalan hissəsi yəni 5826 manat, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 200 manat olmaqla, cəmi 6026 (altı min iyirmi altı) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı mənəvi zərərin tutulması hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar